Modern.az internet portalının baş redaktoru Bakı Özəl Türk Liseyində


Yanvarın 27-də Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı Bakı Özəl Türk Liseyində Beynəlxalq Fənn Olimpiada qalibləri ilə görüşüb. Qonağı  Azərbaycan –Türkiyə Özəl Liseyləri Baş İdarə rəisi Arif Gömleksiz qarşılayıb. Qonaq əvvəlcə liseyin sinif otaqları, kitabxanası, laboratoriyaları, idman zalları və şagirdlərin sosial şəraiti ilə yaxından tanış olub. Baş İdarə rəisi A. Gömleksiz E. Eyvazlıya Azərbaycan –Türkiyə Özəl Liseylərinin (ATÖL) eləcədə Bakı Özəl Türk Liseyinin təhsildə əldə etdiyi uğurları nailiyyətləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda şagirdlərinin ən yüksək bal toplamalarından, respublikada və dünyanın bir çox ölkələrində təhsillərini davam etdirmələrindən, Beynəlxalq Fənn Olimpiadalarında Azərbaycanı uğurla təmsil etmələrindən danışaraq ətraflı məlumat verib. Azərbaycan –Türkiyə Özəl Liseylərinin yeni, ən müasir texnologiyalarla təchiz olunduğunu bildirib. Bununla bərabər Elşad Eyvazlını düşündürən sualları cavablandırıb. Sonra Qazaxstan Respublikasının Alma-Atı şəhərində məktəblilərin VIII Beynəlxalq Jautıkov fizika, riyaziyyat və informatika olimpiadasında və Cənubi Afrikanın Durban şəhərində Yeniyetmələrin VIII Beynəlxalq Təbiət Elmləri Olimpiadasının qalibləri ilə görüş keçirilib. Bu olimpiadalarda şagirdlərin ümumilikdə Azərbaycana 6 medal gətirdikləri barədə məlumat verilib. Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı burada şagirdlər üçün hazırlanmış şəraitdən və məktəblilərin əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib və Azərbaycan –Türkiyə Özəl Liseylərinin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib. 





Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF