“Fairmont Baku” şirkətinin baş direktoru Qafqaz Universitetində olmuşdur

24.12.2011 [18:50]
Bakı, 24 dekabr (AzərTAc). “Fairmont Baku” şirkətinin baş direktoru Adrian Ellis Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışmışdır.
Adrian Ellis “Fairmont Baku” şirkətinin fəaliyyəti barədə məlumat vermiş, dünyanın müxtəlif ölkələrində göstərdikləri turizm xidmətini respublikamızda da reallaşdırmaq istədiklərini ifadə etmişdir.
Sonra qonaq universitetin tədris şəraiti ilə tanış olmuşdur. 
http://www.azertag.com/node/899092 

Qafqaz Universitetinin MBA tələbələri üçün seminar keçirilmişdir
24.12.2011 [19:15]
Bakı, 24 dekabr (AzərTAc). Qafqaz Universitetinin MBA tələbələri üçün seminar keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, seminarda ABŞ-ın Kaliforniya Dövlət Universitetinin professoru, MBA proqramlarının rəhbəri Soheila Jorjani biznes sahəsi barədə məlumatlar vermişdir.
Sonra biznesin idarə olunması prosesində təcrübə imkanları və digər mövzular üzrə müzakirələr aparılmışdır. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF