Qafqaz Universitetinin əməkdaşları ADİU-nun İqtisadi Araşdırmalar Elmi–Tədqiqat İnstitutunda olmuşlar

Bakı, 18 fevral (AzərTAc). Qafqaz Universitetinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi–Tədqiqat İnstitutunda olmuşlar.
ADİU-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Araşdırmalar Mərkəzi ilə elmi-tədqiqat işləri sahəsində əməkdaşlıq imkanları və əməkdaşlığın mümkün istiqamətləri ətrafında çox faydalı fikir mübadiləsi aparılmışdır.
Tərəflər məsələ ilə əlaqədar konkret təkliflərin hazırlanması və yaxın müddətdə bu təkliflərin müzakirəsi üçün yenidən görüşmək barədə razılığa gəlmişlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır