Qafqaz Universitetinin müəllimləri İqtisadi araşdırmalar Elmi–Tədqiqat İnstitutunun qonağı olmuşlar.


Qafqaz  Universitetinin  prorektoru  Uğur  Arif  Böləyin  rəhbərliyi  ilə universitetin bir  qrup  müəllim  heyyəti   Azərbaycan Dövlət İqtisad Universiteti yanında İqtisadi  Araşdırmalar  Elmi–Tədqiqat İnstitutunda  olublar. Prorektor,  universitetin rektoru professor  Ahmet  Saniçin  salamlarını İqtisadi   Araşdırmalar  Elmi-Tədqiqat  İnstitutunun  direktoru  professor  Rasim  Həsənova  çatdırmışdır. Qonaqları qəbul edən  direktor  professor  Rasim  Həsənov  institut  haqqında  ətraflı  məlumat  verdi. 
O qeyd etdi  ki,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 14 Sentyabr  2009- cu il tarixli 137 saylı qərarı ilə Azərbaycan Dövlət  İqtisad  Universitetinin  nəzdində  İqtisadi  Araşdırmalar Elmi-Tədqiqat  İnstitutu yaradılmışdır. İnstitutun  əsas  fəaliyyət  istiqamətlərini - Azərbaycan iqtisadiyyatının aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf  problemləri, sosial  və  regional  inkişafın  sürətləndirilməsi, dünya iqtisadiyyatının  çağdaş  inkişaf  meylləri  və  Azərbaycanın  geoiqtisadi əlaqələrinin  qiymətləndirilməsi,  innovasiyalı  iqtisadiyyatın formalaşdırılması  problemləri,  ictimai  seçimin  iqtisadi  əsaslarının qiymətləndirilməsi  yönümündə  elmi  araşdırmaların  aparılması,  geniş spektrli  sosioloji  tədqiqatların  və  konsaltinq  və  audit xidmətlərinin  təşkili,  milli  və  qlobal  iqtisadi  inkişafın  proqnozlaşdırılması, sosial iqtisadi  inkişaf  konsepsiyası  və  proqramlarının  hazırlanması  və s. kimi aktual tətbiqi iqtisadi problemlər və məsələlərlə məşğul  olur. Görüşün məqsədi  Universitetlə İnstitut arasında əlaqələri sıx birləşdirmək,  birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur.
Rəcəb Rza
Qafqaz Universiteti mətbuat xidməti

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır