“Müasir Azərbaycan təhsili və Çağ Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib-FOTOSESSİYA



Səhiyyə / Təhsil
Bu gün Qafqaz Universitetində “Müasir Azərbaycan təhsili və Çağ Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfrans Təhsil Nazirliyinin, Çağ Öyrətim İşlətmələr Şirkəti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Çağ Öyrətim Şirkətinin qurulumasının 20 iliyinə həsr olunan konfransda təhsil naziri Misir Mərdanov, ali təhsil müəssisələrinin rəhbərləri, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və millət vəkilləri iştirak edib.

Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, 1993-cü ildə yaradılan təhsil ocağı hazırda 52 fakultə ilə fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, universitetin əsas məsələlərindən biri azərbaycançılıq səviyyəsinin yüksəldilməsi, bu amilin daha da yetişdirilməsindən ibarətdir. Rektor bildirib ki, bu universiteti bitirənlər gələcəkdə Azərbaycanı xarici diasporun üzvləri olaraq təmsil edir.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın sözlərinə görə isə Azərbaycanda fəaliyyət göstərdiyi 4 il ərzində iki qardaş ölkənin təhsili durmadan inkişaf edir. Onun fikrincə, Türkiyə universitetləri məzunları Azərbaycanın yaxın gələcəyi üçün önəmli kadrlar hesab olunur: “Təhsil vasitəsilə ölkələr arasında körpülər qurmaq mümkündür. Bu körpülər isə nə qədər çox sağlam olarsa, bir o qədər əlaqələr inkişaf edər”.

Təhsil naziri Misir Mərdanov bildirib ki, Çağ Öyrətim İşlətmələr Şirkəti ulu öndər Heydər Əliyevin imzaladığı sənədə əsasən 1991-ci ilin noyabrda fəaliyyətə başlayıb. Onun sözlərinə görə, bugün dünyanın 150-dən ölkəsində şirkətin müxtəlif filialları fəaliyyət göstərir: “20 il ərzində bütün məktəbləri Azərbaycan təhsili üçün nümunə rolunu oynayır. Çətin zamanlarda onların üsulları, metodika, təhlillərdən istifadə olunub. Bu gün universitetin 100-də 70%-i Azərbaycan müəllimlərindən təşkil olunub. Bu şirkətlər vasitəsilə azərbaycanlı gənclər beynəlxalq fənn olimpiadalarına çıxarılıb. Bu gün görülən işlər nəticəsində 200-dən çox gənclər qızıl, gümüş medallara layiq görülüb. Çağ Öyrətim İşlətmələr Şirkətini bitirən bütün məzunlar universiteti qurtarandan sonra Azərbaycana qayıdaraq ölkənin müxtəlif qurumlarında təmsil olunur. Bunun əsas səbəbləri isə şirkətdə çalışan insanların çox səmimi, bilikli, qabiliyyətli, halal, doğru olmalarından irəli gəlir. Bir sözlə, onlardan öyrənəcəyimiz hələ bir çox şeylər var”.

Türkiyə Böyük Millət Məclisin başkan əvəzi, millət vəkili Mehmet Sağlam isə Azərbaycan dövlətinin və təhsilinin günü-gündən inkişaf etdiyini, müəyyən uğurlar əldə olunduğunu deyib. O vurğulayıb ki, Azərbaycanın ana konstitusiyasına əsasən təhsil mütləq hesab olunur və təhsil almaq hər kəsin haqqıdır. Azərbaycanda fəaliyyət göstərən türk okullarının da məqsədi türkçülüyü, azərbaycançılığı təbliğ və inkişaf etdirməkdir.

Tədbirin davamında çıxış edən millət vəkilləri, qonaqlar Azərbaycanın Azərbaycan Türkiyə təhsilinin qarşılıqlı əlaqələri, görülən işlər, əldə olunan nailiyyətlər barədə danışıblar.
 Könül Kamilqızı

http://www.sia.az/index.php?action=static_detail&static_id=209449







XƏBƏRDƏN FOOLAR






























Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır