Qafqaz Universitetinde “İSO 9001-2008 Keyfiyyət Standartı və Ali Təhsilə Tətbiqi” mövzulu deyirmi masa keçirilecek.



Qafqaz  Universitetinde deyirmi  masa  keçirilecek.Azerbaycanda fealiyyet gösteren Qafqaz Universitetinden aldığımız melumata göre, Türk Standartları İnstititu Azerbaycan nümayendesi Hasan Demirtaşın iştirakı ile sabah bu ali tehsil ocağında İSO 9001-2008 Keyfiyyet Standartı ve Ali Tehsile Tetbiqi mövzulu deyirmi masa keçirilecek.
Qafqaz Universitetində dəyirmi  masa  keçiriləcək.
Azərbaycanda  fəaliyyət  göstərən Qafqaz  Universitetindən  aldığımız  məlumata  görə, Türk Standartları İnstititu Azərbaycan nümayəndəsi Hasan Demirtaşın iştirakı ilə  sabah bu  ali  təhsil  ocağında   “İSO 9001-2008 Keyfiyyət Standartı və Ali Təhsilə Tətbiqi” mövzulu dəyirmi masa keçiriləcək. Qafqaz  Universitetinin  mətbuat  xidmətinin  rəhbəri  Rəcəb  Rzayevin  Baku Haber-ə verdiyi  məlumata  görə, 22 may 2009-cu il tarixində ölkə Prezidenti Cənab İlham Əliyev, Azərbaycan Respublikasının ali təhsil sisteminin  Avropa təhsil məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin formalaşdırılması məqsədi ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı təsdiqləmişdir. Bu proqramın icrasının əsas istiqamətlərindən biri də ali təhsildə keyfiyyətin təmin olunmasıdır. Eyni zamanda ali təhsildə  keyfiyyətə təminat Avropa təhsil məkanına inteqrasiyada mühüm mərhələ olan Bolonya prosesinin də başlıca tələblərindəndir. 
Qafqaz Universiteti, bu məqamları diqqətə alaraq bir sıra tədbirlər həyata keçirir. Bu qəbildən olan tədbirlərdən biri də sabah  keçiriləcək dəyirmi masa toplantısıdır.Burada əsas məqsəd, İSO 9001-2008 keyfiyyət idarəetmə sisteminin ali təhsildə keyfiyyətə təminatda necə rol oynadığı ilə bağlı fikir mübadiləsi aparmaq və Qafqaz Universitetinin 2005-ci ildən bəri əldə elədiyi təcrübənin bölüşülməsidir.
 Gülşən
Azərbaycan, Bakı

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır