SOCAR İnsan Resursları Departamentinin əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüş keçirmişlər


28.03.2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentinin Təlim və İnkişaf şöbəsinin kadr hazırlığı üzrə mühəndisləri Roman Süleymanov və Vüsalə Cəfərli Qafqaz Universitetinin tələbələrilə görüş keçirmişlər. 150-ə yaxın tələbənin iştirakı ilə keçirilən görüşü giriş sözü ilə açan Daimi İnkişaf Karyera Planlama Mərkəzinin müdiri, Dos.Dr. Isa Qasımov bu istiqamətli görüşlərin tələbələr üçün çox əhəmiyyətli olduğunu bildirmiş, tələbələri bu tip proqramlarla maraqlanmağa və müraciət etməyə çağırmışdır. 
Daha sonra ARDNŞ əməkdaşları tələbələr qarşısında təqdimatla çıxış etmiş, tələbələr üçün təsis olunmuş Təqaüd Proqramları və digər layihələr barədə ətraflı məlumat vermişlər. Tələbələlər Xarici Təqaüd Proqramı, Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi, "Yay Məktəbi" layihələri barədə ətraflı məlumat almış, proqrama qoşulmanın şərtlərilə tanış olmuşlar. Təqdimat bitdikdən sonra İnsan Resursları Departamentinin əməkdaşları iştirakçıları maraqlandıran bütün sualları ətraflı cavablandırılmışdır.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF