Ana içeriğe atla

Qafqaz Universitetində növbəti seminar keçirildi.

17.12.11 | Növbəti seminar keçirildi

Dünən Qafqaz Universitetində növbəti seminar keçirildi. Seminarı giriş sözü ilə Qafqaz Universitetinin rektoru Ahmet Saniç açdı və bildirdi ki, artıq neçə illərdir ki, bu təhsil ocağında müxtəlif sahələri əks etdirən ənənəvi seminarlar təşkil olunur. Bugünkü seminar isə kimya sənayesinin müzakirəsinə həsr olunmuşdur. Sonra Neft-Kimya Problemləri İnstitutunun direktoru Vaqif Abbasov “Kimya və kimyanın sənayedəki əhəmiyyəti” mövzusunda geniş məruzə ilə çıxış etdi. Natiq ölkəmizdə neft-kimya sahəsinin inkişafından söz açdı və əldə olunan uğurları xüsusi qeyd etdi.
Seminar çərçivəsində Qafqaz Universiteti ilə Neft-Kimya Problemləri İnstitutu arasında əməkdaşlıq protokolu imzalandı.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plaketini təqdim etdi.
G.Hüseynova.
http://www.respublica-news.az/2011/12/17/18438/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır