29 Şubat 2012 Çarşamba

Qonaq gəlmiş bizə Lalələr

Fevralın 28-də Mədəniyyət şöbəsi Laləzar klubunun təşəbbüsü ilə ətrafın müxtəlif güllərlə abadlaşdırılması və tələbələrdə təbiətə qayğı hissinin aşılanması məqsədiylə universitet şəhərciyində “Lalə guşəsi” salındı. Guşənin salınmasında Universitetin rektoru Prof. Ahmet Saniç iştirak etdi. Şəhərcikdə “Lalə guşəsi” salınmasının öz rəmzi mənaları var. XVI əsrdə Avropaya aparılmış Lalə (tülpan) Şərq mədəniyyətinə məxsus bir gül növüdür. Vətəni Türkiyə və İran hesab olunur. Xosbəxtlikdən avropalılar onu özününkiləşdirə bilməmişdir, çünki onun türk köklü olması adında qorunur. Tülpan sözünün hərfi mənası türk qadınının geyimi olan türbənd mənasına yaxındır və tam acılmış tülpanı (laləni) türbəndə bənzədilir. Osmanlı tarixində “Lale devri” adlı tarixi dövrdə incəsənətdə, memarlıqda böyük irəliləyişlər müşahidə olunmuş və Lalə yeniliklərin simvolu kimi ön plana çıxmışdir. Ümid edirik ki, “Lalə guşəsinin salınması Lalə gülünü öz rəmzi simvolu seçən Laləzar klubunun fəaliyyəti üçün uğurlu bir başlanğic və yeniliklərə körpü olacaq.
Bölmənin digər xəbərləri

Bakcell has met Qafqaz University bachelor and master students within the project of "The Bakcell Alumni"

Local GSM company Bakcell has met Qafqaz University bachelor and master students within the project of "The Bakcell Alumni". The "Bakcell Alumni" project gives students the chance to develop themselves as a Telecommunicaiton, Information Technology and Marketing specialist. Within the scope of the project students will participate in various activities of Bakcell gaining real world experience. Bakcell will grant scholarships for the successfull students. Head of human resources department of Bakcell Ms. Nazmira Shirinova has presented the details of participation in the project.
Last year there were 7 students participating in the "Bakcell Alumni" project 6 of  them were from the Qafqaz University.
 
 
 

Hidayet Orucov Fransa Konstitusiya Şurasının qerarını alqışladı



Hidayet Orucov Fransa Konstitusiya Şurasının qerarını alqışladıTarih 29 Şubat 2012, 15:00 Editör Gulshen HÜSEYN
Bu gün Qafqaz Universitetinde növbeti aylıq seminar keçirildi
Seminarı  giriş  sözü  ilə  Qafqaz  Universitetinin rektoru  Ahmet  Saniç  açdı  və  bildirdi  ki, seminarın  bugünkü  qonagı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovdur. Rektor  öz  çıxışında Ümummilli  lider Heydər  Əliyevin   Qafqaz  Universitetinə  hədiyyə  etdiyi  və  xeyir-dua verdiyi   böyük  bir  sahəni  əhatə  edən  bir  ərazidə fəaliyyətə  başlayan  bu  ali  təhsil  ocağının  yaranma  tarixindən, elə həmin dövrdə  də  prezidentin  müşaviri  vəzifəsində  çalışan Hidayət  Orucovun da  Qafqaz  Universiteti  üçün  göstərdiyi   xidmətlərindən  söz  açdı  və  bu  xidmətləri yüksək  qiymətləndirdi.
Sonra  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov çıxış  edərək  ilk  öncə  Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun dünən ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasının  qərarını  yüksək  qiymətləndirdiyini və  bundan  sonra  da Azərbaycan  ilə Türkiyənin qardaşlığının daha  möhkəm  olacağına  əminliyini  vurğuladı. 
“Gənclik və milli-mənəvi dəyərlər: tarixi ənənə və çağdaş yanaşma” mövzusunda  geniş  məruzə  ilə  çıxış  edən natiq  bildirdi  ki, ölkəmizin uğurlu gələcəyi üçün gənclərin müasirliyi, yüksək təhsili, işgüzarlıq keyfiyyətləri qədər, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər ruhda yetişmələri çox  önəmlidir. Cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılmışdır. Belə ki, indi respublikamızda iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr uğurla həyata keçirilir, cəmiyyətin mədəni səviyyəsi, maddi rifah halı yüksəlir. Dövlət milli-mənəvi dəyərlərin qorunmasına, dini-tarixi abidələrin bərpasına xüsusi qayğı göstərir. Gənclərin zərərli təsirlərdən qorunması əsas strateji, prioritet istiqamətlərdəndir. Burada isə, ilk növbədə, dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana çıxır.Din sahəsində milli kadrların azlığı əsas problemlərdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunmuşdur. Amma təəssüf ki, onların böyük əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş və təbliğatçısına çevrilmişlər. Bu baxımdan milli ideologiyamıza sadiq  gənc, vətənpərvər kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.
Natiq,  məruzəsində  həmçinin  bildirdi  ki, adət-ənənələrə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır. Adət-ənənələrə müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı təqdirdə ictimai şüurun sağlam inkişafından söhbət gedə bilər. Tarixin sınaqlarından uğurla keçərək özünü doğrultmuş, günün reallıqları ilə ayaqlaşan, sosial münasibətlərə müsbət təsir göstərən və müəyyən dərəcədə ictimai münasibətləri tənzimləyən dəyərlərin qorunması, mənfi təzahürlərin isə tədricən aradan qaldırılması müasir cəmiyyət quruculuğu üçün zəruri amillərdəndir.
Məruzəni  bitirdikdən  sonra, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov tələbələri  maraqlandıran  suallara  cavab  verdi.
 Seminarın  sonunda qonağa  xatirə  plaketi  təqdim  olundu. 

Qafqaz Universitetində növbəti aylıq seminar

Qafqaz Universitetinin 2011-2012-ci tədris ilində təşkil etdiyi aylıq seminarlar silsiləsinin növbəti məşğələsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun “Gənclik və milli mənəvi dəyərlər: tarixi ənənə və çağdaş yanaşma” mövzusunda məruzəsi  dinlənilmişdir.

Sumqayıt Özəl Türk Liseyində Xocalı soyqırımı şəhidlərinin anım mərasimi keçirilib



Fevralın 24-də Sumqayıt Özəl Türk Liseyində Xocalı soyqırımı şəhidlərinin anım mərasimi keçirilib.Tədbir iştirakçıları əvvəlcə, Xocalı soyqırımı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı faciəsindən bəhs edən qısa metrajlı sənədli film nümayiş etdirilib.
Daha sonra liseyin şagirdləri şəhidlərə həsr olunmuş seirlər söyləmiş və o günün dəhşətini əks etdirən mahnılar oxumuşlar.
 Tədbirdə liseyin tarix müəllimi Vaqif Yusifov çıxış edərək bildirib ki,  Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş hadisələrindən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməkliyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək dinc əliyalın insanlara qarşı amansız divan tutmuşlar. Bir gecənin içərisində qədim Xocalını yerlə yeksan etmişlər.
Beləliklə, soyuq, qarlı fevral gecəsində cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər… Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/497-liseyd-xocalnn-soyqrm-shidlrinin-anm-mrasimi-kecirilib.html

Quba Özəl Türk Liseyində Xocalı faciəsi anilib


Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq  Quba Özəl Türk Liseyində anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə,
Xocalı soyqırımı qurbanları və Qarabağ şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı faciəsindən  bəhs edən film nümayiş olunub. Daha sonra liseyin müdir müavini Mülkəmir İsmayılov çıxış edərək,  1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalı şəhərində törətdiyi soyqırım faciəsi haqqında şagirdlərə və tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra tədbirdə iştirak edən Quba rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayan Uşaqların və Onların Hüquqlarının Qorunması Komissiyasının üzvü Rəxşəndə xanım Bayramova çıxış edərək, dünya dövlətlərinin Xocalı soyqırımına hüquqi qiymətin verməsinin vacibliyindən danışıb. Tədbir iştirakçılarına Xocalı soyqırımı törədənləri heç vaxt unutmamağı və onlara qarşı   mübarizəyə səsləyib.
Sonra tədbir iştirakçıları Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər. Daha sonra Qubadakı Soyqırım Abidəsinə yürüş ediblər. Quba Özəl Türk Liseyinin şagirdləri beynəlxalq təşkilatlara, xarici dövlətlərin parlamentlərinə etiraz məktubları göndəriblər.

Məktəblilər Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət ediblər


26 fevral ermənilərin Sovet Ordusunun köməkliyi ilə birgə törətdikləri “Xocalı Soyqrımı”nın ildönümü münasibəti ilə Kafkas İlköğretim okulunda anım mərasimi keçirilib. Mərasimdə şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləyiblər. Sonra məktəbin pedaqoji kollektivi və şagirdlər Xocalı Soyqrımına həsr olunmuş abidənin önünə gələrək  önünə təzə-tər qərənfillər düzüblər. Burada məktəbin müəllimləri baş vermiş faciə barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəis müavini Ayhan Sipahi iştirak edib.
 
 

Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib



Fevralın 24-də tarixində Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) fəlsəfə kafedrasının müəllimləri Piri Axundov, Anar Həsənov və İnformasiya texnologiyaları və beynəlxalq əlaqələr mərkəzinin əməkdaşı Etibar Verdiyev iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə ADAU-nun müəllimləri Piri Axundov “Xocalı soyqırımı”, Etibar Verdiyev “Qarabağ bölgəsində tarix və mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, Anar Həsənov “Torpaqların işğalı zamanı dəymiş iqtisadi ziyan” mövzularında iştirakçılara ətraflı məlumat veriblər. Sonra Azərbaycan və ingilis dillərində Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirin sonunda liseyin müdir müavini Oğuz Burkaz xalqımızın başına gətirilən bu qanlı faciə haqqında ətraflı və izahlı məlumat verdiklərinə görə  qonaqlara rəhbərlik adından dərin minnətdarlığını bildirib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/494-liseyd-xocal-soyqrmna-hsr-olunmus-tdbir-kecirilib.html

Ağdaş Özəl Türk Liseyində Xocali faciəsi yad edildi


Fevralın 24-də Ağdaş Özəl Türk Liseyində  Xocalı faciəsinin 20-ci il dönümü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə, tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra  Ağdaş Rayon İcra Hakimiyyəti İctimai- Siyasi şöbəsinin müdiri Qalib Həsənov çıxış edərək bildirib ki, XX əsrin ən böyük faciəsi olan- Xocalı soyqrımı hər zaman xatırlanmalı və onları hər zaman yad etmək hər birimizin müqəddəs borcudur. Biz heç vaxt şəhidlərimizi unutmamalıyıq.
Tədbirdə iştirak edən hadisənin iştirakçısı olmuş Xocalı sakini Yelmar Məmmədov ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu amansız soyqırım haqqında ətraflı  danışıb.
Daha sonra liseyin müdiri Ramazan Tomay ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı belə amansız qətliamlar törətdiyini söyləyib və bu barədə şagirdləri məlumatlandırdıqlarını bildirib. İnsanların daim sülh, dostluq, əminamanlıq şəraitində yaşamalarını arzu edib. Mərasimdən sonra Ağdaş Özəl Türk Liseyinin müdiri və pedaqoji kollektivi  rayon İcra Hakimiyyətinin Xocalı faciəsinin 20-ci il dönümü ilə əlaqədar keçirdiyi anım mərasimində də iştirak ediblər.
 

“Bakcell məzunları” layihəsinə başlanmışdır

Bakı, 28 fevral (AzərTAc). “Bakcell” şirkətinin nümayəndələri Qafqaz Universitetində tələbə və magistrlərlə görüşmüşlər.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə şirkətin nümayəndəsi Nazmira Şirinova “Bakcell”in inkişaf tarixi və perspektivləri barədə danışmışdır.
N.Şirinova “Bakcell məzunları” layihəsi və onun şərtləri haqqında da məlumat verərək tələbələri əməkdaşlığa dəvət etmişdir.
“Bakcell məzunları” layihəsi üzrə telekommunikasiya, informasiya texnologiyaları və marketinq sahəsində özünü yetişdirmək istəyən tələbələri əhatə edir. Layihə əsasında bu sahələr üzrə təhsil alan tələbə və magistrlər “Bakcell”in fəaliyyəti ilə tanış olmaqla, müxtəlif layihələrdə təcrübə qazana bilərlər.
Layihə əsasında seçilmiş tələbələr təqaüd qazanmaq imkanı əldə edəcəklər.
Layihədə iştirak etmək istəyənlər CV-lərini martın 10-dək hr@bakcell.com ünvanına göndərə bilərlər.
Keçən il “Bakcell məzunları” layihəsinin ölkə üzrə 7 nəfər iştirakçısı vardır ki, onların da 6 nəfəri Qafqaz Universitetinin tələbəsi olmuşdur.
http://azertag.gov.az/node/922799

Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanmışdır

Bakı, 28 fevral (AzərTAc). Fevralın 28-də Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, səfərdə məqsəd Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında anlaşma memorandumunun imzalanmasıdır.
Anlaşma memorandumuna əsasən, tərəflər arasında əlaqələr inkişaf etdiriləcək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq genişləndiriləcəkdir.
Sonra imzalanma mərasimi olmuşdur. Sənədi Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov imzalamışlar. 


Qafqaz Universitetinin tələbələri “Bakcell məzunları” layihəsi ilə tanış oldu


“Bakcell”in nümayəndələri Qafqaz Universitetinin tələbə və magistrları ilə görüşüb.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, görüşdə Kadrlar Şöbəsinin müdiri Nazmira xanım Şirinova “Bakcell”in inkişaf  tarixi və perspektivdə duran məsələlər haqqında iştirakçılara məlumat verib.

“Bakcell Məzunları” layihəsi və onun şərtləri haqqında danışan Nazmira xanım tələbələri əməkdaşlığa dəvət etdi.

“Bakcell Məzunları” layihəsi üzrə Telekommunikasiya, İnformasiya Texnologiyaları və Marketinq sahəsində özünü yetişdirmək istəyən tələbələri əhatə edir. Layihə əsasında bu sahələr üzrə təhsil alan tələbə və magistrlar “Bakcell”in fəaliyyəti ilə tanış olub, müxtəlif layihələrdə təcrübə qazana bilərlər.

Layihə əsasında seçilmiş tələbələr təqaüd qazanmaq imkanı əldə edəcəklər.

Layihədə iştirak etmək istəyənlər CV-lərini  hr@bakcell.com  ünvanına göndərə bilərlər. CV-lər 10 mart 2012-ci il tarixinədək qəbul olunacaq.

Xatırladaq ki, keçən il “Bakcell Məzunları” layihəsinin ölkə üzrə 7 nəfər iştirakçısı vardır ki, onların da 6 nəfəri Qafqaz Universitetinin tələbəsi olub.

Rüfət Əhmədzadə
Gün.Az



Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Bakı toplantısı yekunlaşıb

07:47 / 28.02.2012
Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə fevralın 20-dən 26-dək Bakıda keçirilən ASSİTEJ-in İcra Komitəsinin toplantısı çərçivəsində daha bir görüş gerçəkləşib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gümüş maska” salonunda baş tutan görüşün keçirilməsində məqsəd qurumun qarşısında duran əsas vəzifələr, onların həlli yolları, fəaliyyət proqramları, əməkdaşlıq sahələrinin müzakirə edilməsi olub. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in İcra Komitəsinin Bakıda keçirilən toplantısı, onun ölkəmizdə fəaliyyət göstərən teatrların dünya arenasına çıxışındakı mövqeyi haqqında fikirlərini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu toplantı ASSİTEJ-ə üzv olan ölkələrin uşaq və gənclər teatrları arasında yaradıcılıq və təcrübə mübadiləsinin genişlənməsi istiqamətində mühüm addımdır. Milli Mərkəzin rəhbəri ASSİTEJ-in Azərbaycan üzrə nümayəndə heyətini qonaqlara təqdim edib. Görüşdə Milli Mərkəzin üzvləri – Cənnət Səlimova, Vaqif Əsədov, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Səriyyə İsmayılova, Şövqi Hüseynov, quruluşçu rejissor Nicat Kazımov və başqaları iştirak ediblər. ASSİTEJ-in prezidenti İvetta Hardi (Cənubi Afrika) toplantı çərçivəsində komitənin təşkil etdiyi seminar və treninqlərin gənc mütəxəssislərə müasir dünya teatrlarında baş verən proseslərlə daha yaxından tanış olmaq imkanı yaratdığını diqqətə çatdırıb. Ölkəmizdə ikinci dəfə səfərdə olduğunu deyən İ.Hardi qonaqpərvərliyə və toplantının yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edib.
Daha sonra ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin idarə heyətinin üzvləri, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev, Bakı Slavyan Universitetinin professoru, Alman-Azərbaycan Cəmiyyətinin rəhbəri Çingiz Abdullayev son illər Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatındakı mühüm dəyişiklikləri, dünyada artan nüfuzunu Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndiriblər. Onlar qeyd ediblər ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə fəaliyyət göstərən teatrların dünyaya inteqrasiyası nəzərdə tutulub. Ötən ilin mayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ASSİTEJ-ə üzv seçilib.

Qafqaz Universiteti Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək



Bu gün Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qafqaz Universitetinin qonağı olub.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, səfərin əsas məqsədi Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması idi.

Memorandum səkkiz bənddən ibarətdir. Memerandumun imzalanmasında əsas məqsəd tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıqdır.

Memorandumu Qafqaz Universiteti tərəfindən rektor, professor Ahmet Saniç, Lənkəran Dövlət Universitetitərəfindən isə rektor, professor Asəf İsgəndərov imzalayıblar.  

İmza mərasimindən sonra qonaqlar Qafqaz Universitetinin Tədris kompleksi ilə tanış olublar.

Rüfət Əhmədzadə
Gün.Az

28 Şubat 2012 Salı

BAKCELL məzunlarının yeni layihəsi başladı

28 February, 2012
Bakcellin nümayəndələri Qafqaz Universitetinin tələbə və magistrları ilə görüşdülər. Görüşdə Kadrlar Şöbəsinin müdiri Nazmira xanım Şirinova BAKCELLin inkişaf  tarixi və perspektivdə duran məsələlər haqqında iştirakçılara məlumat verdi. Bakcell Məzunları layihəsi və onun şərtləri haqqında danışan Nazmira xanım tələbələri əməkdaşlığa dəvət etdi.
Bakcell Məzunları layihəsi üzrə Telekommunikasiya, İnformasiya texnologiyaları və Marketinq sahəsində özünü yetişdirmək istəyən tələbələri əhatə edir. Layihə əsasında bu sahələr üzrə təhsil alan tələbə və magistrlar Bakcell-in fəaliyyəti ilə tanış olub, müxtəlif layihələrdə təcrübə qazana bilərlər.
Layihə əsasında seçilmiş tələbələr təqaüd qazanmaq imkanı əldə edəcəklər.
Layihədə iştirak etmək istəyənlər CV-lərini  hr@bakcell.com  ünvanına göndərə bilərlər. CV-lər 10 mart 2012-ci il tarixinədək qəbul olunacaqdır.
Xatırladaq ki, keçən il Bakcell Məzunları layihəsinin ölkə üzrə 7 nəfər iştirakçısı vardır ki, onların da 6 nəfəri Qafqaz Universiteti tələbəsi idi.

Dr. İsa Qasımov

Qafqaz Universiteti Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq edəcək.


28 Fevralda Lənkəran Dövlət Universitetinin rektoru Professor Asəf İsgəndərov rəhbərlik etdiyi nümayəndə heyyəti ilə birlikdə  Qafqaz Universitetinin qonağı oldular. 
Səfərin əsas məqsədi Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında Anlaşma Memorandumunun imzalanması idi. Memorandum səkkiz  bənddən ibarətdir.
Memerandumun imzalanmasında əsas  məqsəd tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıqdır.
Memorandumu Qafqaz Unıversıtetı  tərəfindən rektor Professor Ahmet  Saniç, Lənkəran Dövlət Universiteti tərəfindən isə rektor Professor Asəf İsgəndərov imzaladılar.  İmza mərasimindən  sonra qonaqlar Qafqaz Universitetinin Tədris kompleksi ilə tanış oldular.
Rəcəb Rzayev

525.AZ: Qafqazın tələbələri “Petkim”də təcrübə keçiblər

 28.02.2012 Dövlət Neft Şirkətinin struktur tərkibində fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyinin kollektivi hələ iki il əvvəl respublikamızın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarından olan, ölkənin müxtəlif sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlayan Qafqaz Universiteti ilə əlaqələrin əsasını qoyub.
Qarşılıqlı razılaşma üzrə ötən dövrdə bu ali təhsil ocağının texniki və iqtisadiyyat fakültələrinin müəllim və tələbə heyəti ilə bir sıra görüşlər, diskussiyalar və digər tədbirlər keçirən Birlik kollektivi tələbələrin kimya müəssisələrində təcrübədə olmaları, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün mühüm addımlar atıb. Lakin gələcək mütəxəssislərin yalnız “Azərikimya”da deyil, həm də regionun daha yüksək inkişaf etmiş neft-kimya nəhəngi olan “Petkim”də – müasir texnologiyalar əsasında yaradılan çoxsaylı müəssisələri ilə tanınan, dünyanın bir çox ölkələrinə keyfiyyətli və geniş assortimentdə neft-kimya məhsulları ixrac edən bu şirkətdə təcrübə keçmələri üçün Birlik rəhbərliyinin təşəbbüsü ilə “Azərikimya” – Qafqaz Universiteti – “Petkim” üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanıb.
Məhz həmin müqavilə çərçivəsində “Azərikimya”nın təşkilatçılığı və maliyyə dəstəyi ilə fevralın birinci yarısında Qafqazın bir qrup qabaqcıl tələbəsi ilk dəfə olaraq, “Petkim”də istehsalat təcrübəsi keçərək, Bakıya qayıdıblar.
Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kimya mühəndisliyi, həmçinin sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan 1-4-cü kurs tələbələri 10 gün ərzində “Petkim”in aşağı və yuxarı təzyiqli polietilen sexlərində, insan resursları departamentində, idarəetmə mərkəzlərində təcrübə keçiblər. Elektron-kompyuter sistemi üzrə idarə olunan modern qurğularla, müasir texnoloji proseslərlə bilavasitə tanış olan tələbələr öz nəzəri biliklərini istehsalatla əlaqədə daha da dərinləşdirib, müstəqil işləmək imkanı verən təcrübi bilik və vərdişlər qazanıblar.
Tələbələr həm istehsalat təcrübəsi zamanı, həm də işdən sonra – asudə vaxtlarında “Petkim”in nümayəndələri tərəfindən onlara daim diqqət və qayğı göstərildiyindən razılıqlarını ifadə ediblər. Universitetin rəhbərliyi belə bir faydalı istehsalat təcrübəsinin təşəbbüskarı olan ARDNŞ-in və təcrübənin səmərəli keçməsi üçün maksimum səy göstərmiş “Petkim”in səlahiyyətli nümayəndələrinə öz dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=41467

“Zaman” təhsilimizin “Qafqaz” zirvəsində


Ötən şənbə qəzetimizin kollektivi Qafqaz Universitetini ziyarət etdi. İki saatdan çox bu ali təhsil ocağında gördüklərimiz və eşitdiklərimiz bizdə böyük qürur hissi doğurdu. 19 yaşlı bu universitet nəinki ölkəmizin, eləcə də dünyanın ən müasir ali təhsil ocaqlarından biri olmaqla yanaşı, həm də Azərbaycan və qardaş Türkiyə arasında bir körpüdür.
“Zaman” ailəsini rəhbərlik etdiyi təhsil ocağında görməsindən məmnun olduğunu dilə gətirən Qafqaz Universitetinin rektoru, tibb elmləri doktoru, professor Ahmet Saniç “Zaman-Azərbaycan”ın hər sayını maraqla izlədiyini və qəzetin səhifələrində tez-tez “Qafqaz”a da yer ayırmasına görə təşəkkür etdi. Rektor yarızarafat, yarıgerçək: “Çox zaman rəhbərlik etdiyim təhsil ocağında keçirilən tədbirlərdən elə “Zaman”la tanış oluram”, - dedi.  “Zaman” Azərbaycana gerçək qəzetçiliyi gətirdi”, - sözləri ilə söhbətini davam etdirən rektor “Zaman”ın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynadığını bildirdi. Bunlara rəğmən o, bir arzusunu da dilə gətirdi: “Biz bir oxucu kimi “Zaman-Azərbaycan”ın gündəlik qəzetə çevrilməsini istəyirik”. Ötən ildən universitetdə jurnalistika fakültəsinin fəaliyyətə başladığını vurğulayan rektor bu sahədə “Zaman”ın onlara yardımçı olacağını əminliklə dilə gətirdi.
Daha sonra “Qafqaz”ın fəaliyyətindən ətraflı söz açan rektor bildirdi ki, bu təhsil ocağının təşkilində əsas məqsəd Türkiyə-Azərbaycan qardaşlığını daha da inkişaf etdirməkdir: “Bu məsələdə ümummilli lider Heydər Əliyev önəmli rol oynayıb. Sizə onun bu sözlərini də xatırlatmaq istəyirəm. “Mən sizə güvənirəm, bu universiteti açın”. Əvvəlcə, “Qafqaz”ın “Sovetski”də bir binada fəaliyyət göstərdiyini qeyd edən rektor hazırda Xırdalanda yerləşən universitetin geniş imkanlara malik olduğunu, adının dünyanın öndə gedən ali təhsil ocaqları ilə birgə çəkildiyini vurğuladı: “Biz tələbələrimizin hər cür rahatlığı üçün universitet şəhərciyinin tikintisini də davam etdiririk”.
Əməkdaşlarımızın suallarını cavablandıran Ahmet Saniç dedi ki, hazırda “Qafqaz”da 2 min 600 tələbə təhsil alır. Bunların böyük hissəsini bakalavrlar təşkil edir. Digərləri isə magistratura və doktorantura pilləsində təhsil alanlardır. Onların arasında dünyanın 14 ölkəsinin vətəndaşı da var: “Haradasa 60% tələbəmiz məktəbimizdə tətbiq olunan güzəştlərdən yararlanır. Amma kimisi 10, kimisi 20, kimisi 50 faizə qədər. Yəni tələbə qazandığı uğura görə güzəştdən istifadə edir. Hətta 100 faiz yararlananlar da var”.  Onun sözlərinə görə, tələbənin “Qafqaz”ı seçməsi səbəbsiz deyil, çünki işsiz məzunumuz yoxdur. Bu isə müxtəlif şirkətlərlə əlaqəli çalışmamızın nəticəsidir. Rektor hətta indi “Qafqaz”ı bitirənlərin iş axtardıqlarını deyil, iş yerləri açdıqlarını da dilə gətirdi.
 Pedaqoji kollektivin tərkibi haqqında isə Ahmet Saniç belə dedi: “İşə başladığımız zaman müəllimlərimizin təxminən 90 faizi Türkiyədən və ya  digər ölkələrdən olan insanlar idi. Bu gün isə müəllimlərin 87 faizi azərbaycanlıdır. Onların 75 faizi xarici ölkələrdə təhsil alıb və ya işləyib. Yəni biz savadın arxasınca qacırıq, kim savadlıdır, onu da işə götürürük”. Rektor “Qafqaz”ın dünyanın bir sıra ölkələrinin ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini də dilə gətirdi. Onun sözlərinə görə, “QS World University Ranking-in 2011-ci il üzrə hesabatında universitetlərin beynəlxalq tələbə nisbətinə görə reytinqi hesablanıb. Qafqaz Universiteti beynəlxalq tələbə indikatoruna görə dünyanın 100 ən yaxşı universiteti arasında 64-cü yerdə qərar tutur. Son illər təhsilə göstərilən qayğının artdığını bildirən rektor maraqlı bir məqama da toxundu: “İş adamları artıq “Qafqaz”a dəstək olmaqdadırlar. Bu mənada təhsil sahəmizin Tağıyevləri meydana çıxır desəm, yanılmaram”.
Qəzetimizin redaktoru Ürfan Məmmədli “Qafqaz”ın Azərbaycanın ən reytinqli məktəbi olduğunu vurğuladı. Onun sözlərinə görə, “Qafqaz” artıq təhsilimiz üçün, yaxşı mənada, bir ölçüyə çevrilib. Daha sonra “Qafqaz”da hər gün mütəmadi olaraq bir-birindən maraqlı tədbirlərin keçirildiyini bildirən Ürfan bəy dedi: “Hər gün buradan bir qəzetlik material əldə etmək mümkündür.
 “Qafqaz”ın artıq bölgənin elm mərkəzi kimi tanınmasını vurğulayan “Zaman-Azərbaycan”ın baş direktorunun müavini Osman Uçak bu təhsil ocağına yeni-yeni uğurlar dilədi.
Ali məktəbin auditoriya və laboratoriyaları ilə tanışlıqdan sonra hər il ən yüksək bal toplayan abituriyentlərin niyə “Qafqaz”ı seçmələri bizə bir daha aydın oldu. Çünki bu ali təhsil ocağında tələbələrin seçdikləri ixtisası ən mükəmməl şəkildə qavramaqları, kompyuter texnologiyasını və iki xarici dili (türk və ingilis dillərini) də öyrənmələri üçün hər cür şərait var.

Taksim xocalılıların tribunasına çevrildi



Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq İstanbulun Taksim meydanında keçirilmiş izdihamlı yürüş-mitinqin səs-sorağı hələ uzun müddət kəsilməyəcək. Yalnız ona görə yox ki, aksiyada on minlərlə insan iştirak edib, həm də ona görə ki, bu mitinq Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində atılmış ən böyük və kütləvi addım kimi tarixə düşdü. Bundan başqa, Taksimdəki aksiya Türkiyə-Azərbaycan qardaşlığının növbəti rəmzinə çevrilməsi baxımından da əhəmiyyətlidir.

Azərbaycandan da yüzlərlə insanın - millət vəkillərinin, ziyalıların, iş adamlarının, sənətçilərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi aksiyaya Türkiyənin 35 vilayətindən on minlərlə insan qatıldı. Siyasi və ictimai mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər təbəqənin təmsilçisi Taksimdəydi. Əllərində Türkiyə və Azərbaycan bayraqları dalğalandıran aksiya iştirakçıları Xocalının harayını dünya ictimaiyyətinə eşitdirmək üçün bir yumruq oldular. Orada sağçısı da, solçusu da, dindarı da, dünyəvisi də, varlısı da, kasıbı da “Xocalıya ədalət” dedi.
Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində ən böyük və kütləvi addım fevral ayının 26-da İstanbulun ən möhtəşəm meydanı olan Taksimdə keçirildi. Yürüş-mitinq formatında baş tutan aksiyada erməni faşistlərinin törətdikləri qətliamın yalnız Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı çevrildiyi vurğulandı. Azərbaycan və Türkiyə bayraqlarının bir-birlərinə qarışdığı mitinqdə dünyaya türklük mesajı göndərildi.

Mitinq ərəfəsində qələbəlik
Planlaşdırıldığına görə, mitinq Türkiyə saatı ilə 14:00-da başlamalı idi. Ancaq səhərin erkən saatlarından insanlar qruplar halında Taksimə doğru irəliləməyə başlamışdı. Bəziləri isə Taksim ətrafındakı kafe və çay evlərində mitinqin başlayacağı vaxtı gözləyirdi. Aksiyaya rəsmən start verilməsinə bir saatdan çox vaxt qalmış Taksim meydanına qələbəlik toplanmışdı. Mitinq erkən başlamışdı, nəzərdə tutulan vaxtdan da iki saatadək gec qurtardı.

Bütün Türkiyə mitinqdəydi
Mitinqdə cəmiyyətin bütün təbəqələrindən insanlar iştirak edirdi. Siyasi və ictimai mövqeyindən, dini baxışından, sosial mənsubiyyətindən asılı olmayaraq, hər təbəqənin təmsilçisi Taksimdəydi. Əllərində Türkiyə və Azərbaycan bayraqları dalğalandıran aksiya iştirakçıları ölkəmizin haqq səsini - Xocalının harayını dünya ictimaiyyətinə eşitdirmək üçün bir yumruq oldular. Orada sağçısı da, solçusu da, dindarı da, dünyəvisi də, varlısı da, kasıbı da “Xocalıya ədalət” dedi.

Hökuməti daxili işlər naziri təmsil etdi
Türkiyənin, demək olar ki, əksər siyasi partiyaları mitinqə birbaşa və dolayı yolla dəstək verdilər. İqtidar və müxalifət düşərgəsinin təmsilçiləri Xocalı üçün bütün ölkədaxili siyasi ambisiyalarını kənara qoydular. Şüarlarını da Azərbaycan naminə səsləndirdilər.
İqtidarda olan Ədalət və İnkişaf Partiyasını (AK Partiya) aksiyada daxili işlər naziri İdris Naim Şahin təmsil etdi. Aksiyaçılar qarşısında çıxış edən nazir türk tarixində utandırıcı səhifənin olmadığını söylədi. “Türk milləti həmişə zülmün, zalımın qarşısında, məzlumun isə yanında olub”,- deyən İ. N. Şahinin sözlərinə görə, türklər utanc gətirəcək tarix yaşamayıblar. O, bütün məsələlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu söyləyib: “20 il əvvəl bu gün qaniçənlər, qatillər, mərhəmətsizlər, qorxaqlar Xocalıda 613 insanın - qadın, uşaq, qoca demədən - qanını içdilər. Azərbaycanda axıdılan qan bizim qanımızdır. Bu qan o gündən bəri yerdə qalmadığı kimi bundan sonra da qalmayacaq. O qan o gün axıb, ancaq hesabı bitməyib. O qanın hesabı ədalətlə, hüquqla soruşulacaq. Bu əsr ədalətin, insani dəyərlərin və hüququn üstünlüyünün əsri olacaq”.

Şüarlar dünyanı ədalətə səslədi
Taksimdəki izdihamlı aksiya öz şüarları ilə də yadda qaldı. Yürüş-mitinqdə səsləndirilən və plakatlara yazılan şüarlar Azərbaycan və Türkiyənin bütün problemlərə qarşı birgə mübarizə aparacaqlarının göstəricisi idi. “Hamımız türkük” şüarı bunun bariz nümunəsidir. Bu o deməkdir ki, ermənilərin Xocalıda qətlə yetirdikləri yalnız azərbaycanlılar deyildi, öldürülənlər xocalılı olduğu qədər də istanbullu, ankaralı, izmirli, konyalı, ərzurumlu, ığdırlı, qısacası Anadolu türkü idi. “Hamımız türkük” deyən gənc Xocalı soyqırımının öz ata-anasına, bacı-qardaşına, bibi-xalasına, əmi-dayısına qarşı törədildiyini, onun bu şüurla böyüdüyünü dünyaya nümayiş etdirdi.
“Azərbaycan xalqı tək deyil” şüarı da Türkiyənin arxamızda olmasına işarə vururdu. Türkiyə bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini davam etdirəcəyinə dair on minlər qarşısında zəmanət verdi.
“Xocalıya ədalət” şüarı isə dünyaya səsləniş idi. Bu, demokratiya, haqq-ədalət, insan hüquqları deyən ABŞ, Fransa, İngiltərə, Almaniya və digər ölkələrə göndərilən ismarıcdı.
“Hamımız xocalılıyıq”, “Erməni yalanlarına son”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Erməni cavab verəcək”, “Qəlbimizdə Xocalı”, “Vətən bölünməz, şəhidlər ölməz”...

Nə qədər insan iştirak etdi?
Mitinqlərdə hər kəsi maraqlandıran bir sual olur: “Aksiyada nə qədər insan iştirak etdi?” Ancaq bu mitinqdə insanların sayı o qədər də maraqlı deyildi. (Hərçənd ki, on minlərlə insan nəinki Taksimi, Taksimə gələn küçə və prospektləri də doldurmuşdu) Çünki söhbət qardaşlıqdan gedirdi. Qardaşlar arasında kəmiyyət deyil, keyfiyyət göstəricisi əsasdır.

Azərbaycandakı türkiyəli iş adamları və təhsil işçiləri də Taksimdəydilər
Yürüş-mitinqdə iştirak etmək üçün Azərbaycandan da xeyli sayda insan Türkiyəyə getmişdi. Millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ziyalılar və sənətçilər Taksimdəki aksiyaçılara birbaşa dəstək vermək məqsədilə oradaydılar.
Bir də Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da sırf öz mövqelərini ortaya qoymaq üçün Türkiyəyə yollanmışdılar. Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) təşkilatçılığı ilə bir qrup sahibkar Taksimdə “Xocalıya ədalət” deyib. Cəmiyyət bundan başqa vaxtilə Azərbaycanda işləmiş türkiyəli iş adamlarını da Taksimə səfərbər etmişdi. Aksiyada iştirak etmiş TÜSİAB-ın İdarə Heyətinin sədri Murad Bakır qəzetimizə açıqlamasında: “Bu cür faciələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti birtərəfli mövqeyindən əl çəkib Xocalı soyqırımına ədalətli, hüquqi qiymətini verməlidir. Biz də cəmiyyət olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırıq”,- deyib.
Azərbaycanda təhsil sahəsinin markalarından birinə çevrilmiş “Çağ Öyrətim” şirkəti də Taksimdəki yürüş-mitinqin izdihamlı keçməsi üçün əlindən gələn hər şeyi edənlərdən idi. Bu şirkət Türkiyədə tanıdıqları insanları Taksimə toplamaq üçün xüsusi canfəşanlıq göstərməklə yanaşı, Azərbaycandan da xeyli sayda insanın Taksimə getməsini təmin etdi. Şirkətin İdarə Heyətinin sədri Ənvər Özərən də aksiya iştirakçıları arasındaydı. Şirkət hazırda Türkiyədə təhsil alan, həmçinin ali təhsillərini başa vurmuş və iş həyatına atılmış məzunlarını da bu iş üçün səfərbər etmişdi.

Media böyük maraq göstərdi
Aksiyanın möhtəşəmliyi və səmimiliyi Türkiyə mediasının diqqətindən yayınmadı. Bəzi televiziya və agentliklərin canlı yayımladığı yürüş-mitinq qəzetlərdə geniş şəkildə işıqlandırıldı. Bir çox qəzetlər isə aksiya ilə bağlı xəbərləri birinci səhifədən verdi. Bu həftə üçün yazılarını Xocalıya həsr edən köşə yazarları da diqqətdən yayınmadı.
“Zaman” qəzeti həmişə olduğu kimi bu dəfə də Azərbaycanın dərdinə şərik olanların başında gəldi. 1 milyonluq tirajı ilə Türkiyənin ən böyük qəzeti olan “Zaman” nəinki mitinqi işıqlandırdı, mitinqdən əvvəl də elan tipli yazıları ilə oxucularını Taksimə çağırdı. İngilis dilli “Tudeys Zaman” (Today’s Zaman) da Xocalı harayını əcnəbi oxucularının diqqətinə çatdırdı.

613 qara şar...
Mitinqlərdə, adətən, havaya rəngarəng şarlar buraxılır. Bu mitinqdə isə şarların rəngi əlvan deyildi. Qara idi. Sayları da 613. Bu rəqəm Xocalı soyqırımı zamanı qətlə yetirilmiş dinc sakinlərin sayını ifadə edirdi. Qətlə yetirilmiş hər insanın yerinə bir qara şar havaya buraxıldı.

Qətnamə oxundu
Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub. Qətnamədə bu soyqırımı barədə ətraflı məlumat verilməklə yanaşı, cinayətkarların ən qısa zamanda ədalət qarşısında cavab verməli olduğu vurğulanıb. “Bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün cinayətkarlar öz cəzalarını almalıdırlar”,- qətnamədə yazılıb.

Və sonda
Taksimdəki aksiya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını sübut edən növbəti addım oldu. Bu aksiyanın möhtəşəmliyini kənardan seyr edən düşmənlərimiz dövlətlərimizin və xalqlarımızın yumruğa çevrilməsinin qorxu yüklü həyəcanını yaşadılar. Bu mənada Taksim dünyaya birlik və ədalət mesajı verdi...

27 Şubat 2012 Pazartesi

Şəhid şəhər Xocalı: Flashmob



27 February, 2012
100 km, 80 km, 60 km, 40 km, 20 km, 10 km və nəhayət Xocalı şəhəri.
“Xocalı şəhərinə girişdə” “Gənc Akademiya” klubunun təşkilatçılığı ilə nümayiş etdirilən flaşmob faciəni bir daha gözlərimiz önündə canlandırdı.
Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər  “Arxada qalmış gələcək” filiminin nümayişi ilə davam etdi. “Oğuz” klubunun təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda nümayiş olunan bu film gənclərdə vətənpərvərlik duyğularının aşılanmasına yardım etdi.

Ms Projekt kursları üçün qeydiyyatlar başladı

27 February, 2012
Qafqaz Universitetində Ms Projekt kursları üçün qeydiyyatlar başladı. Universitetin daimi inkişaf mərkəzi tərəfindən təşkil olunan kurslar, 6 həftə davam edəcəkdir. Kursda Ms Projekt proqramından istifadə edərək layihənin hazırlanması, resurs, xərc və zaman planlanması , hesabatların hazırlanmasının ətraflı şəkildə öyrədilməsi nəzərdə tutulur. Kurslarda mütəmadi olaraq iştirak etmiş və müvəffəqiyyət qazanmış tələbələrə Qafqaz Universiteti tərəfindən sertifikat veriləcəkdir. Ətraflı məlumat üçün aşağıda göstərilən telefon və elektron poçt adresləri ilə əlaqə saxlaya bilərsiniz.
Qafqaz Universiteti, Daimi İnkişaf Mərkəzi
Tel: +994 12 448 28 62 (daxili 304)
Mob: +994 55 448 28 62
Faks: +994 12 448 28 61
Web site: www.qu.edu.az
e-mail: sgm@qu.edu.az

Dəmirbankın nümayəndəsi Qafqaz Universitetinin qonağı oldu

27 February, 2012
Dəmirbankın marketinq departamentinin nümayəndəsi Əli Bədəlov Qafqaz Universitetini ziyarət etmişdir. İqtisadiyyat və İdarəetmə fakultəsinin dekanı Dos. Həzi Eynalov qonağa Qafqaz Universitetinin uğurları və gələcək prespektivlər haqqında məlumat verdi. Eyni zamanda Əli Bədəlov Azərbaycanın bank sektorunda xüsusi yeri olan və hal hazırda ölkədə 31 filial ilə fəaliyyət göstərən Dəmirbank haqqında geniş məlumat verdi. Görüşdə Qafqaz Universiteti ilə Dəmirbank arasında əməkdaşlıq məsələləri o cümlədən, tələbələrin bankda təcrübə proqramları, təqaüd proqramları, virtual bank ofisinin qurulması, xaricdə təsil alan tələbələrə pulsuz plastik kartların verilməsi və digər məsələlər geniş şəkildə müzakirə edildi.
Görüşdə  Mencment kafedrasının müdiri Dr. Firudin Sultanov, Karyer Planlama Mərkəzinin müdiri Dr. İsa Qasımov,  Davamlı İnkişaf Mərkəzinin Koordinatoru Vüsal Rzayev və Mencment kafedrasının müəllimi Fuad Əsgərov iştirak edirdilər.
http://qu.edu.az/view_news.php?news=1892&link=&lang=az

ABŞ Dövlət Departamentinin “Ali təhsil və gələcək karyera planlaması” proqramı başa çatmışdır

Bakı, 27 fevral (AzərTAc). ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması proqramı” başa çatmışdır.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, proqram yanvarın 28-dən fevralın 18-dək Vaşinqton, Portland, Los-Anceles, Hantsvil, Nyu-York və digər şəhərlərinin aparıcı ali təhsil müəssisələrində həyata keçirilmişdir.
“Ali təhsil və gələcək karyera planlaması proqramı”nda ölkəmizi Qafqaz Universiteti karyera planlama mərkəzinin müdiri İsa Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Fuad Əliyev, Xəzər Universitetinin nümayəndəsi İsgəndər Ağayev və Odlar Yurdu Universitetinin nümayəndəsi Səbinə Əliyeva təmsil etmişlər.
Proqramın məqsədi ABŞ-ın ali təhsil sistemi haqda hərtərəfli anlayış yaratmaq və bu ölkənin kollec və universitet strukturlarının inzibati, təhsillə bağlı, təcrübəli məsləhətçilərlə görüşlər, akademik təhsil, karyera, maliyyə yardımı, doktorantura, xaricdə təhsillə və başqa məsələlərlə bağlı təcrübələr əldə etmək idi.
Proqram əsasında ABŞ-ın ali təhsil sistemi və universitet-sənaye əlaqələri, eləcə də təhsilin inkişafında ictimaiyyətin rolu və karyera planlama fəaliyyətləri ilə bağlı 30-dan çox seminar-görüşlər keçirilmişdir.
Proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovla görüşmüşlər. Görüşdə ABŞ - Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni sahələrdəki əməkdaşlıq yüksək qiymətləndirilmişdir.
Vaşinqtonda Türk Amerikan Alyansının prezidenti Dr.Faruk Taban və onun rəhbərlik etdiyi kollektivlə görüş də təşkil edilmişdir. Həmçinin nümayəndə heyəti Los-Anceles Birləşmiş Məktəb Dairəsi – Banning (Phineas Banning High School) orta məktəbinin 12-ci sinfində “Beynəlxalq biznes təcrübəsi firması” mövzusunda keçirilən dərsi müşahidə etmişlər. Proqram iştirakçıları şagirdlərə ölkəmiz haqqında ətraflı məlumat vermiş, Azərbaycanın bayrağı və digər hədiyyələri təqdim etmişlər.
Azərbaycan nümayəndə heyəti Alabama ştatının aparıcı ali təhsil müəssisələrindən olan Oakvood Universitetinin, Alabama Universitetinin Hantsvil filialının, Calhoun Kollecinin, eləcə də “Jacobs Engineering” və “Science and Technology Services” şirkətlərinin və Alabama Kollecləri Məsləhətvermə Assosiasiyasının laboratoriya və texnopark imkanları ilə tanış olmuş, bu müəssisələrdə sənaye ilə əlaqələrin təşkili üzrə müşahidələr aparmışlar.
Müşahidələr əsasən, tədrisin praktikaya uyğun təşkil olunmasında sənayenin prinsipləri üzrə qurulmuş texnoparkların fəaliyyəti aspektində baş tutmuşdur. 

“Hüquq Elminin Aktual Problemləri” adlı 3-cü beynəlxalq elmi praktiki konfrans 4-6 May 2012-ci il tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində keçiriləcəkdir.


HÜQUQ ELMİNİN AKTUAL PROBLEMLƏRİ
3-CÜ BEYNƏLXALQ KONFRANS
4 – 6 MAY 2012 / SAMSUN –TÜRKIYƏ
BİLDİRİŞ:
“Hüquq Elminin Aktual Problemləri” adlı 3-cü beynəlxalq elmi praktiki konfrans Bakı Dövlət Universiteti, Ondokuz Mayıs Universitetinin və Qafqaz Universitetinin əməkdaşlığı ilə 4-6 May 2012-ci il tarixlərində Türkiyə Respublikasının Samsun şəhərində keçiriləcəkdir.
MƏQSƏDİ:
Texnologiyanın təsiri ilə dəyişən və inkişaf edən cəmiyyətin ehtiyaclarına cavab vermək üçün hüquq elmi də dəyişir və inkişaf edir. Bu dəyişmə və inkişaf prosesində qəbul edilən yeni qanunlar yeni problemlər meydana gətirdiyi kimi, əvvəllər tətbiq edilən qanunların isə yeni ehtiyaclara cavab vermədiyi müşahidə olunur. Bütün bunlar həm ümumi, həm də xüsusi hüquq sahəsində yeni-aktual hüquqi problemlərin meydana gəlməsinə səbəb olur.
Konfransın əsas məqsədi, qeyd edilən hüquqi problemlərin həll üçün irəli sürülən elmi təklifləri müzakirə edərək, texnologiya və iş dünyasının inkişafı səbəbi ilə ümumi və xüsusi hüquqda meydana gələn problemlərin həll yollarını təsbit etmək və bu sahədə mövcud olan beynəlxalq praktikanı bölüşməkdir.
MÖVZULAR:
1. Ümumi Hüququn Aktual Problemləri:
1.1. Konstitusiya Hüququnun Aktual Problemləri
1.2. Cinayət Hüququnun və Cinayət Prosesinin Aktual Problemləri
1.3. Beynəlxalq Hüququn Aktual Problemləri
1.4. Devlet ve Hüquq Nazariyyesi Problemləri
2. Xüsusi Hüququn Aktual Problemləri: 2.1. Mülki Hüququnun Aktual Problemləri
2.2. Öhdəliklər Hüququnun Aktual Problemləri
2.3. Ticarət Hüququnun Aktual Problemləri
2.4. Mülki Prosessual Hüququn və İcra-İflas Hüququn Aktual Problemləri
2.5. Əmək Hüququ Problemləri
TƏQVİM:
Məqalələrin ən son göndərilmə tarixi: 01.03.2012
Qəbul edilən mətnlər barədə məlumatın verilmə tarixi: 01.04.2012
Konfrans tarixi: 4.05.2012 – 6.05.2012

26 Şubat 2012 Pazar

Xocalı soyqırımı faciəsi İstanbul Taksim meydanında anılıyor FOTO ve CANLI HD TV

 TAKSİM MEYDANI 16.00

İSTİKLAL CADDESİ 16.15

İSTİKLAL CADDESİ 16.20

CESD Chairman Had Speech at Qafqaz University

Vugar Bayramov, chairman of CESD, had speech on Management of Oil Revenues in Azerbaijan at Qafqaz University, the top university in Azerbaijan, on February 23, 2012. Vugar Bayramov mentioned that The high inflow of oil revenues to Azerbaijan in recent years has led to large and increases in government expenditures in the state budget and State Oil Fund of the Azerbaijan Republic. Given that oil revenues are exhaustible, volatile, and unpredictable, a sustainable fiscal policy must be enabled that allows for intergenerational equity, diversification in the economy, and predictable annual revenues that reduce pressures of appreciation.
Vugar Bayramov said that possessing large oil revenues gives the Government of Azerbaijan a unique opportunity to effectively use this newfound wealth by investing in development programs that can provide a lasting benefit to its citizens’ social welfare, economic growth, security, and overall quality of life. On the other hand, the oil reserves and oil that has already been turned into liquid assets carries with itself risks of inefficiency and misuse due to the lack of institutional capacity created by traditions of bottom-up control and the legacy formed by years of participation in a centralized economy. Given that the flow of oil revenues has a finite life expectancy, the Government of Azerbaijan must implement a long-term macroeconomic strategy, fiscal rule and implementation mechanisms that ensure that the oil money is saved in the most efficient way and that the benefits of the investments address high priority needs, are highly integrated, and sustainable.
http://cesd.az/new/2012/02/cesd-chairman-had-speech-at-qafqaz-university/ 


25 Şubat 2012 Cumartesi

İNFORMATİKA LAYİHƏ OLİMPİADASI:Son qeydiyyat tarixi 1 APREL 2012

İNFORMATİKA LAYİHƏ OLİMPİADASI
İLO respublikamızın İT və kompyuter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan doğmuşdur. Artıq bu il V-si keçiriləcək məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat başlandı.  Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompyuterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompyuter biliklərinin artmasına yardımçı olmaq, həm də kompyuterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.

Xocalı rənglərin dili ilə: Qafqaz Universitetində Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi.


20 il gormədiyimiz Xocalı düşüncənizdə  necə canlanır?
Xocalını necə təsəvvür edirsiniz, nəyi xatırlayırsınız?
Xocalını rənglərin diliylə  necə  ifadə edə bilərsiniz?
 Universitetin tələbələrinə ünvanlanan bu sualların cavabları bu gün rənglərin dili ilə ifadə edilirdi. Mədəniyyət şöbəsi Ebru və Dizayn sənəti kurslarının təşkilatçılığı ilə Xocalı faciəsinin 20 –ci ildönümünə həsr olunan rəsm məşğələsi keçirildi. Foyedə qoyulmuş molbertlər qarşısında oturan tələbələr Xocalı faciəsini heç bir zaman görmədiyi Xocalı şəhərini rəsm və rənglərin dili ilə ifadə edirdi. Bu gün bu rəsmlər o faciəni danışır, yurd-torpaq həsrətini əks etdirirdi. Xocalı həqiqətləri bədii obrazlar vasitəsilə canlanırdı.
“Ata və qucağında şəhid olmuş övladı”. Rəsmin qarşısında durarkən sanki bütün həyat donur. İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinin IV kurs tələbəsi Eşqin Şükürov bu rəsmdə Xocalı həqiqətlərini bədii obrazlar vasitəsilə əks etdirdi. Pedaqoji fakültənin I kurs tələbəsi Firuzə Əkbərovanın yaradıcı təfəkkürünün nəticəsi olan kompazisiya isə dərin düşünülmüş daxili məntiqə əsaslanır:”Gün gələcək Xocalı səması üzərindən qara buludlar dağılacaq.” Aydın və mavi səma ümidlə o günün gələcəyini vəd edirdi. Firuzə Paşabəyli “Bu gün Xocalını nə rəngdə  görürsən ” sualımıza belə cavab verdi.
-“Xocalı sözü dedikdə, təsəvvürümdə  iki Xocalı canlanır. İşğaldan əvvəlki Xocalı daha gözəl və abad, faciə baş verdiyi andan bu günə qədər olan Xocalı isə xarabalıq ”
- Sən hansı Xocalını kətana köçürmək istərdin?
-İşğaldan əvvəlki Xocalını, çünki inanıram ki, o torpaqlar işğaldan azad ediləcək. Xocalılar və düşmən tapdağı altında olan torpaqlar rahat nəfəs alaraq dinc həyatına davam edəcək.
Dizayn kursunun rəhbəri dr. Arzu Məmmədova “Tələbələr nə üçün daha çox qara rənglərdən istifadə edib? sualımıza ”Əsərin hansı çalarda işlənməsi onun məzmunundan asılıdır. Tablonun koloriti isti, yaxud soyuq, yumşaq , yaxud sərt  ola bilər. Bu gün faciənin səbəkarlarına içində qəzəb, nifrət hissi olan tələbələr təbii ki qara rəngə üstünlük verəcəklər” cavabını verdi.
Ruslan Şıxıyevin “Zirehli tank və yaralı körpə”, Günel Babayeva və Səbinə Hacızadənin “Ağla, Qərənfil, ağla” Nərgiz Abdullayevanın “Azadlıq günəşi doğacaq  ” rəsmləri ilə Xocalı dünyası kətana köçürüldü.
Qara fonda qara, geniş açılmış ağlar gözlər və solğun dodaqlar təsvir olunan kompozisiya bölünmüş, parçalanmış rənglər vasitəsilə Odlar yurdunun Xocalı həsrəti ilə yaşayan  sakinini xatırladırdı. Elvin Babayevin “Xocalısız dünya” adlanan kompazisiyası abstrakt düşüncə tələb edir. Rəsmdəki ağlayan gözlərin dərinliyində bir ümid işıltıları görünürdü.