Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevanın konfransa təqdim olunmuş məruzəsindən:

Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyevanın konfransa təqdim olunmuş məruzəsindən:
·  “Çağ öyrətim işlətmələri”nin açdığı məktəblərə  sayqı ilə “türk liseyləri” deyirlər. Dövlət müstəqilliymizin ilk aylarında bu məktəblərin Azərbaycana gəlişi həm təhsilimizin, həm də dövlətimizin inkişafı naminə göstərilmiş qardaşlıq köməyi idi.
·   “Çağ” Öyrətim bir tərəfdən dövləti zəruri kadr potensialı ilə təmin edir, digər tərəfdən gənc nəsli milli-mənəvi dəyərlər ruhunda tərbiyə edir ki, bu da öz növbəsində dövlət müstəqilliyinin qorunmasında müstəsna əhəmiyyətə malikdir. Ona görə də “Çağ Öyrətim İşlətmələri”nin buradakı fəaliyyəti uğurlu sayıla bilər.
· Ümummilli lider Heydər Əliyevin müdrikliklə söylədiyi “Təhsil millətin gələcəyidir” fikri təhsilimizin əsas şüarına çevrilmişdir. Azərbaycanda həm maddi-texniki bazasına, həm də pedoqoji kadrların elmi potensialına görə nümunəvi sayılan məktəblər fəaliyyətə başlamışdır. Bu məktəblərdən biri də rəhbərlik etdiyim Akademik Zərifə Əliyeva adına liseydir.
·  Liseyimizdə yalnız IX-XI siniflərdən ibarət 505 şagird təhsil alır. Siniflər riyaziyyat-texniki, riyaziyyat-iqtisadiyyat, hümanitar və təbiət fənləri təmayülləri üzrə komplektləşmişdir. Liseydə təhsil Azərbaycan və rus dillərində aparılır.
·  Fəaliyyətimizdə fundamental elmlərin tədrisini əsas tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına üstünlük verir, şagirdləri yaradıcılığa və axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır və dərsdənkənar təlim imkanlarını genişləndiririk.
o Qısa müddətdə əldə etdiyimiz nailiyyətlər arasında liseyimizin qəbul nəticələri xüsusi yer tutur. Qəbulla bağlı qarşıya qoyduğumuz hədəfə nail olduğumuzu desək, yanılmarıq. Belə ki, hər iki buraxılışdakı  251 məzunumuz istisnasız olaraq tələbə adını qazanmışdır.
·  Yeri gəlmişkən, ötən ilki məzunlarımızdan 14 nəfəri hal-hazırda “Qafqaz” Universitetinin tələbəsidir. Onlardan 8 nəfəri imtahanlarda 650-dən yuxarı bal toplamışdır.  Məzunlarımızdan 5 nəfəri Prezident təqaüdçüsüdür ki, onlardan biri də “Qafqaz” Universitetinin tələbəsidir.      
o  Məzunlarımızın  bu universiteti seçməsi heç də təsadüfi deyil.
· Bu, “Çağ “ Öyrətim İşlətmələri,  xüsusilə də “Qafqaz” Universiteti ilə məktəbimiz arasındakı səmimi dostluq və əməkdaşlıq münasibətlərinin nəticəsidir.  Bu münasibətlərdə  universitetin rektoru, professor Əhməd Saniçin və professor- müəllim heyətinin məktəbin şagirdləri ilə mütəmadi görüşləri, onlara yalnız ali məktəb rəhbəri kimi deyil, eyni zamanda bir alim və  ziyalı kimi dəyərli məsləhətlər verməsi xüsusi yer tutur.
·  Qeyd etmək istərdim ki, xarici ölkələrdə təhsil almaq istəyən məzunlarımız, ilk növbədə, Türkiyənin nüfuzlu   universitetlərinə üstünlük verirlər. Bunların arasında Orta Doğu Texniki Universiteti,  Türkiyə İstanbul Tibb Universiteti, Hacettepe, Ankara,  Anadolu,  Sabancı  universitetləri kimi ali təhsil ocaqları  var. Bu seçimdə bizim  eyni kökə mənsubluğumuz  da xüsusi rol oynayır. Gənclərimiz , o cümlədən  hamımız Türkiyəni  də özümüzə vətən hesab edirik.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır