Rektorlar “Zaman-Azərbaycan” qəzetinin Lənkərandakı təmsilçiliyini ziyarət ediblər.

Respublikamızın nüfuzlu təhsil ocağının rektorları - Ahmet Saniç (Qafqaz Unuversiteti), Nadir Qəhrəmanov (Sumqayıt Dövlət Universiteti), Cəfər Cəfərov (Azərbaycan Turizm İnstitutu), Asəf İsgəndərov (Lənkəran Dövlət Universiteti), Orucəli Rzayev (Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı) və Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev “Zaman-Azərbaycan” qəzetinin Lənkərandakı təmsilçiliyini ziyarət ediblər.

“Zaman-Azərbaycan” qəzetinin cənub bölgəsi üzrə təmsilçisi Pənah Abdurahmanlı qonaqlara təmsilçiliyimiz haqqında ətraflı məlumat verib. O bildirib ki, bu bölgədə təmsilçiliyimiz 1994-cü ildən fəaliyyətə başlayıb. Bu müddətdə “Zaman” öz səhifələrində bölgə ilə bağlı çoxlu yazılar dərc edib: “Zaman-Azərbaycan” bu bölgədə ən oxunaqlı qəzet imicini qazanıb”.
“Zaman-Azərbaycan” ilə yaxın münasibətləri olduğunu bildirən qonaqlar bildiriblər ki, bu mətbuat orqanı Türikiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində əhəmiyyətli işlər görüb. Görüşün sonunda “Zaman-Azərbaycan”ın müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar hazırladığı “20 ilin təntənəsi” adlı kitab qonaqlara təqdim olunub.
Qeyd edək ki, onların bu ziyarəti Lənkəran Dövlət Universitetində “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və praktika” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans çərçivəsində gerçəkləşib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF