Bahar nə xoş gəlir…Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır



"Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır,
 hər bir insanın, ailənin bayramıdır,
bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır 
                                                           Heydər Əliyev                                
Universitetin foyesində Baharın gəlişi münasibətilə xalqımızın milli bayramı Novruz bayramı qeyd edildi. Mədəniyyət şöbəsinin təşkilatçılığı ilə keçirilən qədim el bayramı əsl meydan tamaşasını xatırladırdı.  Oğlanlardan ibarət rəqs qrupunun bayram töhfəsi olan “Şələqoy” rəqsi Azərbaycan xalqının həm gözəl adətini, həm də mədəniyyətini nümayış etdirdi. Novruz şənliklərinin əsas personajları Kosa və Keçəlin oyunbazlığı bayrama xüsusi rəngarənglik və xoş ovqat verdi.  Kosanın yaddaşını itirməsi üzərində qurulan süjetdə qışla yazın mübarizəsi əks olundu. 
Baharın simvolu olan  Bahar qızı tələbələrə birlik, əmin amanlıq, təhsildə yeni-yeni uğurlar, belə şənliklərin işğal altında olan torpaqlarımızda qeyd edilməsini arzuladı. Milli geyimli gənc qızların “Haxışta”oyunu, Kosa və keçəlin Novruz şənliynə xüsusi abi-hava gətirən Novruz sovqatı, Novruz abı-havalı şənlik nəğmələri hamının zövqünü oxşadı.
Yaşıl səmənilərlə, Azərbaycanın mədəniyyətini özündə əks etdirən sənət nümunələri, (xalça, papaq, milli geyimlər, misgərlik nümunələri) bəzədilmiş foye tamaşaçıların yumurta döyüşü,   ulu babalarımızdan bizə yadigar qalan qədim el bayramımız- Novruzu yenidən canlandırdı.
Xalqımızın zəngin mənəviyyatı, qədim tarixi, rəngarəng təbiəti, dünya duyumu haqqında özündə yetərincə bilik və məlumat yaşadan, daşıyan Novruz ulu və əbədi bir bayram kimi yaddaşlara köçdü.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır