İntertrans şirkətində görüş keçirildi

21 December, 2011
Qafqaz Universiteti Kariyer Planlama Mərkəzi müdiri Dr.İsa Qasımov və Daimi İnkişaf Mərkəzinin Koordinoatoru Vüsal Rzayev, İntertrans şirkətinin satış direktoru Ersin Demirsoyla görüşdülər. Görüşdə Ersin Demirsoy İntertrans şirkətinin fəaliyyəti haqqında məlumat verərək gələcək prespektivlərdən danışdı. Eyni zamanda İntertransın gələcəkdə daha da səmərli işləməsi üçün, şirkət əməkdaşlarına xüsusi seminar və təlimlərin keçirilməsinin zəruriliyini ifadə etdi.
Görüşdə Qafqaz Universitetinin Daimi İnkişaf Mərkəzi tərəfindən İntertrans şirkətində mərhələli şəkildə bir neçə təlimin verilməsi üçün məsləhətləşmələr aparıldı.
Vüsal Rzayev

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF