Turqut Özal Universitetinin Rektoru Prof. Dr. Erol Oralın konfransa təqdim olunmuş məruzəsindən:

Qafqaz Universitetində  17 mart 2012-ci il tarixində “Çağ” Öyrətim İşlətmələri Şirkətinin fəaliyyətinin 20-ci ildönümünə həsr edilmiş Müasir Azərbaycan və “Çağ” Öyrətim” mövzusunda elmi-praktik konfrans keçirilib.
 
Turqut Özal Universitetinin (Türkiyə, Ankara) Rektoru Prof.  Dr. Erol Oralın konfransa təqdim olunmuş məruzəsindən:
·      Azərbaycan 18 Oktyabr 1991- ci ildə SSRİ-nin dağılması ilə müstəqilliyini əldə etməsindən sonrakı ilk illərdə təhlükəsizlik sahəsindən tutmuş, iqtisadi, sosial, mədəni, milli və beynəlxalq səviyyəli bir çox sahədə çətinliklərlə qarşılaşmış bir ölkədir. Əldə etdiyi müstəqilliyini möhkəmləndirmək, beynəlxalq arenada özünü qəbul etdirmək və layiqli bir yer əldə etmək səylərində Azərbaycanın Ümummilli lideri mərhum Heydər Əliyev çox əhəmiyyətli bir rola sahib olmuşdur.
·      Azərbaycanın müstəqilliyini əldə etməsindən dərhal sonra Türkiyəli dost və qardaşları mərhum Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası Məclisinin Sədri olduğu dövrdə ziyarət etmiş,Türkiyədəki təhsil fəaliyyətlərinin bənzəri olan yeni məktəblər açaraq təhsilə yardım etmək istəklərini bildirmiş və onun müsbət rəyini alaraq işlərini qısa bir zamanda bitirmişdilər.
·     Çağ Öyrətim şirkəti tərkibində bu liseylərdə başlayan təhsil fəaliyyəti, daha sonra Azərbaycanın "fasiləsiz təhsil" anlayışına uyğun olaraq, “Universitetə Hazırlıq Kursları”, "Qafqaz Universiteti" və “İbtidai təhsil” məktəblərinin açılması ilə də təhsil fəaliyyətinin ən təməlindən ən üst səviyyəsinə qədər bütün sahələrə yayılmasını təmin etmişdir.
·      Heç şübhə yoxdur ki, Çağ Öyrətim şirkətinin tərkibindəki 12 lisey, 1 ibtidai təhsil məktəbi ilə Azərbaycan – Türkiyə özəl liseyləri" (ATÖL), “Araz” Universitetə ​​Hazırlıq Kursları və “Qafqaz” Universiteti ilə Azərbaycanın müasirləşməsində çox əhəmiyyətli rol oynayan təşkilatlar arasındakı layiqli yerini almış olacaqdır.
·      Bu gün dünyanın otuzdan çox ölkəsində, əllidən çox fərqli universitetdə təhsil alan bu liseylərdən məzun olan azərbaycanlı gənclər təkcə tələbə kimi deyil, eyni zamanda getdikləri yerlərdə ölkələrini ən yaxşı şəkildə də təmsil edən fərdlər kimi də fəaliyyət göstərirlər. Onların bu diaspor fəaliyyətləri Prezident cənab İlhan Əliyevin bu sahədə həyata keçirtdiyi siyasətlə böyük bir paralellik göstərməkdədir.
·      Çağ Öyrətim işlətmələrinin təhsil modeli "Şərqin milli dəyərlərə söykənən əxlaq anlayışı ilə Qərbin texnoloji müvəffəqiyyətinin cəmləndiyi bir təhsil modeli olaraq qiymətləndirilə bilər. Bu modeldə məqsəd Azərbaycanın digər müasir ölkələrə paralel olaraq irəliləmə və inkişaf göstərməsi ilə birlikdə Azərbaycanın cəmiyyət bütövlüyünün xüsusi qabiliyyət və üstünlüklərini, müstəqil mənliyini, əxlaqını və milli dəyərlərini gedərək ucaltmaqdır.
·   Qafqaz Universiteti Çağ Öyrətim şirkəti tərəfindən 1993-cü ildə Azərbaycanda qurulmuş ilk xarici özəl ali məktəbdir.
·      Anglo-Sakson ölkələrində tətbiq olunan "kreditli dərs keçmə sistemi"ni Azərbaycanda ilk dəfə Qafqaz Universiteti tətbiq etmişdir.
·       İlk məzunlarını 1998-ci ildə vermiş olan Qafqaz Universitetindən bu günə qədər 2332 Bakalavr; 226 Magistr; 2 Doktorant olmaq üzrə 2560 tələbə məzun olmuşdur. Hal-hazırda məzunlarının 87 %-i hər hansı bir işdə çalışır. Bunların 336-sı Azərbaycan xaricində; Türkiyə, Rusiya, Amerika, Almaniya başda olmaq üzrə 52 fərqli ölkədə işləyir və ya təhsillərini davam etdirirlər.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF