Qafqaz Universitetinin təşkilatçılığı ilə növbəti seminar keçirilib

Dünən Azərbaycan Milli Aviasiya Akademiyası (AMAA) və Qafqaz Universitetinin birgə təşkilatçılığı və Türkiyənin Səlcuq Universitetinin ölkədə səfərdə olan nümayəndə heyətinin iştirakı ilə seminar keçirilib.
“Türkiyə Cümhuriyyətində universitet fondlarının təsis olunması və fəaliyyəti” və “Türkiyə Cümhuriyyəti universitetlərində daxili nəzarət modeli (keyfiyyət üzrə)” mövzularında AMAA-da keçirilən seminarda Akademiyanın tədris işləri üzrə prorektoru Ədalət Səmədov çıxış edərək tətbiq edilən tədris sistemindən, Bolonya prosesindən, əldə olunan nailiyyətlərdən ətraflı bəhs edib. O bildirib ki, beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olan AMAA-nın müasir səviyyəli, ixtisaslaşdırılmış auditoriya və laboratoriyaları var. Bu isə tədris prosesinin məzmunlu və keyfiyyətli keçməsi üçün Akademiyaya əlavə üstünlüklər qazandırır. Təhsilin keyfiyyətinə və nəzarət sisteminə önəm verdiklərini deyən Ə.Səmədov qeyd edib ki, AMAA lazımi funksional trenajor, stend, maket və sxemlərlə təmin olub. Həmçinin ingilis, Azərbaycan və rus dili kabinələri lazımi linqafon cihazları və kompyuter texnikası ilə təchiz edilən Akademiyada tədris prosesi müntəzəm olaraq təkmilləşdirilir.
Sonra çıxış edən Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut Türkiyə universitetləri ilə, o cümlədən Səlcuq Universiteti ilə səmərəli əməkdaşlıq əlaqələri yaratdıqlarını diqqətə çatdırıb. Qeyd ediblər ki, Qafqaz Universiteti tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir, digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır.
Səlcuq Universiteti fondunun direktoru, dosent İbrahim Arslan isə çıxışında fondlar tərəfindən yaradılan ali məktəblər, onların fəaliyyəti və üstünlüklərindən danışıb. O qeyd edib ki, Türkiyədə fondlar tərəfindən yaradılan universitetlər arasında güclü rəqabət təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Bu cür universitetlərin sahələri adətən geniş olur. Belə ki, bu ali məktəblərdə tibb, hüquq, iqtisadiyyat və s. kimi fakültələr tədris olunur. Fondlar tərəfindən yaradılan universitetlərlə dövlət ali müəssisələri arasındakı fərqlərdən bəhs edən İ.Arslan Səlcuq Universitetinin timsalında müqayisəli təhlil aparmış və burada fondun əsas məqsədinin pul qazanmaq yox, yardım etmək olduğunu diqqətə çatdırıb.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=40855 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF