Sənaye Mühəndisliyi klubu silsilə seminarlar keçirir.

24 December, 2011
Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən  Sənaye Mühəndisliyi klubu   sənayenin təşkili və idarə olunmasının müxtəlif  problemlərinə həsr olunan silsilə seminarların keçirilməsinə başlayır.  Seminarlar Xəzər Mühəndisləri Ictimai Birliyinin dəstəyi və sənayenin təşkili və idarə olunması sahəsində tanınmış yerli və xarici mütəxəssislərin iştirakı ilə hər həftənin şənbə günləri keçiriləcəkdir. 
Universitetimizin və digər universitetlərin mühəndislik fakultələrində təhsil alan tələbələr üçün nəzərdə tutulan silsilənın ilk tədbiri dekabrın 17-də Qafqaz Universiteti və Xəzər Mühəndisləri Ictimai Birliyinin dəstəyi ilə bu universitetdə təşkil olundu.  “Mühəndislər və onların layihələrdəki rolu” mövzusuna həsr olunan ilk seminarda SOCAR-“Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutu”nun əməkdaşı Fərid Abbasovun məruzəsi dinlənildi.
Silsilə seminarların növbəti məşğələsi 2011-2012-ci tədris ilinin II yarısında davam etdiriləcək.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır