“Qafqaz”da Mövlanə proqramı tətbiq ediləcək

Mərkəzi Türkiyədə yerləşən Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan Qafqaz Universitetini ziyarət ediblər. “Qafqaz”ın rektoru professor Ahmet Saniç qonaqlara rəhbərlik etdiyi tədris ocağı haqqında ətraflı məlumat verib. O, həmçinin “Qafqaz”ın Türkiyənin bir çox ali təhsil ocaqları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. 

Ardahan Universitetinin rektoru Ramazan Korkmaz rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verməklə yanaşı, Birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında da danışıb. Məlum olub ki, Mövlana proqramı eynilə Avropadakı “Erasmus Mundus” proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir. 

Bu layihə çərçivəsində Qafqaz Universitetləri Birliyi ilə Qafqaz Universiteti arasında sıx əməkdaşlığını yaranacağına ümid edən Ramazan Korkmaz artıq 24 universitetin üzv olduğu bu Birliyin I Gənclik Qurultayının Naxçıvan Dövlət Universitetində keçirildiyini qeyd edib. Görüşün sonunda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən memorandum imzalanıb. Rəcəb Rzayev

http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42211

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır