QAFQAZ UNİVERSİTETİNƏ DAHA BİR MÜKAFAT

Qafqaz Universiteti xüsusi diploma layiq görülüb
Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən Eduniversal beynəlxalq şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı magistratura və doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.
Qafqaz Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, qiymətləndirməyə dünyanın 9 regionunun 153 ölkəsindən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunub.
Görkəmli elm adamlarının təmsil etdiyi nüfuzlu komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr programını dünyanın ən yaxşı 200-cü təhsil proqramı xüsusi diplomuna layiq görüb.
Bu sistem tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq, gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Artıq indiyədək 100 min tələbə Eduniversalın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildiriblər.
http://www.xazar.tv/xeberler.aspx?id=4
Bu Xəbər 14.11.2011 - 14:58:04 Tarixində Əlavə Edilib

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF