Qafqaz Universitetinde qardaş Türkiyenin Universitet rektorları ile memorandum imzalandı.



Qafqaz  Universitetinde qardaş Türkiyenin  Universitet rektorları  ile memorandum imzalandı.Tarih 27 Ocak 2012, 13:44 Editör Gulshen HÜSEYN
Bu gün Merkezi Türkiyede yerleşen Qafqaz Universitetleri Birliyinin sedri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor Sami Özcan Qafqaz Universitetini ziyaret etdiler

Bu gün  Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor  Sami Özcan  Qafqaz  Universitetini  ziyarət  etdilər. Qonaqları qarşılayan tələbə və  müəllim  heyətilə  yanaşı  universitetin  rektoru, professor Ahmet Saniç onlara universitet haqqında ətraflı məlumat verdi, Azərbaycan ilə Türkiyənin tarixi birliyindən, qardaşlıq münasibətlərindən danışdı. Böyük şəxsiyyət Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının əhəmiyyətini vurğulayan rektor dahi rəhbər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatdı. Tanınmış alimlərin Qafqaz Universitetinə gəlişindən məmnunluq duyduğunu deyən rektor gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyini bildirdi. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açan rektor, Qafqaz Universitetinin Türkiyənin bir çox ali təhsil məktəbləri  ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğuladı. Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandum imzalandı. Qafqaz Universitetinin rektoru Ahmet Saniç  qonaqlara günün xatirəsi olaraq xatirə plaketi təqdim etdi. Qonaqlar universitetin tədris mərkəzləri ilə yaxından tanış oldular.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF