Qafqaz Universitetində “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfrans keçirilib


“Çağ Öyrətim İşlətmələri” Anonim Şirkətinin Azərbaycan təhsil həyatında iştirakının 20-ci ildönümü münasibəti ilə düzənlənən konfransda, Şirkət mənsubları, ziyalılar, KİV təmsilçiləri iştirak edirdi. Konfransda həmçinin Azərbaycan Respublikasının Təhsil Naziri prof. Misir Mərdanov, Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü dr. Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı böyükelçisi Hülusi Kılıç, Türkiyə Böyük Millət Məclisi başqanının müavini Mehmet Sağlam və digər rəsmi şəxslər də iştirak və çıxış etmişlər. 
Çıxış edən natiqlər ümumiyyətlə, “Çağ Öyrətim”in Azərbaycanda fəaliyyətini, təhsildə qazandığı qabaqcıl mövqeni minnətdarlıqla qeyd edərək, əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin elm-təhsil sektoru üçün böyük anlam daşıdığını vurğulamış, “Çağ Öyrətim” yetirmələrinin Azərbaycan-Türkiyə münasibətlərinin, ümumən Türk Dünyasında inteqrasiyanın güclənməsində böyük potensiala sahib olduğunu qeyd etmişlər.
Konfransda Azərbaycanın bir sıra tanınmış ziyalıları, elm, təhsil və mədəniyyət xadimləri “Çağ Öyrətim” və Qafqaz Universitetinin birgə təsis etdiyi xüsusi plaketlə təltif olunub.
Nota.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır