Biznes dünyası klubu üzvləri dünyaya pəncərə açdı


30 December, 2011
Junior Achievement Azərbaycan (JAA) biznes təhsili sahəsində dünyanın Ümumdünya Junior Achievement Təşkilatının yerli təmsilçisidir. Dekabrın 24-də Junior Achievement Azərbaycan (JAA) təşkilatı orta məktəb şagirdləri və universitet tələbələri arasında respublika çempionatı keçirdi. Çempionatda Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin komandaları iştirak edirdi. Yarışın şərtlərinə əsasən ilk mərhələdə orta məktəblərdən 5 komanda, universitetlərdən isə 2 komanda yarışır və qalib komandalar respublika finalında iştirak etmək hüququ qazanır. Fərəhləndirici haldır ki, finala çıxan bu iki komandanın ikisinin də sahibi Qafqaz  Universitetinin tələbələri oldu. Beləliklə, Respublika finalına çıxan Qafqaz Universitetinin hər iki komandası artıq dünya çempionatında iştirak etmək haqqı qazandı. Qalib komanda üzvlərini Siz də tanıyın:
 “Golden Mind” komandası:
1.     Ceyhun Əsgərli – Biznesin təşkili və idarəedilməsi bölməsi  2- ci kurs
2.     Reyhanə Manaflı – Biznesin təşkili və idarəedilməsi bölməsi  3- cü kurs
3.     Səbai Bağırova – Biznesin təşkili və idarəedilməsi bölməsi  3- cü kurs
“Enigma” komandası:
1.     İlham Rəcəbov – Mexanika mühəndisliyi bölməsi 1- ci kurs
2.     Emin Vəliyev – Biznesin təşkili və idarəedilməsi bölməsi  1- ci kurs
3.     Azər Nuriyev – Sənayenin təşkili və idarə olunması bölməsi 1- ci kurs
Məlumat üçün bildirək ki, dünya çempionatının ilk mərhələsi ölkələr arasında virtual olur. Hər bir komanda öz ölkəsində digər ölkə taqımları ilə internet vasitəsilə yarışır. Bu mərhələləri keçən və finala çıxan komanda dünya çempionatının finalına dəvət alır.
 Bir daha xatırladaq ki, Ümumdünya JA Təşkilatının missiyası dünya iqtisadiyyatında uğur qazanmaq üçün gəncləri ruhlandırmaq və hazırlamaqdır . Uğur qazanan tələbələrimizi ürəkdən təbrik edir və onlara dünya çempionatının finalında iştirak etmək və dünya çempionu fəxri adını qazanmağı arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır