İstanbulda II Türk Dünyası Hüquq Qurultayı keçirilir

15 November, 2011
İstanbul, 14 noyabr (AzərTAc). İstanbuldakı “Swiss” otelində 14 ölkə və muxtar qurumların universitetlərinin hüquqşünas alimlərinin iştirakı ilə II Türk Dünyası Hüquq Qurultayı öz işinə başlamışdır. Tədbirdə Azərbaycanı Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev və Qafqaz Universiteti hüquq fakültəsinin dekanı, dosent Mübariz Yolçuyev təmsil edirlər.
Qurultayın açılışında çıxış edən Qazi Universitetinin professoru, Dünya Məshəti Türkləri Birliyinin sədr müavini İlyas Doğan və İstanbul Özyeyin Universitetinin rektoru Erhan Erkut bildirmişlər ki, bu tədbirin türk dünyası universitetlərinin hüquqşünaslarının əməkdaşlığı üçün mühüm əhəmiyyəti var və buradakı məruzələr vahid bir kitab şəklində nəşr olunacaqdır.
Azərbaycanlı alimlər məruzələrində ölkəmizdə hüquq elminin tarixi və bugünkü vəziyyəti, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində əldə edilmiş uğurlardan danışmışlar.
Qurultayın ikinci günü türkdilli ölkələrdən gəlmiş hüquqşünas alimlərin məruzələrinin dinlənilməsi davam etdiriləcəkdir.
Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

http://www.azertag.com/node/882605

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF