Türkiyəli qonaqlar Sumqayıt Özəl Türk Liseyində


Yanvarın 14-də qardaş Türkiyə Cumhuriyyətindən olan bir qrup iş adamı və müxtəlif dövlət qurumlarında çalışan şəxslər Sumqayıt Özəl Türk Liseyində olublar. Qonaqlar liseyin maddi-texniki bazası, sosial şəraiti, sinif otaqları, kitabxanası, laboratoriyaları ilə yaxından tanış olublar. Sumqayıt Özəl Türk Liseyinin müdir müavini Tuncer Telli qonaqlara tədris müəssisəsinin uğurları, eləcədə şagirdlərinin Respublika və Beynəlxalq Fənn Olimpiadalarında fəal iştirakı Azərbaycan bayrağını ən yüksəklərə ucaltdıqları barədə söhbət açıb. Qonaqlar liseyin fəaliyyətindən, burada şagirdlər üçün hazırlanmış şəraitdən məmnun olduqlarını bildiribilər. Liseyin pedaqoji kollektivinin əməyini və təlim-tədris metodlarını yüksək qiymətləndirdilər.
Burada gördüklərindən məmnun olan qonaqlar, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-Türkiyə Özəl Liseylərinin iki qardaş və dost ölkənin əlaqələrinin daha da inkişaf etdirilməsində öz töhfəsini verdiyini bildiriblər. 
Sonda qonaqlara liseyin xatirə hədiyyələri təqdim olunub.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır