Qafqaz Universiteti ABŞ və yerli ali məktəblərlə əməkdaşlıq edir

Qafqaz Universiteti ilə ABŞ-ın Georgia ştatında yerləşən Cənub Politexnik Dövlət Universiteti (SPSU) arasında əməkdaşlıq memorandumu imzalanıb.Bu barədə Qafqaz Universitetindən bildirilib.
Memoranduma əsasən, iki universitet arasında birgə tədris və elmi tədqiqat işlərinin aparılması, ikili diplom proqramlarının və layihələrin həyata keçirilməsi planlaşdırılır.
Universitetdən həmçinin bildiriblər ki, Qafqaz Universiteti Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə də əməkdaşlıq memorandumu imzalayıb. Memoranduma əsasən bir sıra müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç imzalama mərasimində bildirib ki, memorandum üzrə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində strat veriləcək. "Bizim elmi işlərimiz, tələbə mübadiləmiz, universitetlər arasında aparılacaq hər cür əməkdaşlıq haqqında maddələr bu sənəddə var. Bununla da Bakı ilə Gəncə arasında yeni elmi körpü qurulacaq. Bakı və Gəncədəki elmi informasiyalar birləşmiş olacaq, nəticədə daha böyük uğurlar əldə edə biləcəklər", - o deyib.
Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov müqavilə barədə danışarkən deyib ki, sənədə əsasən universitetlər arasında ən yüksək səviyyədə əməkdaşlıq ediləcək, elmi yeniliklərin və təcrübələrin mübadiləsi aparılacaq.
Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq, nəticədə bu əməkdaşlıqdan bütün universitetlər faydalanacaq.
http://xezerxeber.com/XeberOxu.aspx?id=6431

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF