Mənim üçün bu dünyada bütöv Azərbaycan var



27 December, 2011
Qafqaz Universitetinin Mədəniyyət şöbəsinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Müstəqil Azərbaycan bütün dünya azərbaycanlılarının dayağıdır” adlı ədəbi-bədii gecə keçirildi. Ziyalılar, nazirlik və media nümayəndələrinin də qatıldığı tədbirdə Umummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan dünya azərbaycanlılarının həmrəylik gününün əhəmiyyətindən danışıldı. Tədbirin qonağı Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova öz çıxışında Qafqaz Universiteti tələbələrinin sosial fəallığını dəyərləndirdi, onların hər il keçirilən ənənəvi “Tələbə baharı” yaradıcılıq festivallarındakı uğurlarını xüsusilə vurğuladı. Jurnalist, ssenari müəllifi, ANS TV-nin əməkdaşı Qənirə Ataşova qeyd etdi ki, dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, bu barədə təşəbbüskarlıq etmək bizim müstəqil Azərbaycan Respublikasının tarixi missiyasıdır və bu gün universitetin rəhbərliyi, müəllim və tələbə heyəti bu tarixi missiyanı şərəflə yerinə yetirir.
Ədəbi-bədii proqram özfəaliyyət dərnəklərinin hazırladıqları maraqlı nömrələrlə davam etdi. Həm azərbaycan, həm də türkdilli xalqların milli incəsənət nümunələrinin sürəkli alqışlarla müşayiət olunan çıxışları qədim tarixə malik olan Azərbaycan türklərinin milli ənənələrə, mədəniyyətə, tarixi köklərə bağlı, uzun illərdən bəri qoruyub saxlamış olduğu bu bayramı ən xoş duyğularla yaddaşlara həkk etdi.
Ulu öndər Heydər Əliyevin dilindən səslənən  qürur dolu “Mən fəxr edirəm ki, azərbaycanlıyam” etirafı  bütün zalı ayağa qaldırdı. Bu taleyüklü çağırış və ardınca Tünzalə Ağayevanın təqdimatında "Mən fəxr edirəm ki, azərbaycanlıyam"  musiqisinin sədaları tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılandı.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır