Gəncə universitetləri ilə Qafqaz universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır

Gəncə, 17 fevral (AzərTAc). Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov, Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov və Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic çıxış edərək universitetlər arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı əməkdaşlığın Azərbaycan təhsilinə töhfələr verəcəyinə əminliklərini bildirmişlər. 
Qeyd edilmişdir ki, ilkin mərhələsinin icrasına bu ilin aprelində başlanacaq sənədə əsasən universitetlər arasında ən yüksək səviyyədə əməkdaşlıq, elmi yeniliklərin və təcrübələrin mübadiləsi ilə bərabər müxtəlif mövzularda konfransların təşkili də nəzərdə tutulmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF