Texnoparkların fəaliyyəti ABŞ-ın Hantsvil şəhərində araşdırıldı

   ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması” proqramının iştirakçıları ABŞ-ın Los-Anceles şəhərində aparıcı təhsil müəssislərinin işi ilə yaxından tanış olduqdan sonra Alabama ştatına gəldilər.
   Alabama ştatının aparıcı ali təhsil müəssisələrindən olan Oakwood Universiteti, Alabama Universiteti Hantsvil filialı, Calhoun Texnikumu, Jacobs Engineering, Science and Technology Services şirkəti və Alabama Kollecləri Məsləhətvermə Assosiasiyasında  laboratoriya və texnopark imkanları ilə tanış olaraq, bu müəssisələrdə sənaye ilə əlaqələrin təşkil olunması ilə bağlı müşahidələr apardılar. 
   Müşahidələr əsasən tədrisin praktikaya uyğun təşkil olunmasında sənayenin prinsipləri əsasında qurulmuş texnoparkların fəaliyyəti aspektində baş tutdu. Əsasən, kosmonavtika, sənayedə robotlaşdırma, mühərrik və mühərrik detallarının istehsalı üzrə ixtisaslaşmış Alabama ştatında təhsil müəssisələrinin tərkibində qurulmuş texnoparklar şirkətlərinin ortaq layihələri olaraq istifadəyə verilmişdir. 
   Bu texnoparklar nəinki təhsil müəssisələrinin tələbələrinin iş dünyasının tələbələrinə uyğun hazırlanmasında, eləcə də iş dünyasında fəaliyət göstərən işçilərin də təkmilləşdirilməsində geniş istifadə olunur.
   Xatırladaq ki, ABŞ Dövlət Departamentinin həyata keçirdiyi “Ali təhsil və gələcək karyera planlaması proqramı”nda Azərbacandan Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri Dr. İsa Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetindən Fuad Əliyev, Odlar Yurdu Universitetindən Səbinə Əliyeva, Xəzər Universitetindən isə İskəndər Ağayev iştirak edir.
Dr. İsa Qasımov



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır