Qafqaz Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) ilə birgə elmi-praktiki seminar keçirib

Bakı, 15 fevral, SalamNews, K.Orxan. Qafqaz Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) ilə birgə elmi-praktiki seminar keçirib.
Qafqaz Universitetindən SalamNews-a verilən məlumata görə, MAA-da keçirilən seminarda hər iki ali məktəbin 100-dən çox professor-müəllim heyəti iştirak edib.
MAA-nın tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov və Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut tədbirin əhəmiyyətini vurğulayıblar. Natiqlər dinamik inkişaf yolunda olan Azərbaycanda təhsil sahəsinin sürətlə inkişaf etdiyini, bu inkişafda universitetlərin dünya təcrübəsini öyrənmələrinin çox faydalı olduğunu bildiriblər.
Sonra Türkiyə təcrübəsinin ölkəmizin ali təhsil müəssisələrində öyrənilməsi məqsədi ilə Səlcuq Universiteti Fondunun sədri, professor İbrahim Arslan və həmin ali məktəbin rektorluğunun baş daxili nəzarətçisi Oğuz Erbaşı “Türkiyə Respublikasında universitet fondlarının fəaliyyəti” və “Türkiyə Respublikasında universitetlərdə daxili nəzarət” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirdə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda qonaqlara təşəkkürünü bildirən Ə.Səmədov Bolonya prosesinə üzv olan Azərbaycanda belə elmi tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır