Əlaçı şagirdlər mükafatlandırıldı



 Yanvarın 18-də  “Dədə Qorqud” Özəl Türk Liseyində 2011-2012 tərdis ilinin I yarımilində 7,8 və 9 – cu siniflər arasında yarımili yüksək bal toplayaraq əlaçılar siralarına daxil olan 40 nəfər şagird liseyin rəhbərliyi tərəfindən mükafatlandırılıb. Bununla əlaqədar olaraq məktəblilərin valideynlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə liseyin müdiri Turan Güneri çıxış edərək, valideynləri övladlarının təhsildə qazandıqları müvəffəqiyyətinə görə təbrik edib. Sonra onları övladlarının təlim -tərbiyəsinin daha da inkişaf etdirilməsi ücün məktəblə əl-ələ, çiyin-çiyinə çalışaraq müəllimlərə dəstək olmağa dəvət edib. Bu gün əldə olunan nailiyyətin məhs valideyinlərlə birgə çalışmağın nəticəsi olduğunu bildirib. Tədbirdə çıxış edən bir qrupvalideynlər burada şagirdlər üçün hazırlanmış şəraitdən, liseyin pedaqoji kollektivinin öz işlərinə məsuliyyətlə yanaşmalarından məmnun olduqlarını bildiriblər. Bundan sonrada müəllimlərə dəstək olacaqlarına, övladlarının xoşbəxt gələcəyi, savadlı olmaları üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. 
Tədbirin sonunda əlaçı şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır