Xüsusi Qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi

Martın 26-da Şəki şəhərində fəaliyyət göstərən Əlillərə Qayğı İctimai Birliyinin nəzdində olan “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün İcma əsaslı Reabilitasiya mərkəzi”inin üzvlərinə Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin kollektivi Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirib. 
Bayram şənliyində 60 nəfərə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə onların valideynləri və Mərkəzin Valideyn Birliyinin üzvləri də iştirak etmişlər. Qüsurlu uşaqların asudə vaxtlarının təşkili və bayram şənliyinin daha mənalı keçirilməsi məqsədi ilə Şəki İncəsənət Məktəbinin uşaq mahnı və rəqs kollektivi də tədbirdə biri-birindən rəngarəng mahnılar ifa etmiş və rəqs etmişlər. 
Şənlikdə Mərkəzin rəhbəri Güləndam Alxasova çıxış edərək, qüsurlu uşaqlar üçün Novruz bayramının təşkil olunmasında göstərdikləri dəstəyə və köməyə görə Valideyn Birliyinin üzvləri və əlil uşaqların valideynləri adından Şəki Azərbaycan – Türkiyə Özəl Liseyinin eləcə də Şəki İncəsənət Məktəbinin kollektivlərinə təşəkkürünü bildirib. Sonra şənlik qüsurlu uşaqların rəqsləri ilə davam edib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır