Qafqaz Universitetində turizmin idarəedilməsi üzrə beynəlxalq ekspertlərin iştirakı ilə konfrans keçirildi.


30 March, 2012,
Qafqaz Biznes Formun iştirakçıları və İqtisadiyyat və İdarəetmə Fakultəsinin (İİBF) tələbələri “Reklam mədəniyyəti –reallıq və perspektivlər.Reklam və marketinq məsələlərinə müasir baxış”adlı konfransda iştirak etdilər.Konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.Konfransın açılış mərasimi və birinci günü Bakı Hilton Otelində keçirilmişdir.
Konfransın ikinci günü iki master klasa ayrılaraq , birinci Hilton Otelində , ikincisi isə Qafqaz Universitetində təşkil edilmişdir.Konfransın məruzəçiləri turizm və reklam sahəsində fəaliyyət göstərən  beynəlxalq ekspertlərdən ibarət olmuşdur.Onlar Cənubi Afrikanın   Pretoriya Universitetindən professor Ernie Heath, Türkiyənin Akdeniz Universitetindən professor Ahmed Aktash  və Yalova Universitetindən Dr. Selim Özdemir olmuşlar.
Konfransın başlanğıcında Qafqaz Biznes Formun koordinatoru Adiljan Abdurazzak məruzəçiləri konfrans iştirakçılarına təqdim etdi.Qeyd olundu ki,professor Ernie Heath Cənubi Afrika Turizm Təşkilatının İcraçı direktor müavini,Dünya Turizm Təşkilatı Təhsil Heyətinin  üzvüdür.O, həm də Avropa və Cənubi Afrikanın bir çox  universitetlərində turizm idarəetməsi fənnini tədris etmişdir. Profesor Aktash və  Dr. Özdemirin də turizm idarəetməsi üzrə həm təhsil həm də biznes sektorunda zəngin təcrübəyə malik olduğu qeyd olunmuşdur.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır