Şagirdlər “Sərhədçi” Olimpiya İdman Kompleksində olublar


Kafkas İlköğretim Okulunun bir qrup müəllim və şagirdləri “Sərhədçi” Olimpiya İdman Kompleksiində olublar. Qonaqları “Sərhədçi” Olimpiya İdman Kompleksinin rəisi polkovnik Rövşən Kərimov və kikboksinq üzrə dünya çempionu, “Sərhədçi” Olimpiya İdman Mərkəzinin Baş məşqçisi, leytenant Fuad Zeynalov qarşılayıblar. Şagirdlər 1 ildə 193 yarış keçirərək 2011-ci ilin ən yaxşı idman kompleksi seçilmiş kompleksi gəziblər. Belə ki, məktəblilər bu idman ocağının ən müasir tələblərə cavab verən oteli, 25 idman növünə aid məşqlərin keçirilməsi üçün idman zalları, su hovuzu və digər idman şəraiti ilə yaxından tanış olublar. Komplekslə tanışlıq zamanı Polkovnik R. Kərimov şagirdlərin suallarını cavablandıraraq əldə etdikləri idman nailiyyətləri uğurları barədə qonaqlara ətraflı məlumat verib. Məktəblilərə dərslərində uğurlar diləyib. Şagirdlər burada gördüklərindən məmnun olduqlarını bildirərək , dərslərində olduğu kimi idman sahəsində də nailiyyətlər əldə edəcəklərini soyləyiblər.    
 
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır