Kayıtlar

Ocak, 2012 tarihine ait yayınlar gösteriliyor

Qafqaz Universitetinin rektoru Professor Ahmet Saniç Türkiyənin Səlcuq Universitetini ziyarət etmişdir.

Resim
30 Yanvar 2012-ci il tarixində Qafqaz Universitetinin rektoru Professor Ahmet Saniç  Türkiyənin Səlcuq Universitetini ziyarət etmişdir. Səlcuq Universitetinin rektoru Professor Hakkı Gökbeli rektor təyin edilməsi münasibəti ilə təbrik edən rektor ziyarətindən məmnunluq duyduğunu bildirdi. Daha sonra Universitetlər arası əməkdaşlıq, tələbə və müəllim mübadiləsi, ortaq layihələrlə bağlı mövzular müzakirə olundu.  http://qu.edu.az/view_news.php?news=1717&link=224&lang=az

Qafqaz Universiteti Mədəniyyət və İdman idarəsinin semestr sonu hesabat iclası

Resim
30 yanvar 2012-ci il tarixdə Mədəniyyət və İdman İdarəsinin hesabat iclası keçirildi. İclasda Mədəniyyə t və İdman idarəsinin müdiri Nəcəf Ələsgərov yenicə başa çatmış I tədris yarımilindəki sosial fəaliyyət haqqında geniş məlumat verdi. O,  Qafqaz Universiteti internet saytının  Mədəniyyət hissəsinə aid şöbə və bölmələrdə olan informasiyalarla əməkdaşları tanış edərək, hər zaman yenilənən sayta diqqət çəkdi. Sonra Mədəniyyət şöbəsinin müdiri sənətşünaslıq doktoru Zəminə Axundova, İdman şöbəsinin müdiri İftixar Məhərrəmov çıxış edərək görülən işlər, uğurlar və problemlər haqqında danışdılar. Sənət kursları üzrə əməkdaşlar- dr.Arzu Məmmədova və Təranə Məmmədovaya Rəssamlar İttifaqının üzvülüyünə qəbul edilməsi münasibətilə  hədiyyələr təqdim olundu və gələcək işlərində uğurlar arzulandı. Nəcəf Ələsgərov yeni tədris yarımilində görüləcək işlər və yeni layihələrlə əməkdaşları məlumatlandırdı. “İlin ən yaxşı işçisi” nomin

“Yaxşı olardı ki, gənclərimiz ölkəmizdə daha çox ehtiyac duyulan ixtisaslara yiyələnsinlər”

Resim
Bu gün yüzlərlə azərbaycanlı gənc dünyanın bir çox aparıcı universitetlərində təhsil alır. Belə gənclərdən biri də Ağdaş Özəl Türk Liseyinin məzunu Orxan Səfərzadədir. “Gələcək arzularım Azərbaycanla bağlıdır. İxtisasım üzrə yaxşı mütəxəssis olmaq istəyirəm. Təhsilimi başa vurduqdan sonra Vətənimə qayıdıb, burada işləyəcəyəm”,- sözləri ilə söhbətə başlayan Orxan bəy, əvvəlcə, Amerika təhsilindəki müəllim-tələbə münasibətlərindən danışdı: “Müəllim-tələbə münasibətləri çox səmimidir. Hətta tələbə hansı müəllimdən dərs almaq istədiyini də özü müəyyənləşdirir. Bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərir. Belə ki, tələbələr istədikləri vaxt müəllimlərinə zəng edərək, onları maraqlandıran suallara cavab alırlar”. Xaricdə təhsil almaqla çox bilgilər əldə etdiyini vurğulayan həmsöhbətimizin sözlərinə görə, Amerikada təhsil, bir qayda olaraq, praktikaya, nəzəri biliklərin həyatda tətbiqinə əsaslanır: “Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Amerikada təhsil alan

Naxçıvan türk liseyləri fərqləniblər

Resim
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il qəbul imtahanlarının nəticələri ilə bağlı statistik məlumatları “Abituriyent” jurnalında dərc edib. Jurnalda ölkəmizdəki orta təhsil müəssisələrinin ümumi göstəriciləri nəzərə alınaraq, ən yaxşı nəticə göstərmiş məktəblər sıralanıb. Bu göstəricilərə əsasən, ali məktəblərə son qəbul imtahanlarında ən yaxşı nəticə göstərmiş ilk 15 məktəb arasında Naxçıvan Muxtar Respublikasından 3 məktəb yer alıb. Belə ki, Naxçıvan Türk Liseyi 2-ci, Şərur Türk Liseyi isə 7-ci olub. Ordubad Qız Liseyi isə 11-ci yerdə qərarlaşıb. Naxçıvan Türk Liseyi ədəbiyyat, riyaziyyat, fizika, kimya, coğrafiya fənləri üzrə ortalamalarında ölkə birincisi olub. Şərur Türk Liseyi tarix fənni üzrə ikinci, fizika və kimya fənləri üzrə isə üçüncü olub. Naxçıvan Türk Liseylərinin baş direktoru Murat Çapan bizimlə söhbətində təhsilə göstərilən qayğıdan və qazanılan uğurlardan söz açmaqla yanaşı bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi il

Aydın Mirzəzadə Mingəçevir Özəl Türk Liseyində olub.

Resim
Millət vəkili, politoloq Aydın Mirzəzadə deputatı olduğu Mingəçevir şəhərinə səfər edib. Mingəçevir Özəl Türk Liseyinə gələn Aydın Mirzəzadə təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olub. Millət vəkili, politoloq Aydın Mirzəzadə deputatı olduğu Mingəçevir şəhərinə səfər edib. Mingəçevir Özəl Türk Liseyinə gələn Aydın Mirzəzadə təhsil ocağında yaradılan şəraitlə yaxından tanış olub.Ayrı-ayrı fənn kabinələrinə baş çəkən millət vəkili şagirdlərlə söhbət edərək fikir mübadiləsi aparıb. Sonra konfrans zalında Millət Vəkili Aydın Mirzəzadəylə liseyin şagird və müəllim kollektivi arasında görüş keçirilib. Deputat şagird və müəllimlərin suallarını cavablandırıb. Görüşdən sonra millət vəkili ölkə xaricində keçirilən olimpiadalarda fərqlənən şagirdləri təbrik edib və xatirə şəkili çəkdirib. Təhsil ocağındakı görüşdən sonra Aydın Mirzəzadə şahmat üzrə 2 qat Azərbaycan çempionu 8 yaşlı Zeynəb İsmayılzadəylə görüşüb. Millət Vəkili 8 yaşlı çempionla şahmat oynayıb və özüylə

Şagirdlər vətənə medallarla dönüblər

Resim
Yanvarın 15-də Qazaxstan Respublikasının Alma-Atı şəhərində məktəblilərin VIII Beynəlxalq Jautıkov fizika, riyaziyyat və informatika olimpiadası keçirilib. Azərbaycanı bu mötəbər olimpiadada Bakı Özəl Türk Liseyinin 11-ci sinif şagirdlərindən fizika fənnindən Hacı Piriyev, riyaziyyat fənnindən Şahin Hüseynli  və informatika fənnindən Elmi Əhmədov uğurla təmsil ediblər. Belə ki, şagirdlərdən H. Piriyev gümüş, Ş. Hüseynli  və E. Əhmədov bürünc medallara layiq görülüblər. Ümumilikdə şagirdlər Vətənə 3 medalla dönüblər. Bu qələbə münasibəti ilə şagirdləri, valideynləri və Bakı Özəl Türk Liseyinin müəllim kollektivini təbrik edir və gələcək olimpiadada uğrlar diləyirik.   http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/464-sagirdlr-vtn-medallarla-doenueblr.html

“Azercell” in aparıcı mütəxəssisi şagirdlərlə görüşüb

Resim
Yanvarın 26-da Bakı Özəl Türk Liseyində Azercell Telekom MMC-nin əlavə dəyər xidmətlərinin idarə edilməsi departamenti yeni texnologiyalar və korporativ xidmətlər üzrə aparıcı mütəxəssisi Tural Nəbizadə şagirdlərlə görüşüb. Görüş zamanı T. Nəbizadə şagirdlərə yeni texnologiyalar 3G barədə eləcə də 3G MAX xidmətləri, video zəng, mobil TV və mobil internet barədə ətraflı məlumat verib. Bununla əlaqədar şagirdləri maraqlandıran sualları cavablandırıb və məktəblilərə Azercelldən hədiyyələr təqdim edib. Görüşün sonunda şagirdlərə təhsillərində uğurlar diləyib. http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/463-azercell-in-aparc-muetxssisi-sagirdlrl-goeruesueb.html

Amerikalı prof. Sumqayıt Özəl Türk Liseyində

Resim
Yanvarın 26-da Amerikalı prof. Shirley A. Stanley Sumqayıt Özəl Türk Liseyində olub. Əvvəlcə qonaq liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları və şagirdlərin social şəraiti ilə yaxından tanış olub. liseyin müdiri Ahmet Çamalan bu tədris müəssisəsinin təhsildə əldə etdiyi uğurları, nailiyyətləri barədə ətraflı məlumat verib. Bundan başqa liseyin iştirak etdiyi Kabitef  Texnologiya sərgisi, “Fərqli Mədəniyyətlərin Qovşağında Azərbaycan” və (İnepo-Avrasiya) kimi beynəlxalq tədbir və olimpiadalar haqqında danışıb. Sumqayıt Özəl Türk Liseyinin şagirdlərinin hamısınınTQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarında yüksək bal toplayaraq dünyanın bir çox universitetlərində təhsillərini davam etdirmələrindən söhbət açıb. Bu uğurların davam etdirilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. Sonra Shirley A. Stanley ilə fikir mübadiləsi aparılib və onu maraqlandıran suallar cavablandırılıb. Amerikalı professor  müasir tələblərə cavab liseyin uğ

Modern.az internet portalının baş redaktoru Bakı Özəl Türk Liseyində

Resim
Yanvarın 27-də Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı Bakı Özəl Türk Liseyində Beynəlxalq Fənn Olimpiada qalibləri ilə görüşüb. Qonağı  Azərbaycan –Türkiyə Özəl Liseyləri Baş İdarə rəisi Arif Gömleksiz qarşılayıb. Qonaq əvvəlcə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları, idman zalları və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olub. Baş İdarə rəisi A. Gömleksiz E. Eyvazlıya Azərbaycan –Türkiyə Özəl Liseylərinin (ATÖL) eləcədə Bakı Özəl Türk Liseyinin təhsildə əldə etdiyi uğurları nailiyyətləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda şagirdlərinin ən yüksək bal toplamalarından, respublikada və dünyanın bir çox ölkələrində təhsillərini davam etdirmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında Azərbaycanı uğurla təmsil etmələrindən danışaraq ətraflı məlumat verib. Azərbaycan –Türkiyə Özəl Liseylərinin yeni, ən müasir texnologiyalarla təchiz olunduğunu bildirib. Bununla bərabər Elşad

Qafqaz Universitetində “Gənclərin İKT Biliklərinin İnkişaf Etdirilməsi Dərsliyi”nin rəsmi açılışı keçiriləcək

Resim
06-10 Fevral 2012-ci il tarixləri arasında Qafqaz Universitetində, Qafqaz Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT), BMT-nin İnkişaf Programının (UNDP) birgə təşkil etdiyi “Rəhbər Dovlət Qulluqçuları üçün Əsas İKT bilikləri Akademiyası” lahiyəsi çərçivəsində “İnformasiya texnologiyalari və Hərtərəfli İnkisaf” və ““Gənclərin İKT Biliklərinin İnkişaf Etdirilməsi Dərsliyi”nin rəsmi açılışı və Tədrisçilərin Tədrisi Programı” mövzusunda seminar təşkil ediləcək. Qafqaz Universitetinin mətbut xidmətinin rəhbəri Rəcəb Rzayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, tədbirin birinci günündə UN-APCİCT və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə təşkil edəcəyi, Azərbaycanda ilk dəfə olaraq tədris ediləcək olan və dövlət qulluqçuları üçün nəzərdə tutulm

Qafqaz Universitetində seminar keçiriləcək

Resim
06-10 Fevral 2012-ci il tarixləri arasında Qafqaz Universitetində, Qafqaz Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası, İnformasiya və Kommunikasiya Texnologiyasının İnkişafı üzrə BMT-nin Asiya və Sakit Okean Təlim Mərkəzi (UN-APCICT), BMT-nin İnkişaf Programının (UNDP) birgə təşkil etdiyi “Rəhbər Dovlət Qulluqçuları üçün Əsas İKT bilikləri Akademiyası” lahiyəsi çərçivəsində “İnformasiya texnologiyalari və Hərtərəfli İnkisaf” və ““Gənclərin İKT Biliklərinin İnkişaf Etdirilməsi Dərsliyi”nin rəsmi açılışı və Tədrisçilərin Tədrisi Programı” mövzusunda seminar təşkil ediləcək. Qafqaz Universitetinin mətbut xidmətinin rəhbəri Rəcəb Rzayevin MIA-ya verdiyi məlumata görə, tədbirin birinci günündə UN-APCİCT və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birgə təşkil edəcəyi, Azərbaycanda ilk dəfə olaraq tədris ediləcək olan və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş m

Bir daha əmin oldum ki...

Resim
“Bu gün Azərbaycanımız 20 il öncəki Azərbaycan deyil. O bu müddətdə bütün sahələr üzrə möhtəşəm inkişaf yolu keçib. Hətta regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. İndi onun sorağı dünyanın hər yerindən gəlir”. Bu sözləri millət vəkili Aydın Mirzəzadə Mingəçevir Özəl Türk Liseyinin şagirdləri ilə keçirdiyi görüşdə deyib. Onun sözlərinə görə, həmin yüksəlişə yeni nailiyyətlər əlavə etmək bu gün parta arxasında oturan hər bir gəncin mənəvi borcudur: “Bu gün ölkə başçısı İlham Əliyev təhsilimizin inkişafına xüsusi diqqət yetirir. Sizin hər birinizin borcu isə bu qayğı sayəsində Azərbaycanımıza layiqli vətəndaş olmaqdır”. Millət vəkili şagirdlərə öz tövsiyələrini də verməyi unutmayıb: “Arzu edərdim ki, siz ingilis dili ilə yanaşı, digər ölkələrin dillərini də əxz edəsiniz”. O həmçinin bir millət vəkili, bir ziyalı kimi onlara hər zaman dəstək olmağa hazır olduğunu da dilə gətirib. Görüş çərçivəsində liseyin fəaliyyəti ilə ətraflı tanış olan millət vəkili təəssüratlarını

Qafqaz Universitetində müxtəlifyönlü fəaliyyətlərin tələbələr tərəfindən dəyərləndirilməsi tədqiqatı aparılıb

Resim
27 Yanbar 2012 - №0 4   Müasir şəraitdə tələbələrin istəkləri artmaqda və təhsil aldıqları qurumlardan gözləntiləri çoxalmaqdadır. Bir çox tələbələr üçün həyatda qazanacaqları mövqedə ən önəmli vasitə və imkan alacaqları təhsil nəticəsində əldə edəcəkləri  bacarıq və vərdişlərdir. Bu baxımdan tələbələrin gözləntilərinin müəyyənləşdirilməsi və təhsil prosesində nəzərə alınması zəruridir. Eyni zamanda  ali təhsil müəssisələri mövcud rəqabət mühitində daha cəlbedici görünmək və tələbələri cəlb etmək üçün imkanlar təqdim etmək, varsa zəif cəhətlərini müəyyənləşdirmək və zaman keçdikcə bunları keyfiyyət kriteriyaları içərisinə daxil etmək və bu çərçivədə dəyərləndirmək məcburiyyətindədirlər. Buna nail olmaq üçün tələbələrin ehtiyaclarını, təqdim olunan xidmətlərdən razı qalıb-qalmadıqlarını müəyyən etmək zəruridir.   Bu zərurət, habelə təhsil prosesinin strategiyasın

Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb

Resim
27 Yanbar 2012 - №04 Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran mühüm vəzifələrdən söz açıb. Təhsil naziri müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin inkişafına daim böyük önəm verdiyini, bu kursun ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.   Ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımız baxımından əhəmiyyətini diqqətə çatdıran Misir Mərdanov "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin uğurları barədə ətraflı məlumat verib. Təhsil naziri Qafqaz Universitetlər

Qafqaz Universitetinin tələbələri Petkim Petrokimya şirkətində təcrübə keçəcəklər

Resim
27 Yanbar 2012 - №04  "Azərikimya" İste hsalat Birliyi icraçı direktorunun  kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xaliq Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində mühəndislik fakültəsinin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə "Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti ikitərəfli və "Azərikimya" İstehsalat Birliyi - Qafqaz Universiteti - Petkim Petrokimya Holdinq A.Ş. üçtərəfli əməkdaşlıq müqavilələrində qeyd olunan maddələrə əsasən həyata keçiriləcək bəzi fəaliyyətlər, o cümlədən birgə əməkdaşlıq əsasında "Azərikimya" İstehsalat Birliyinin veb səhifəsinin formalaşdırılması və inkişaf etdirilməsində Qafqaz Universitetində fəaliyyət göstərən İKT Tədqiqatlar Mərkəzinin timsalında tələbələrin rolu, "Kimyaçı" tələbə klubunun formalaşdırılması, üçtərəfli əməkdaşlıq müqavi

Qafqaz Universiteti ilə Türkiyənin Ardahan və Qars Qafqaz universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanmışdır

Resim
Bakı, 27 yanvar (AzərTAc). Yanvarın 27-də Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz və Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan Qafqaz Universitetində olmuşlar. Qafqaz Universitetinin Mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ali məktəbin rektoru, professor Əhməd Saniç Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, mehriban qardaşlıq münasibətlərindən danışmış, böyük şəxsiyyət Mustafa Kamal Atatürk və dünya şöhrətli dövlət xadimi, ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulamışdır. Qafqaz Universiteti barədə məlumat verən professor Ə. Saniç ali məktəbin beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdırmışdır. Sonra Qafqaz Universiteti ilə Ardahan və Qars Qafqaz universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Memorandum birgə konfrans, seminarların keçirilməsi, elmi tədqiqatların aparılması, tələbə, təcrü

“Çağ” Öyrətim İşlətmələrinin loqo müsabiqəsi başa çatıb

Resim
Məlum olduğu kimi, Azərbaycan təhsilində bir sıra yeniliklərə imza atmış “Çağ” Öyrətim İşlətmələri öz loqosunu yeniləməyi qərara alaraq müsabiqə elan etmişdi. Bununla əlaqədar olaraq xeyli sayda insan iştirak etmək üçün Şirkətimizə müraciət edib. Məlumat üçün bildiririkki, toplanmış idarə heyətinin qərarına əsasən müsabiqədə iştirak edənlər arasında Oqtay Şirəliyev 1-ci, Sənan Ömərov 2-ci,  Rüfət Məmmədovun hazırladığı loqolar isə 3- cü yerə uyğun görülmüşdür. Həmin loqoların müəllifləri Şirkətimiz tərəfindən mükafatlandırılacaq.  1-ci Yer   2-ci Yer   3-cü Yer http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/459-cag-oeyrtim-isltmlrinin-loqo-muesabiqsi-basa-catb.html

Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində Muğam Gecəsi keçirilib

Resim
Yanvarın 25-də Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində, Gəncədəki Türk iş adamlarının birgə təşkillatçılıqları ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yibileyinə həsr edilmiş “Muğam Gecəsi” keçirilib. Gecədə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Haluk Ağca, Nizamişünas- Gəncə Dövlət Universitetinin prof.  Xəlil Yusifli, Gəncə Appelyasiya məhkəməsinin əməkdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri və bir çox qonaqlar iştirak ediblər.  Qonaqlar məhz bu tədbirin dahi şairimiz N. Gəncəvinin yubileyinə həsr olunmasını, Nizami irsinə yüksək qiymət verilməsindən xəbər verdiyini dilə gətirərək, tədbirin təşkil olunmasında əməyi keçən bütün insanlara təşəkkürlərini bildiriblər. Gecədə tanınmış muğam ifaçısı, xanəndə Mahir Qarabağlı öz məlahətli ifası  ilə iştirakçıları feyziyab edib. http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/458-liseyd-mugam-gecsi.html

Sumqayıt Özəl Türk liseyində sərgi-seminar keçirilib

Resim
Yanvarın 24-də Sumqayıt Özəl Türk  liseyində görkəmli alim, tanınmış ekoloq Həsən Əlirza oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş “Yer kürəsini tanıyaq, qoruyaq və sevək” mövzusunda sərgi-seminar keçirilib. Tədbirdə liseyin 7-ci sinif şagirdləri slayd, sərgi və maket kateqoriyalarında müxtəlif mövzulara həsr olunmuş fərdi işlərini nümayiş etdiriblər. Liseyin coğrafiya müəllimi Namiq Ağaməmmədov tədbir iştirakçılarına sərgi- seminarın keçirilməsinin əhəmiyyəti və məqsədi barəsində geniş məlumat verib. Sonra yer kürəsini qorumaq və öyrənmək bu planetin sakinlərinin müqəddəs borcudur deyə bildirib.  Tədbir şagird və müəllimlər tərəfindən böyük maraqla izlənilib. Bəzi şagirdlərin öz işlərini ingilis dilində təqdim etməsi xüsusi ilə təqdirəlayiq hal kimi qiymətləndirilib. Tədbirdə Sumqayıt şəhər Təhsil Şöbəsi metodkabinetinin müdiri Sabir Məmmədov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov eləcə də bir qrup ictimaiyyət nümayəndələri və v

“Qafqaz”da Mövlanə proqramı tətbiq ediləcək

Resim
Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan Qafqaz Universitetini ziyarət ediblər. “Qafqaz”ın rektoru professor Ahmet Saniç qonaqlara rəhbərlik etdiyi tədris ocağı haqqında ətraflı məlumat verib. O, həmçinin “Qafqaz”ın Türkiyənin bir çox ali təhsil ocaqları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.  Ardahan Universitetinin rektoru Ramazan Korkmaz rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verməklə yanaşı, Birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında da danışıb. Məlum olub ki, Mövlana proqramı eynilə Avropadakı “Erasmus Mundus” proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir.  Bu layihə çərçivəsin

Misir Mərdanov türkiyəli universitet rəhbərlərilə görüşüb

Resim
05:03 / 28.01.2012 Dünən təhsil naziri Misir Mərdanovun Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qars Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşü olub. Görüşdə təhsil nazirinin müavini Qulu Novruzov, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Saniç və Avrasiya Universitetinin rektoru Cəlil Nağıyev iştirak ediblər. Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran mühüm vəzifələrdən söz açıb. Təhsil naziri müstəqil dövlətimizin memarı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında təhsil və elmi əlaqələrin inkişafına daim böyük önəm verdi

Qafqaz Universiteti İSO 9001-2008 keyfiyyət standartları ilə işləyir

Resim
27.01.12 Dünən Qafqaz Universitetində “İSO 9001-2008 keyfiyyət standartı və ali təhsilə tətbiqi” mövzusunda dəyirmi masa keçirildi. Türk Standartları İnstitutunun nümayəndəsi Həsən Dəmirtaşın da iştirak etdiyi toplantıda İSO 9001-2008 keyfiyyət idarəetmə sisteminin ali təhsildə keyfiyyətə təminatda rolu, bu sahədə Qafqaz Universitetinin təcrübəsi ilə bağlı müzakirələr aparılmışdır. Eyni zamanda, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədilə ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışılmışdır. Gülşən Hüseynova, “Respublika”. http://www.respublica-news.az/2012/01/27/20033/

Türkiyə universitetlərinin rektorları BDU-nun qonağı olublar

Resim
05:05 / 28.01.2012 Dünən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor, doktor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor, doktor Sami Özcan və Bakı Qafqaz Universitetinin rektoru, professor, doktor Əhməd Saniç Bakı Dövlət Universitetində (BDU) olublar. Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında ətraflı məlumat verib. Tanınmış alimlərin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib. Rektor vurğulayıb ki, Qars Qafqaz və Ardahan Universitetləri Türkiyənin gənc, lakin dinamik şəkildə inkişaf edən universitetləridir. Qars Qafqaz Universiteti 1992-ci ildə təsis edilib. Hazırda 6 fakültə (İqtisadiyyat və idarəetmə, pedaqogika, tibb, mühəndislik və memarlıq, ədəbiyyat, baytarlıq fakültələri), 3 kollec (yüksək okul), 5

AMEA Folklor İnstitutunda görüş

Resim
27 yanvar 2012-ci ildə Türkiyə Cümhuriyyəti Ərdahan Universitetinin rektoru prof.dr. Ramazan Korkmaz, Türkiyə Cümhuriyyətinin Kafkaz Universitetinin rektoru prof.dr. Sami Özcan, Azərbaycandakı Qafqaz Universitetinin rektoru, prof.dr. Ahmet Saniç, Bakı Asiya Universitetinin rektoru, prof.dr. Cəlil Nağıyev AMEA Folklor İnstitutunun qonağı olublar. Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov qonaqları səmimiyyətlə salamlayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş bilgi verib. Qonaqların da hər biri başçılıq etdikləri tədris müəssisələrinin elmi-tədqiqat fəaliyyəti haqqında bilgi veriblər. C.Nağıyev Qafqaz Universitetlər Birliyi haqqında danışıb, birliyin təlim-tədris, elmi-tədqiqat proseslərində ortaq layihələrin hazırlanması və tətbiqi imkanlarından söz açıb.  Görüşdə Mövlanə Cəlaləddin Rumi Fondunun elmi və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün göstə

Qafqaz Universitetində dəyirmi masa keçirilib

Resim
   Dünən Qafqaz Universitetində Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərin nümayəndələrinin iştirakı ilə İSO9001 Keyfiyyət Nəzarət Sisteminə həsr olunan dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Türkiyə Standartları İnstitutunun Bakı təmsilçisi Hasan Dəmirtaş bildirib ki, Türkiyə Standartları İnstitutu 1960-cı ildə TBMM-ın 132 saylı qanunu ilə yaradılıb. İnstitut bu gün fəaliyyəti uğurla davam etdirir.    Qafqaz Universitetinin Keyfiyyətə Nəzarət Komissiyasının sədri Ədalət İbadov qeyd edib ki, müasir dünyada baş verən sürətli dəyişikliklərlə əlaqədar ali təhsil müəssisələrinin önündə duran məsələlərin mahiyyəti artıb. Ali təhsil xidmətlərinin keyfiyyətinin artırılması və bu müəssisələrdə keyfiyyəti hədəfləyən bir idarəetmə sisteminin formalaşdırılması zərurətə çevrilib. Bu işdə ali təhsildə keyfiyyətin idarəedilməsi sistemi və Qafqaz Universitetində tətbiq edilən Keyfiyyətə Nəzarət Sistemi tətbiq edilib.    Qafqaz Universitetinin tədris işləri üzrə p