Dayanıqlı inkişaf və idarəetmə modellərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

AZADİNFORM. Dekabrın 23-25-i tarixlərində Lənkəran Dövlət Universitetində “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AMEA-dan veriblər.
Lənkəran Dövlət Universiteti, AMEA Lənkəran Regional Elmi Mərkəzi, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Azərbaycan Turizm İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlərdə alınan elmi-praktik əhəmiyyətli nəticələrə dair məruzələr dinləniləcək.
Konfransın əsas bölmələri  Heydər Əliyev İrsi və Azərbaycanın müasir inkişafında İlham Əliyev mərhələsi, Azərbaycanın milli inkişaf modeli, təhsil və sosial-iqtisadi inkişaf, informasiya texnologiyaları ilə sosial-iqtisadi inkişaf, dayanıqlı inkişafın elmi-nəzəri problemləri, idarəetmə və optimal idarəetmə modelləri və qloballaşma şəraitində sosial-iqtisadi və ekoloji inkişaf  mövzularından ibarət olacaq.
Konfransın sonunda mövzuya dair tələbə və gənc tədqiqatçılar üçün bir həftəlik tədris seminarı da nəzərdə tutulur. Seminarda tanınmış alimlər nümunəvi dərslər (master klass) keçirəcəklər.
http://www.azadinform.az/news/a-10522.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır