Tələbə gənclərin sənət uğurları


29 December, 2011
Abşeron rayon Mədəniyyət Evində böyük bir canlanma  var idi.  Qafqaz Universitetinin teatr özfəaliyyəti  kollektivi daha fərqli və məsuliyyətli bir həyəcan yaşadı. “Mesenat” abşeronluların  və bütün teatrsevərlərin qarşısına çıxdı. Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesinin sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluşu  əsasında eyniadlı tamaşası alqışlarla qarşılandı. Tələbə gənclərin ifasında Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğlu, mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin nəcib obrazı xalqın yaddaşında yenidən canlandı.
Tamaşanın sonunda Abşeron rayon rəhbərliyinə, o cümlədən təhsil və mədəniyyət şöbələrinin rəhbərlərinə təşəkkürünü bildirən universitetin rektoru Ahmet Saniç xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişinin təhsillə, maariflə bağlılığını diqqətə çatdırdı. O, qeyd etdi ki, bu millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz övladları yandıra bilər. Bu mənada H. Z. Tağıyevin əməllərini, onun millətin işıqlı gələcəyi üçün etdiklərini unutmamalıyıq.
 Tələbə-aktyorları hərarətlə alqışlayan və təbrik edən rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev, Mədəniyyət şöbəsinin müdiri İlham Manafov teatrlara marağın dar çərçivədə olmasına baxmayaraq, bu tamaşaya olan maraq  və oyun tərzindən məmnun olduqlarını bildirdilər . Tamaşanı izləyənlər arasında universitetin müəllim heyəti də var idi. Onlar tamaşanın peşəkarlıqla yazıldığını və oynanıldığını qeyd etdilər. Müəllimlər həmçinin tamaşanın məqsəd və əhəmiyyətindən də ürək dolusu söhbət açdılar.
Qeyd edək ki, “Mesenat” pyesinin tələbələrin ifasında ilk tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında  oynanılıb.
http://qu.edu.az/view_news.php?news=1446&link=446&lang=az


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF