“İNEPO-Avrasiya” ya hazırlıqla əlaqədar seminar keçirilib


 Hər il ənənəvi olaraq keçirilən, məktəblilərin Ətraf  Mühitin Mühafizəsi Layihə olimpiadasına hazırlıqla əlaqədar Sumqayı Özəl Türk Liseyində Sumqayıt Şəhər Təhsil Şöbəsinin, şəhər orta ümumtəhsil məktəb direktorlarının və müəllimlərin iştirakı ilə metodik seminar keçirilib. Seminarda çıxış edən Sumqayıt ÖTL-nin müdiri  Ahmet Çamalan, bu tədbirin dünya əhəmiyyətli bir aksiya olduğunu iştirakçıların nəzərinə çatdırıb. O, bu tədbirlərdə Sumqayıt məktəblilərinin Respublika miqyasında başqa regionlara nisbətən daha fəal olduğunu qeyd edib. Bunun Sumqayıt Şəhər Təhsil şöbəsinin məktəblərdə apardığı ətraflı elmi izahat işlərinin nəticəsi olduğunu bildirib. 
Sonra liseyin biologiya müəllimi Fatih Himmetoğlu seminar iştirakçılarına yarışma ilə əlaqədar sinevizyonda ətraflı məlumat verib. Yarışma ilə bağlı seminar iştirakçılarının suallarını cavablandırıb. 
Daha sonra, Texniki Elmlər Təmayüllü Gimnaziyasının müdiri Nizami Əhmədov, Təfəkkür Liseyinin direktoru Bəsirə xanım Ağayeva, 41 saylı məktəbin direktoru Xudayıl İsmayılov çıxış edərək, gələn il 40-a yaxın ölkədən yüzlərlə şagirdin iştirak edəcəyi gözlənilən bu mötəbər elm yarışmasında yenə də öncüllər sırasında olacaqlarına ümid etdiklərini qeyd ediblər. Bunun üçün lazımi hazırlığın görüldüyünü, bundan sonra da davam etdiriləcəyini bildirən tədris müəssisələrinin rəhbərləri bu tədbirin keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildiriblər.  
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır