Qafqaz Universitetinin daha bir uğuru


Ali təhsil sahəsində əlverişli imkanlar təklif edən “Eduniversal” Beynəlxalq Şəbəkəsinin Elmi Komitəsi dünya universitetlərinin ən yaxşı Magistratura və Doktorantura proqramlarının dərəcələr üzrə qiymətləndirilməsinin nəticələrini açıqlayıb. 
Qiymətləndirməyə 153 ölkədən ən yaxşı 1000 universitetin 30 ixtisas üzrə 12 min proqramı təqdim olunub. Görkəmli elm adamlarının təmsil olunduğu nüfuzlu komitə Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr programını dünyanın ən yaxşı 200-cü təhsil proqramı seçərək xüsusi diploma layiq görüb.
Qeyd edək ki, “Eduniversal” tələbələrə, mütəxəssislərə, eləcə də akademik sahədə çalışanlara mükəmmməl ali təhsil imkanlarının həqiqi qlobal mənzərəsini göstərir. Bu sistem tələbələrə harada yaşadıqlarından və hara getmək istədiklərindən asılı olmayaraq gələcək karyeraları üçün ən uyğun təhsil ocaqlarını seçməyə imkan verir. Artıq indiyədək 100 min tələbə “Eduniversal”ın qiymətləndirməsində iştirak edərək təhsil aldıqları müəssisələr haqqında fikirlərini bildiriblər. Fransa universitetlərində magistratura programlarının keyfiyyət sıralaması üzrə 10 illik təcrübəsinə əsaslanan “Eduniversal” artıq 153 ölkənin 1000 ən yaxşı təhsil müəssisəsindən 30 ixtisas sahəsi üzrə 4000 ən yaxşı Magistratura və Doktorantura proqramlarının dünya sıralamasını təqdim edib. Bu təhsil yarışmasına qatılan universitetlər mütləq bir sıra beynəlxalq meyarlara cavab verməli, o cümlədən zəruri akkreditasiya və təsnifatlara yiyələnməli, beynəlxalq akademik assosiasiyalara üzv olmalı, beynəlxalq və yerli səviyyədə universitetlərarası əməkdaşlığı genişləndirməli, dünya səviyyəsində qəbul edilmiş təhsil proqramlarına malik olmalıdır. Məhz bu kriteriyalara görə Qafqaz Universitetinin fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilib.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=41297

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF