“Dədə Qorqud” Özəl Türk Liseyində müəllimlərin valideynləri ilə görüş keçirilib

 “Dədə Qorqud” Özəl Türk Liseyində müəllimlərin valideynləri ilə görüş keçirilib. Görüş zamanı liseyin müdiri Turan Güneri çıxış edərək valideynləri müəllim övlad böyüddüklərinə görə təşəkkür edib və qonaqlara liseyin təhsildə əldə etdiyi nailiyyətləri barədə məlumat verib. Sonra görüş iştirakçıları Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların məzarlarını ziyarət edərək onların xatirəsini yad ediblər. 
Daha sonra validenlər Azərbaycan-Türkiyə Özəl Liseyləri baş idarəsinin rəisi Arif Gömləksizlə görüşüblər. Arif Gömleksiz qonaqlara “Çağ” Öyrətim İşlətmələri Azərbaycan-Türkiyə Özəl Liseylərinin fəaliyyəti, tədris müəssisələrində tətbiq olunan yeni təhsil texnologiyaları haqqında danışaraq, şagirdlərinin respublika və beynəlxalq fənn olimpiadalarında müvəffəqiyyətlə iştirak edərək yüksək nailiyyətlər əldə etmələrindən söhbət açıb. Sonra bir qrup müəllim valideynlərinə xatirə hədiyyələri təqdim edib.
Tədbirin sonunda müəllimlərin valideynlərinə “Dədə Qorqud” Özəl Türk Liseyində xatirə hədiyyələri və zyafət verilib. Valideyinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Övladlarının işlərindən qürur hissi duyduqlarını xüsusilə qeyd ediblər.
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır