ARDNŞ-nin Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün Təqaüd Proqramı üzrə Müsabiqə Komissiyasının yekun iclası olmuşdur

Martın 19-da ARDNŞ-nin 2010-2011-ci tədris ilinin II semestrinin nəticələrinə əsasən, Azərbaycan ali təhsil müəssisələrinin tələbələrinə Şirkətin təqaüdünün verilməsi üzrə Müsabiqə Komissiyasının yekun iclası keçirilmişdir. İclasda məlumat verilmişdir ki, müsabiqənin şərtlərinə uyğun olaraq, seçim iki mərhələdə aparılmışdır. Müsabiqənin birinci turunda 20 noyabr 2011-cil il tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məntiq üzrə test imtahanı təşkil olunmuşdur. Həmin tura müsabiqəyə müraciət edən 1471 nəfər tələbədən 1085 nəfəri buraxılmış və bu namizədlərdən 336 nəfəri ARDNŞ-nin təqaüd müsabiqəsinin ikinci turunda - müsahibədə iştirak etmək hüququ qazanmışdır. İkinci turda iştirak edən tələbələr əsasən qazma, boru kəmərləri, ekologiya, energetika, avtomatika və informasiya-kommunikasiya texnologiyaları, iqtisadiyyat, geoloji kəşfiyyat, kimya-texnologiya, neft-mexanika və tikinti ixtisasları üzrə təhsil alan gənclər olmuşdur. Bu turda Şirkətin Müsabiqə Komissiyasının üzvləri tərəfindən tələbələrin hər biri ilə 9 dəqiqə ərzində fərdi müsahibələr aparılmışdır. İddiaçilar Müsabiqə Komissiyası üzvlərinin ixtisas bilikləri, Azərbaycanın neft-qaz və neft-kimya sənayesi, istehsal və ixrac, ARDNŞ və onun qlobal enerji təhlükəsizliyi proseslərində rolu barədə suallarını cavablandırmışlar. Müsahibədə Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Qafqaz Universitetinin, Azərbaycan Texniki Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının, Millli Aviasiya Akademiyasının, Xəzər Universitetinin və s. bakalavr pilləsi üzrə 2-ci, 3-cü, 4-cü və magistr pilləsi üzrə 1-ci, 2-ci kurs tələbələri iştirak etmişlər. İkinci tura buraxılmış 336 nəfərdən 183 nəfəri ARDNŞ-nin təqaüdçüsü adına layiq görülmüşlər. Qeyd edək ki, ARDNŞ-nin təqaüdçüsü adına layiq görülmüş tələbələr əsasən avtomatika və informasiya-kommunikasiya texnologiyaları, qaz-neft-mədən, geoloji kəşfiyyat, kimya-texnologiya, energetika, iqtisadiyyat, tikinti, ekologiya, qazma və mexanika ixtisas qrupları üzrə təhsil alan tələbələrdir. ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin hazırlanması, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədinə xidmət edən bu layihəni 2004-2005-ci tədris ilindən etibarən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan minlərlə tələbə ARDNŞ-nin təqaüdlərinə layiq görülmüşdür. Qeyd edək ki, təqaüdün aylıq məbləği 100 manatdır. Müsahibələrin nəticələri ARDNŞ-nin www.socar.az/tehsil web səhifəsində yerləşdiriləcək. 
http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/4411

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır