muallim.edu.az: Xəttatlığa həsr olunmuş seminar


Qafqaz Universiteti Mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən sənət kurslarında "Türk sənətləri haqqında bilgilər" mövzusunda silsilə seminarlara start verilib. Bu günlərdə keçirilən ilk seminarın  mövzusu "Ebru və hüsnxət" adlanırdı. Universitetin dövlət və bələdiyyə idarəetməsi bölməsinin "Xüsusi istedadlar" qrupu ebru və hüsnxət sənəti haqqında iştirakçılara geniş məlumat verdilər. Ebru kursunun  müəllimi Təranə Məmmədova bu sənətin  tarixi, inkişaf mərhələsi, ebru növləri  və onun tətbiq olunduğu  yerlərlə bağlı geniş açıqlama verdi. Qədim ebru sənəti ustalarından Hatib Mehmet Əfəndi, Şebek Mehmet Əfəndi, Hikmət Barutçugil, Fuat Başar haqqında danışdı.Tələbələr ebru sənəti ilə praktik məşğul  olaraq eyni zamanda  iki  ibrətamiz hekayə dinlədilər.

Hüsnxət  sənətinin təməli, tarixi, inkişaf mərhələləri, hüsnxət üslubları: kufi yazı, sülüs yazı, nəsih yazı, muhakkak yazı, rika yazı, tevki yazı, talik yazı çeşidləri  haqqında  dosent Arzu Məmmədova geniş məlumat verdi.
Hüsnxət üçün istifadə edilən materiallar: kağız, qələm və mürəkkəbin necə hazırlanması qaydaları izah edildi. Hüsnxət sənətinin  Osmanlı dövləti zamanında  daha da inkişaf etməsi və məşhur xəttatlar haqqında məlumatlar tələbələrin böyük marağına səbəb oldu.
Günümüzün istedadlı xəttatlarından  Ali Alparslan, Həsən Çələbi, Hüseyin Kutlu, Fuat Başar və bu ustadların yetişdirdiyi xəttatların bu bənzərsiz sənəti yeni zirvələrə qaldıran əsərləri videoslaydlarla göstərildi.
Hüsnxət sənətinin istifadə edildiyi yerlər, memarlıq abidələri, daxili tərtibatda istifadəsi haqqında videokadrların nümayişi ilə müşayiət  olunan məlumat verildi.
Xarici ölkələrdə təşkil olunan xətt sənəti yarışmalarında müxtəlif yazı çeşidlərində  mükafata layiq görülmüş xətt yazıları göstərildi, bu sənətlə məşğul olan xəttatların  nə qədər səbrli, təmkinli və diqqətli olmaları, öz işinə hörmətlə yanaşmaları önə çəkildi.
Seminar  tələbələrə sənətlə gözəlləşən sevgi dolu  bir  həyat yaşamaları arzusuyla başa çatdı. 
Y.ƏLİYEV

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF