Moldovalı alimler Qafqaz Universitetini ziyaret etdiler



Moldovalı  alimler  Qafqaz  Universitetini  ziyaret  etdilerTarih 29 Mart 2012, 15:04 Editör GülşenHüseynova
Artıq neçe gündür ki, Moldova Respublikasının bir qrup alim heyeti ölkemizde seferdedir
Bu gün  isə  Moldova Universitetinin Jurnalistika və  Kommunikasiya Elmləri  fakultəsinin professorları  Qafqaz  Universitetində  oldular. Bununla  əlaqədar  olaraq Qafqaz  Universitetində  nümayəndə heyəti  ilə  görüş təşkil  olunmuşdur. 
İlk öncə  Qafqaz Universitetinin  rektoru  Ahmet Saniç  qonaqları  salamladı və  Moldova  Respublikasından  gəlmiş nümayəndə  heyətini  bu  təhsil  ocağında görməkdən  məmnun  olduğunu bildirdi. Sonra  Ahmet  Saniç  çıxış  edərək məlumat  verdi  ki, Qafqaz Universiteti 1993-cü ildə Bakı şəhərində fəaliyyətə başlamışdır. Bu universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayan "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsi üzrə də 4 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir. Rektor  həmçinin bildirdi  ki, bununla yanaşı  2006-2007  tədris ildən etibarən Universitetimizdə 2 ixtisas üzrə MBA Proqramı açılmışdır. Yüksək sürətli internet rabitəsi sayəsində,Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını (yeni nəsil TOEFL testi)təşkil edən ilk qurumdur. Bu  ali  təhsil ocağında ötən  il  ilk dəfə olaraq Jurnalistika fakültəsi  açılmış və hazırda  da fakültədə 20 nəfər tələbə təhsil almaqdadır.
Sonra Bakı  Slavyan  Universitetinin  kafedra müdiri, dosent Aynur  Bəşirli çıxış  edərək ölkəmizdə  mətbuatımızın  tarixindən, ölkəmizdə  nəşr  olunan   mətbuat orqanlarının  geniş  fəaliyyətindən    hazırki inkişafından söz  açdı.
Moldova Dövlət  Universitetinin  Jurnalistika və  Kommunikasiya  Elmləri fakultəsinin  professorları  Mixail  Quzun, Qeoqreta Stepanov, Mixail Lesku, Serafim  İsac, Andrey  Dumbraveanu, Boris Parfentev  və Avropa  Şurasının  layihə koordinatoru  Dumitru  Lazur  Qafqaz  Universitetinin  jurnalistika fakultəsinin  dərs prosesini izlədilər, bu  ali  təhsil ocağının tədris  korpus , yataqxanası , laboratoriyaları  ilə yaxından  tanış  oldular. Burada tələbələr  üçün  yaradılan müasir    yüksək şətaitdən, keyfiyyətli  tədris sistemindən  razı  qaldıqlarını bildirdilər.
Görüşün sonunda qonaqlara  xatirə  hədiyyələri  təqdim  olundu.
 http://bakuhaber.com/haber_detay.asp?haberID=342
 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır