“Kibernetika və informatika problemləri” (PCI’2012) IV Beynəlxalq konfransı keçiriləcək

Hörmətli həmkarlar!
Sizi 12-14 sentyabr 2012-ci il tarixində Bakı şəhərində keçiriləcək “Kibernetika və informatika problemləri” (PCI’2012) IV Beynəlxalq konfransında iştirak etməyə dəvət edirik. 
Konfransın təşkilatçıları: Azərbaycan Milli Elmlər Akademiyası, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AR Təhsil Nazirliyi, “Abdus Salam” Nəzəri Fizika Beynəlxalq Mərkəzi, AMEA Kibernetika İnstitutu, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, BDU Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu.
Konfransda ABŞ, Rusiya, Almaniya, İtaliya və digər ölkələrdən aparıcı alimlərin iştirakı nəzərdə tutulur.
Müsbət rəy alan məruzələr konfransın açılışına qədər konfransın “Əsərlər”ində çap olunacaq və www.pci2012.science.az saytında yerləşdiriləcəkdir. 

Təşkilat komitəsi

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır