Bir şiirin hikayesi: Neler olur dünyamızda


Qurtarsa müharibələr,
Gəlsə sevinc, getsə kədər,
Dost olsa bütün ölkələr
Nələr olar dünyamızda.


Bu misralar Rəşid Ramazanovun “Nələr olar dünyamızda” şerinin bir bəndindəndir. Rəşad bu şeri yazanda onun cəmi 12 yaşı olub. İndi Rəşidin 19 yaşı var və o, Qafqaz Universitetinin 1-ci kurs tələbəsidir. Amma özünün də dediyi kimi, 3 bənddən ibarət bu şer onun həyatını kökündən dəyişib. Baş verən bu hadisələr doğurdan da həm Rəşidə, həm də onun ailəsi üçün gözlənilməz olub. Doğrudan da nələr olur dünyamızda?

Hər şey doğrudan da balaca Rəşidin “Nələr olar dünyamızda” şerindən başlayıb. Daha doğrusu, Azercellin 2004-cü ilin dekabr ayında uşaqlar arasında elan etdiyi “DE!” şer və hekayə müsabiqəsindən başlayıb.

Qeyd edək ki, “DE!” layihəsinin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq idi. Bu məqsədə nail olmaq üçün Azercell bütün bölgələrdən olan uşaqların iştirakını təmin etdi. Ona görə də ölkəmizin hansı bölgəsində, ailədə və yaxud internatda yaşamasından asılı olmayaraq, bütün uşaqlara bu müsabiqədə iştirak etmək üçün lazımi şərait yaradıldı. Belə ki, “Azercell Telekom” respublikamızın 19 müxtəlif bölgəsinin 64 uşaq evləri və internat məktəblərində, eləcə də “Azercell Ekspres” ofislərində xüsusi qutular yerləşdirmişdi. Uşaqlar isə sanki bunu gözləyirdi. Onlar kövrək qəlblərindən süzülən sözləri kağıza köçürərək qutulara atırdılar. Müsabiqəyə 2 min nəfərdən çox uşaq qoşulmuşdu, öz əsərlərini göndərmişdilər. Onların içində Rəşidin da şeri var idi.

Müsabiqəyə yekun vurmaq üçün bir il vaxt tələb olundu. Axı əsərlərin sayı çox idi. Münsiflər heyəti onları oxuyub qiymətləndirməli idi. Rəşid və onun ailəsi bəlkə də artıq bu şeri unutmuşdular. Onlar öz gündəlik həyatları və qayğıları ilə yaşayırdılar. Amma bir gün onların qapısı döyüldü. Bunlar Azercellin əməkdaşları idi. Xoş xəbərlə gəlmişdilər. Rəşidin şeri öz yaş qrupu üzrə 3-cü yerə layiq görülmüşdü. İndi isə onun valideynlərindən Rəşidin şerinin “De!” kitabında dərc olunmasına razılıq istəyirdilər. Yaşın nə fərqi var ki, axı o müəllifdir, onun müəlliflik hüququ var. Valideynləri təbii ki, öz razılıqlarını verdilər. Gələn əməkdaşlar həmçinin Rəşidi 10 yanvar 2006-cı ildə “DE!” kitabının təqdimatına dəvət etdilər. Təqdimatda ona həm kitab, həm də ev kompüteri hədiyyə edildi.

Rəşid məktəbdə həmişə yaxşı oxuyurdu, əlaçı idi. Amma bütün bunlardan sonra daha da həvəslənmişdi və oxuyub-çalışmağa eşqi daha da artmışdı. Altıncı sinif şagirdi özünü bir daha sınamaq qərarına gəldi. Sınadı və yenə də uğur qazandı. O, Bakı özəl Türk Liseyinin Dədə Qorqud filialına yüksək balla qəbul oldu. Rəşid yüksək bal toplasa da təhsil haqqını ödəmək imkanı yox idi. Qeyd edək ki, onun atası Sahib bəy “Qaya” mətbuat firmasının əməkdaşı, anası Sevinc xanım isə orta məktəb müəlliməsidir. Onlar xeyli düşündükdən sonra “Azercell”ə müraciət etmək qərarına gəldilər və yanılmadılar. Azercell istedadlı Rəşidə hə dedi. Onun 5 illik təhsil xərclərini şirkət öz üzərinə götürdü. Rəşid da borclu qalmadı. Hər dərs ilinin sonunda öz qiymət cədvəlini şirkətə təqdim edirdi. Qiymət cədvəlində isə necə deyərlər, bir qiymət var idi, o da “5”. Deməli, hər şey qaydasında idi.

Rəşid liseydən sonra daha bir uğura imza atdı. O, ötən il 675 balla Qafqaz Universitetinin ingilis dilli “Kompüter Mühəndislik” ixtisasına qəbul oldu. Rəşid qış imtahanlarına da əla qiymətlə yekun vurdu. O, əlaçıdır. Yüksək bal topladığı və əlaçı olduğuna görə təhsil haqqından azaddır. Həm də Prezident təqaüdçüsüdür.

Rəşid öz uğurlarını bundan sonra da davam etdirəcəyini deyir. Çünki həyat dayanmır, davam edir və insanı müxtəlif sınaqlara çəkir. Rəşid deyir ki, kimsə ona belə bir əhvalat danışsaydı, ona heç vaxt inanmazdı. O, Azercellin bu addımını öz gələcəyinə bir sərmayə kimi qiymətləndirir. Özü də, təəccüblə soruşur: “Axı bu bir rabitə şirkətidir. Mənə dəstək verməkdə isə heç bir maddi marağı, mənfəəti yoxdur!?” Sonra fikirləşib deyir: “Yəqin bölüşür. Ətrafa, insanlara dəstək verir ki, onlar da başqasına bunu etsinlər. İndi mən də bu haqda çox fikirləşirəm. Gərək uğurlarımı davam etdirim ki, mən də insanlara dəstək verə bilim. Əlbəttə, dəstək dedikdə mən maddi dəstəyi nəzərdə tutmuram”.

Rəşid Ramazanov artıq Qafqaz Universitetinin 1 kursunu bitirir. Amma onun Azercellə əlaqələri itməyib. O, yayda bu şirkətdə praktika keçəcək. Axı Rəşid, Universiteti bitirdikdən sonra Azercelldə çalışmaq istəyir.
http://www.sherg.az/2011/06/30/get=38885
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır