"AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ ƏBƏDİDİR"

Qafqaz Universitetində "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabının təqdimatı olub
Noyabrın 11-də Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” (türk dilində) kitabının təqdimatı olub.Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətlərini vurğulayıb.

Türkiyə ilə Azərbaycanın tarixi birliyindən danışan rektor böyük şəxsiyyət Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarını xatırlatmışdır. Professor Ə.Saniç Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkənin qardaş Türkiyə olduğunu bildirib.

Kitab teqdimati Xezer TV news by qafqazlife
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı Elxan Süleymanov, Milli Məclisin deputatı Aqil Abbas və digərləri müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyaya tanınmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu nəzərə çatdırıblar.

Müdrik rəhbər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən natiqlər ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndərin mühüm xidmətlərini vurğulayıb, “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının əhəmiyyətini diqqətə çatdırıblar.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşr olunmuş kitabda ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən ayrı-ayrı çıxışları, müraciətləri və digər materiallar əksini tapıb.

Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə tərəfindən tanınmasının 20 illiyinə həsr edilmiş bu nəşrdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmi saytının və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə olunub. Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunmuşdur. Kitab Mərkəzin türk dilində təqdim edilən ilk böyük layihəsidir.

http://www.xazar.tv/xeber.aspx?id2=5&id=23449

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır