Liseyin müdiri vergi işçilərini peşə bayramını təbrik edib



Fevralın 10-da Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu 11 Fevral Vergi İşçilərinin peşə bayramı münasibətilə 3 saylı ərazi vergilər idarəsinin rəisi Vidadi Kərimovla görüşüb. M. Alagözoğlu əvvəlcə Vidadi Kərimovu peşə bayramı münasibətilə təbrik edib bu şərəfli və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayıb. Sonra liseyin əldə etdiyi nailiyyətləri uğurları barədə məlumat verib. 
V. Kərimov da öz növbəsində gələn qonağa təbrikə görə minnətdarlığını bildirmiş, vergi sistemindəki yeniliklər, ümumi görülən işlər barədə məlumat verib. Daha sonra idarə rəisi müasir dövrdə elektron sistemdə fəaliyyət göstərmək üçün bacarıqlı və səriştəli kadrlara ehtiyac duyulduğunu qeyd edib. Əmin olduğunu bildirib ki, məhz Quba Özəl Türk Liseyi bu mənada yeni savadlı, bacarıqlı kadrların yetişməsində əhəmiyyətili rol oynayacaq. Onlara bu və ya digər sahələr üçün müasir təlabata uyğun mütəxəssislərin yetişdirilməsində uğurlar arzulayıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF