Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində Muğam Gecəsi keçirilib

Yanvarın 25-də Gəncə Azərbaycan- Türkiyə Özəl Liseyində, Gəncədəki Türk iş adamlarının birgə təşkillatçılıqları ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yibileyinə həsr edilmiş “Muğam Gecəsi” keçirilib. Gecədə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulu Haluk Ağca, Nizamişünas- Gəncə Dövlət Universitetinin prof.  Xəlil Yusifli, Gəncə Appelyasiya məhkəməsinin əməkdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri və bir çox qonaqlar iştirak ediblər. 
Qonaqlar məhz bu tədbirin dahi şairimiz N. Gəncəvinin yubileyinə həsr olunmasını, Nizami irsinə yüksək qiymət verilməsindən xəbər verdiyini dilə gətirərək, tədbirin təşkil olunmasında əməyi keçən bütün insanlara təşəkkürlərini bildiriblər.
Gecədə tanınmış muğam ifaçısı, xanəndə Mahir Qarabağlı öz məlahətli ifası  ilə iştirakçıları feyziyab edib.

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/458-liseyd-mugam-gecsi.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır