Azərbaycanda ilk dəfə olaraq universitetlərarası teatr festivalı keçiriləcək

Bakı. Laçın Sultanova-APA. Azərbaycan Dillər Universitetində (ADU) mayın 15-də Azərbaycanda ilk dəfə olaraq universitetlərarası teatr festivalı keçiriləcək. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalı keçirməkdə məqsəd gənclərdə teatra maraq oyatmaqdı. Teatr festivalında ADU-nun Teatr klubu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Poeziya” və “Perfomans” teatr klubları, Bakı Slavyan Universitetinin “Tələbə” teleradio studiyası və Azərbaycan Qafqaz Universitetinin Teatr klubunun üzvləri hazırladıqları tamaşaları nümayiş etdirəcəklər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır