20 yanvar faciəsinin 22-ci ildönümü “Dədə Qorqud” Özəl Türk Liseyində yad edilib


20 yanvar şəhidlərinin xatirəsi anıldı

Xalqımızın qan yaddaşında silinməz izlərlə həkk olunmuş 20 yanvar faciəsinin 22-ci ildönümü “Dədə Qorqud” Özəl Türk Liseyində  yad edilib. Tədbirdə o günün dəhşətini öz gözləri ilə görmüş Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstutunun Böyük Elmi İşçisi, Tarix üzrə Fəlsəfə doktoru Vaqif Abışov və Azərbaycan Milli Elmlər Akademiyası, Z. Bünyadov adına Şərqşüanaslıq İnstutunun Böyük Elmi işçisi, Tarix üzrə Fəlsəfə doktoru Cavid  Qasımov çıxış edib. Natiqlər, 1990-cı il 20 Yanvar günündə xalqımıza qarşı törədilən faciənin tariximizdəki əhəmiyyəti və mahiyyəti barədə geniş çıxış edərək şagirdlərlə ətraflı məlumat veriblər. Daha sonra şagirdlərin suallarına cavab verən qonaqlar şagirdlərinin tariximizə olan marağı və  diqqətindən məmnun olduqlarını bildiriblər. Konfransın sonunda liseyin müdiri Turan Güneri qonaqlara xatirə hədiyyəsi təqdim edib. Sonra hər il olduğu kimi  “Dədə Qorqud” Özəl Türk Liseyinin bir qrup müəllim və şagird kollektivi şəhidlər xiyabanına gedərək  çəhidlərin məzarlarını ziyarət ediblər.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır