30 Nisan 2012 Pazartesi

Qafqaz University has become a Competent Member of International Information Security Research Consortium (IISRC)

Sixth International forum “Partnership of State Authorities, Civil Society and the Business Community in Ensuring Information Security and Combating Terrorism” and Fifth Scientific Conference of the International Information Security Research Consortium (IISRC) have been held in April 23–26, 2012, Garmisch-Partenkirchen, Munich, Germany.
The Qafqaz University as an institution pretending to be a member of IISRC consortium was represented by Chair of Computer Engineering Department Dr. Abzetdin Adamov. The Qafqaz University also participated in last conference that was held in Changsha, China in October 25-27, 2011 and applied for consortium membership.
During the session dedicated to discussion of perspectives of the IISRC and applications of new potential members, the Qafqaz University's application was supported by all active members. The additional agreement between Qafqaz University and Lomonosov Moscow State University's Institute of Information Security Issues on collaboration in the framework of IISRC consortium has been signed.
Consequently, the Qafqaz University has approved its interest and concern about information security in the emerging cyber space. Moreover, the Computer Engineering Department at the Qafqaz University is planning to organize a training series in Information Security jointly with BitDefender, Lancelot Institute and several other institutions those that have main business in the area of Information Security solutions. It is also intended to include a new session on Information Security into the program of upcoming AICT2012 International Conference (www.aict.info/2012) will be held this time in Tbilisi, Georgia October 17-19.

29 Nisan 2012 Pazar

Qafqazda beynəlxalq konfrans keçirilib

DünƏn Qafqaz Universitetinin pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyat bölümü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ilə ÇAĞ öyrətim işlətmələri şirkətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı təşkil olunub. 
İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbəri olduğu təhsil ocağında bu cür tədbirlərin mütəmadi olaraq təşkil edildiyini, belə konfransların tələbələrin dünya görüşünün genişlənməsinə mühüm təsir göstərdiyini vurğulayıb. "Konfransın universitetimizə və Azərbaycan elm mühitinə yeniliklər gətirəcəyinə ümid edirik", - deyə rektor vurğulayıb. 
Pedaqogika fakültəsinin rəhbəri Əli Bərəkət isə bildirib ki, konfransın məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətlər və nəticələri müzakirə etmək, araşdırmaqda olduğu elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaqdır. 
Bir gün davam edən konfransın proqramı Dilçilik, Ədəbiyyat və Təhsil kimi tədqiqat sahələrini əhatə edir. beynəlxalq konfransa ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı qatılıb.

Bəhruz

http://online.hafta-ichi.com/v5//2012/04/28/read=72744

28 Nisan 2012 Cumartesi

ABDOLBARİ GOOZAL "MÜASİR AZƏRBAYCAN TƏHSİLİ VƏ ÇAĞ ÖYRƏTİM" ADLI ELMİ-PRAKTİK KONFRANSINDA İŞTİRAK ETDİ

Azersundan xəbərlər

Mart ayının 17-də Qafqaz universitetində “Çağ Öyrətim İşlətmələri”nin Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibəti ilə təşkil olunan konfransda, elm ictimaiyyəti, millət vəkilləri, ziyalılar və iş adamları iştirak edirdi.
İştirakçılar arasında Azərbaycan Respublikasının Təhsil Naziri prof. Misir Mərdanov, Türkiyə Böyük Millət Məclisinin sədr müavini  Mehmet Sağlam, Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü dok. Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı fövqəladə və Səlahiyyətli səfiri Hülusi Kılıç, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal, Bakı Dövlət Universitetinin rektoru prof. Abel Məhərrəmov və digər rəsmi şəxslər vardı.
Təşkil olunan tədbirdə iştirakçıların çıxışlarına da geniş yer verildi. Çıxışçılarda “Çağ Öyrətim”in Azərbaycandakı fəaliyyəti və təhsildə əldə edilən nailiyyətlərdən bəhs olunmuş, həmçinin qazanılan uğurların sevinc və qürur qaynağı olduğu da vurğulanmışdır.
Sonda isə konfrans iştirakçılarına “Çağ Öyrətim” və Qafqaz Universitetinin birgə təsis etdiyi xüsusi plaketlər təqdim olundu. Təqdim etmə mərasimində “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal da təşəkkür plaketi ilə təltif olundu.
http://www.azersun.com/news171.asp

Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı keçirilib.


Qafqaz Universitetinin Pedaqogika fakultəsi İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri Şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı keçirilib.
 Tədbirdə universitetin rektoru, professor Ahmet Saniç ingilis dilinin günümüzdəki əhəmiyyətindən söz açıb. Daha sonra o deyib: “Bizim bu bölümü bitirən tələbələrimiz məzun olduqları zaman ən az 3 dili bilmiş olurlar. Belə bir konfransın gənc tələbələrimiz tərəfindən keçirilməsi də məni sevindirir. Belə bir konfransda Amerikadan və xaricdən gələn qonaqların iştirak etməsi təhsil ocağımız üçün bir yenilikdir”.   Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket qəzetimizə verdiyi açıqlamsında bildirib ki, bu konfransın təşkilində məqsəd tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarını daha səmərəli araşdırmaqdır.
Qeyd edək ki, Azersun Holdinqin sponsorluğu ilə keçirilən konfransda ölkə daxilində və xaricdə fəaliyyət göstərən səksənə yaxın tədqiqatçı iştirak edib. Sadİq Umarov
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=43350

“Azərsun Holdinq”in sponsorluğu ilə “Qafqaz” Universitetində konfrans keçirilib (FOTO)



Azərbaycan, Bakı, 28 aprel /Trend/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə, "Qafqaz" Universitetində "İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları" adlı elmi konfrans keçirilib.

Konfransda Avropa və Amerika universitetlərinin də tədqiqatçıları iştirak edib
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
http://az.trend.az/news/society/2019874.html

Qafqaz Universitetində beynəlxalq konfrans keçirilib


05:44 / 28.04.2012
Dünən Qafqaz Universitetinin Pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyat bölümü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və ÇAĞ öyrətim işlətmələri şirkətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı təşkil olunub. İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbəri olduğu təhsil ocağında bu cür tədbirlərin mütəmadi olaraq təşkil edildiyini, belə konfransların tələbələrin dünya görüşünün genişlənməsinə mühüm təsir göstərdiyini vurğulayıb. “Konfransın universitetimizə və Azərbaycan elm mühitinə yeniliklər gətirəcəyinə ümid edirik” – deyə rektor vurğulayıb.
Pedaqogika fakültəsinin rəhbəri Əli Bərəkət isə bildirib ki, konfransın məqsədi tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətlər və nəticələri müzakirə etmək, araşdırmaqda olduğu elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaqdır. Bir gün davam edən konfransın proqram Dilçilik, Ədəbiyyat və Təhsil kimi tədqiqat sahələrini əhatə edir. Beynəlxalq konfransa ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı qatılıb.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=43528

Gəncə Dövlət Universitetində görüş

Gəncə Azərbaycan -Türkiyə Özəl Liseyinin müdiri Kenan Güzel və Gəncə “Araz” Kurslarının müdiri Sədrəddin Sədirli Gəncə Dövlət Universitetində (GDU) olublar. Universitetin rektoru, professor Elman Məmmədovla görüşən qonaqlar rəhbərlik etdikləri təhsil ocaqlarının fəaliyyəti, təhsildə əldə etdikləri uğurları barədə məlumat veriblər. 
TQDK-nın ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək bal toplayaraq respublikamızın eləcə də dünyanın nüfuzlu universitetlərində təhsillərini uğurla davam etdirmələrindən, beynəlxalq fənn və layihə olimpiadalarından ölkəmizə medallarla dönmələrindən söhbət açıblar. 
Bu yaxınlarda keçirilmiş dünyanın 42 ölkəsindən 400-ə qədər şagirdin iştirak etdiyi Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiyadasında (İNEPO) liseyin iki şagirdi medallara layiq görülməsindən danışıblar. 
Lisey və Gəncə “Araz” Kursunun nailiyyətlərindən məmnun olduğunu bildirən rektor, Azərbaycanda fəaliyyətinin 20 illik yubileyini qeyd edən  “Çağ” Öyrətim İşlətmələri Şirkətinin rəhbərliyini və bütün pedoqoji kollektivini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 

27 Nisan 2012 Cuma

Maliyyə bölməsinin 3-kurs tələbələri Uşaq Evini ziyarət etdi


Qafqaz Universitetinin müəllim və tələbələrinin xeyriyyə işləri davam edir. Bu çərçivədə növbəti tədbir Maliyyə bölməsinin 3-kurs tələbələri tərəfindən keçirilmişdir. Bölmənin müəllim və tələbələri aprel ayının 22-də Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaqlar evini ziyarət etmişlər.
Ata-ana nəvazişindən məhrum olmuş uşaqlarla ünsiyyətdən olduqca məmnun olmuş tələbələr onlarla ayrı-ayrılıqda görüşərək söhbət etmiş, oyunlar oynamış, hədiyyələr vermiş və kimsəsizlərə maddi və mənəvi dayaq olmuşlardır. 
Tələbələr belə görüşlərin tez-tez keçirilməsini arzu etdiklərini bildirmiş və ziyarət valideyin qayğısından məhrum olmuş uşaqların hədsiz sevincinə səbəb olmuşdur. Uşaq evinin işçiləri və uşaqlar, Qafqaz Universitetinin  müəllim və şagirdlərinə xeyirxah əməllərinə görə minnətdarlıqlarını bildirmişlər.

Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ərəb dili üzrə I Respublika Olimpiadası


Ərəb dili üzrə olimpiada
26 April, 2012,
Qafqaz Universiteti Pedaqoji Fakültəsi Ərəb dili və ədəbiyyatı kafedrası 2 may, 2012 tarixində Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ərəb dili üzrə I respublika olimpiadası keçirəcəkdir. Olimpiadada ərəb dili ixtisası üzrə bakalavr təhsili alan tələbələrin "oxu", "səhvlərin üzə çıxarılması" və "eşidib tərcümə etmək" və "imla" məharətləri yoxlanacaq. Kafedra rəhbərliyi olimpiada iştirakçısı olacaq bütün tələbələrə uğurlar diləyir.

Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı konfrans keçirildi FOTOLENT

27 April, 2012, Qafqaz Universitetinin Pedaqoqika  fakultəsi  İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən aprelin 27-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə  həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodlarıadlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirildi. 
Konfransda universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları salamladı, ingilis  dilinin günümüzdəki əhəmiyyətindən bəhs etdi .Sonra söz alan universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket konfransla əlaqəli olaraq bunları dedi: Məqsəd  tədqiqatçıların  elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının  daha səmərəli  araşdırmaqdır.
Bir gün davam  edən kofransın proqramı dilçilik, ədəbiyyat və təhsil  kimi tədqiqat sahələrini əhatə edirdi. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodlarıadlı gənc  tədqiqatçıların II beynəlxalq  konfransına ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı iştirak edirdi.Konfrans Qafqaz universitetinin auditoriyalarında seksiyalara bölünərək  davam etdirldi. Qeyd edək ki, konfransın sponsoru Azersun Holdingdir.
 Qafqaz Universitetinin mətbuat xidməti.
 


“İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları”

27 April, 2012,
Bu gün Qafqaz Universitetinin Pedaqoqika fakultəsi İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib.

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda universitetin rektoru professor Ahmet Sanıç gənc tədqiqatçıları salamlayıb, ingilis dilinin günümüzdəki əhəmiyyətindən bəhs edib.

Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket isə bunları deyib: “Məqsəd tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarını daha səmərəli araşdırmaqdır”.

Bir gün davam edən kofransın proqramı dilçilik, ədəbiyyat və təhsil kimi tədqiqat sahələrini əhatə edib. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı gənc tədqiqatçıların II beynəlxalq konfransında ölkə daxilindən və xaricindən səksənə yaxın tədqiqatçı iştirak edib. Konfrans Qafqaz Universitetinin auditoriyalarında seksiyalara bölünərək davam etdirilib.

Qeyd edək ki, konfransın sponsoru Azersun Holdingdir.

Nigar Məmmədli

Qafqaz Universitetində “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları”mövzusunda II beynəlxalq konfrans

Bakı, 27 aprel (AzərTAc). Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” mövzusunda gənc tədqiqatçıların II beynəlxalq konfransı keçirilir.
AzərTAc xəbər verir ki, universitetin pedaqogika fakültəsinin ingilis dili və ədəbiyyatı bölməsinin təşkilatçılığı, “Azersun Holding” şirkətinin dəstəyi ilə reallaşdırılan tədbirdə ayrı-ayrı ali təhsil müəssisələrindən tədqiqatçılar, ABŞ-dan alim və mütəxəssislər iştirak edirlər.
Konfransda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Qafqaz Universitetində Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib


27 April, 2012,
Atif Eyvazov/AZADİNFORM. Bu gün Qafqaz Universitetinin Pedaqogika  fakültəsi  İngilis dili və ədəbiyyatı bölməsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu və “ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin 20-ci ildönümünə  həsr olunan “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı Gənc Tədqiqatçıların II Beynəlxalq konfransı keçirilib. Məlumatı “Azadinform”a Qafqaz Universitetindən veriblər.
Konfransda universitetin rektoru, professor Ahmet Sanıç müasir dövrdə ingilis dilinin əhəmiyyətindən bəhs edib.
Universitetin İngilis dili və ədəbiyyatı bölməsinin kafedra müdiri Ali Bereket bildirib ki, konfransın keçirilməsində məqsəd  tədqiqatçıların elmi fəaliyyətdə əldə etdikləri nailiyyətləri və nəticələri müzakirə etmək, araşdırmaqda olduqları elmi-tədqiqat işlərində irəli sürülən elmi yenilikləri təhlil etmək, İngilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının  daha səmərəli  araşdırmaqdır.
Konfransın proqramı dilçilik, ədəbiyyat və təhsilin digər sahələrinə aid  tədqiqat sahələrini əhatə edib. “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı gənc tədqiqatçıların II beynəlxalq  konfransa ölkəmizdən və xaricdən 80-ə yaxın tədqiqatçı iştirak edib. Konfrans Qafqaz Universitetində bölmələr üzrə  davam edib.
Qeyd edək ki, konfransın sponsoru “Azersun Holding”dir.
http://www.azadinform.az/news/a-20745.html

Məzuniyyət ərəfəsində olan tələbələr iş dünyasına hazırlaşdırılır.


Qafqaz Universitetinin sonuncu kurs tələbələrinə Universitetdə fəaliyyət göstərən Karyera Planlama Mərkəzi (KPM) tərəfindən iş dünyasına hazırlıq kursları verilir. Kurslar müxtəlif ixtisasda təhsil alan tələbələrə qruplar və ya fərdi halda təşkil edilir.
İş dünyasının potensialı və reallıqları, eləcə də tələbləri haqqında geniş informasiya verilən görüşlərdə tələbələr işə müraciət formaları haqqında məlumatlandırılır.
Kursların təşkilində əsas məqsədlərdən biri də məzunları işə müraciət edərkən ilkin olaraq rastlaşacaqları müsahibə mərhələsinin prinsip və qaydaları haqqında məlumatlandırmaqdır.
Dr. İsa Qasımov

“Xəzər Mühəndisləri” İctimai Birliyi növbəti yay məktəbini Qafqaz Universitetində təşkil edəcəkdir

Bakı, 25 aprel (AzərTAc). Tələbələr və mühəndislər üçün müxtəlif layihələr həyata keçirən “Xəzər Mühəndisləri” İctimai Birliyi (XMİB) növbəti yay məktəbini Qafqaz Universitetində təşkil edəcəkdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu barədə artıq razılıq əldə olunmuşdur. Eyni zamanda, XMİB ilə Qafqaz Universiteti arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr də aparılmışdır.
http://www.azertag.com/node/944462

“Mesenat” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir

Bakı, 24 aprel (AzərTAc). Qafqaz Universiteti dram dərnəyinin üzvləri Nəcəf Bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatında bəhs edən “Mesenat” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı nümayiş etdirmişlər.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, tamaşaya sənətşünaslıq namizədi Zəminə Axundova quruluş vermişdir.
Səhnə əsərində mesenat və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xeyirxah obrazı canlandırılmışdır.
http://www.azertag.com/node/944268

26 Nisan 2012 Perşembe

Rabitəbankda karyera imkanları

26 April, 2012, Rabitəbankın mütəxəssisləri Qafqaz Universitetində müvafiq ixtisaslarda təhsil alan tələbə və magistrlarla görüşdülər. Əvvəlcə, Rabitəbank İdarə Heyətinin sədr müavinin Elçin Qədimov iştirakçılara uğurlu karyera qazanma yolunda diqqət edilməsi məqamlar haqqında tövsiyələrini verdi. 
Sonra isə Rabitəbank İnsan Resursları Departamentinin direktoru Fəzilə Əsgərova Rabitəbankda karyera imkanları haqqında geniş təqdimatla çıxış etdi. Görüşdə toxunulan məsələlər tələbə və magistrların marağına səbəb oldu və çoxlu suallar verildi. Suallar hərtərəfli cavablandırıldıqdan sonra iştirakçılar Rabitəbankda işə qəbulla bağlı ilkin test imtahanı verdi. İmtahan nəticələri yaxşı olanlar ikinci mrəhələdə müsabiqəyə dəvət olunacaqlar.
Tələbə və magistrlarla görüşdən sonra qonaqlar Qafqaz Universitetinin iş dünyası ilə əlaqələrini əks etdirən elmi-texniki baza ilə tanış oldular.
Sonda Universitetin rektoru prof. Ahmet Saniç qonaqları qəbul etdi. Qəbul zamanı ikitərəfli münasibətlərin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi üçün bəzi məqamlar müzakirə edildi.
Dos. İsa Qasımov

Qafqaz Universitetində növbəti seminar

Qafqaz Universitetində növbəti aylıq seminar keçirildi. Seminarı giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, artıq neçə ildir ki, bu ali təhsil ocağında müxtəlif sahələrdə, müxtəlif aspektlərdə seminarlar təşkil olunur. Bu seminarların keçirilməsi tələbələrin dünyagörüşünün artmasında, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayır. Bugünkü seminarın əsas mövzusu isə seysmologiya sahəsinə həsr olunmuşdur.
Sonra Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev “Qəzaların gizli dövrünün robast noise-monitorinq nəzəriyyəsi və texnologiyaları” mövzusunda məruzə ilə çıxış etdi. O, çıxışında bildirdi ki, Azərbaycanda zəlzələləri proqnozlaşdıra bilən ilk seysmoakustik telemetrik stansiya 2010-cu ilin mayın 1-də Qum adasında quraşdırılıb. İkinci stansiya isə ötən həftə Şirvanda quraşdırılıb. Növbəti iki stansiyanın isə yaxın zamanlarda Siyəzən və Naftalanda quraşdırılması nəzərdə tutulur: “Ötən müddət ərzində fəaliyyətdə olan stansiyalar bütün anomal seysmik prosesləri əvvəlcədən dəqiqliyi ilə qeyd edib. Zəlzələlərin ən azı 5 saatdan 20 saata qədər olan müddət ərzində qabaqcadan proqnozu verilir. Hələlik bizim eksperimentlərdə zəlzələlər 300 kilometrə qədər məsafədən qeyd olunur. Amma 400-500 kilometrdən də bunlar qeydə alınır. Amma biz düşünürük ki, 250-300 kilometrə qədər məsafədə zəlzələləri daha etibarlı qeyd etmək mümkündür”.
Sonra Türkiyənin Qaradəniz Texniki Universitetinin mühəndislik fakültəsinin dekanı Alemdar Bayraktar “Van zəlzələlərində ortaya çıxan konstruksiya qüsurları” mövzusunda geniş məruzə etdi.
Seminarın sonunda tələbələri maraqlandıran suallara cavab verildi.
Qafqaz Universitetinin rəhbərliyi tərəfindən qonaqlara xatirə plaketi hədiyyə olundu.
Gülşən Hüseynova,
“Respublika”.
http://www.respublica-news.az/2012/04/20/24545/


Qafqaz Universitetinin müəllim və Psixoloqu Hüseyin Xəlilov tərəfindən İqtisad Universitetində psixoloji seminar keçirildi

Azərbaycanın İlk Gənclər Klubu -  "IB Club"dan Gənclərə Psixoloji mövzuda növbəti Seminar keçirildi..
AZXEBER.COM-un məlumatına görə, seminar Azərbaycan İqtisad Universitetinin IV Korpusunun Akt zalında, Qafqaz Universitetinin müəllim və Psixoloqu Hüseyin Xəlilov tərəfindən, “Temperamentin Xarakterik Xüsusiyyətləri və Şəxsiyyət Tipləri” movzusunda keçirilmişdir.
3 saat davam edən  Psixoloji Seminar gənclərin böyük marağı və 80 nəfərdən çox klub üzvünün iştirakı ilə yadda qalıb.
Seminarda,
·         Xarakter Tipləri
·         İnsan xüsusiyyətləri
·         Düşüncə tərzini formalaşdıran amillər
·         Bürclər və onun insan həyatına təsiri
mövzularına toxunulmuş, Gəncləri maraqlandıran suallar Praktiki fikirlər və Role Play`lər vasitəsiylə cavablandırılmışdır.

http://azxeber.com/index.php?action=static_detail&static_id=15710

25 Nisan 2012 Çarşamba

Kafkas İlköğretim okulunda " Xoşbəxt bir dünya üçün əl-ələ" adlı ədəbi-bədii təbir keçirilib


Xoşbəxt bir dünya üçün əl-ələ

Kafkas İlköğretim okulunda " Xoşbəxt bir dünya üçün əl-ələ" adlı ədəbi-bədii təbir keçirilib. Tədbirdə 3-c sinf şagirldəri hazırladıqları bir-brinidən maraqlı səhnəciklər, videoçarxlar, mahnılar və şeirlər iştirakçılara xoş anlar yaşadıb. Şagirdlər bununla dünyanı qardaşlığın, sülhün, birliyin nəticəsində daha rahat bir həyat tərzinə gətirə biləcəyinə əminliklərini göstəriblər. 
“Çağ”  Öyrətim işləltmələrinin Azərbaycanda fəaliyyətə başlaması tarixini əks etdirən səhnəcik isə tədbiri daha da maraqlı edib. Şagirdlər səhnəciklərdə müxtəlif planetlərin cildinə girərək yer kürəsini xilas etməyin yollarını araşdırıblar.
Tədbirin sonunda Kafkas İlköğretim okulunun müdiri İlhami Atmaca çıxış edərək, belə tədbirlərin məktəblilərin dünya görüşünün genişlənməsində, onların biliklərinin zənginləşməsində əhəmiyyətli rol oynadığını deyib və valideynlərə, müəllimlərə eləcə də şagirdlərə öz təşəkkürünü bildirib. 

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında Nizami Gəncəviyə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

“Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz”.

                          Nizami Gəncəvi

“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında dahi şair Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə şagirdlər arasında müsabiqə keçirilib. Bununla əlaqədar olaraq aprelin 19-da müsabiqənin yekunlarına həsr olunmuş və şagirdlərin Nizami Gəncəvinin əsərləri əsasında hazırladıqları ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Elsevər Ağayev, Gəncə Nizami Mərkəzinin direktoru Xəlil Yusifli, Azərbaycan-Turkiyə Özəl Liseyləri Bas İdarəsinin rəisi Mesut Kurnaz, müşavir Nazim Əkbərov və gimnaziyanın müdiri Serhat Aktaş, müəllim və şagirdlər iştirak ediblər.
Əvvəlcə qonaqlara şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Sərgidəki hər bir əsərdə şagirdlərin Nizami yaradıcılığına sevgisi öz əksini tapıb. Gimnaziyanin rəhbəri Serhat Aktaş bildirib ki, bu sərgi Nizami Gəncəvi irsinin şagirdlərə tanıdılmasında, həyatı dərk etməsində böyük əhəmiyyəti vardır. O, bunu şairin qələmə aldığı hər sətirdə hikmət olması ilə əlaqələndirib.
Sonra bir neçə nominasiyalar üzrə yarışan şagirdlər arasından seçilmiş qaliblər mükafatlandırılıb. Mükafatları qalib şagirdlərə Azərbaycan-Turkiyə Özəl Liseyləri Bas İdarəsinin rəisi Mesut Kurnaz, Gəncə Nizami Mərkəzinin direktoru Xəlil Yusifli təqdim ediblər. Qalib şagirdlərin Gəncə səhərinə ekskursiya edəcəklərini bildiriblər. Tədbirdə iştirak edən qonaqlar ədəbi- bədii gecənin şagirdlərin Nizami irsinin öyrənilməsi və təbliğində böyük rol oynadığı deyiblər. Gimnaziyanın pedaqoji kollektivinə belə bir tədbiri təşkil etdiklərinə görə təşəkkürlərini bildiriblər. 

Məktəblilərin fövqəladə hallara qarşı hazırlığı yoxlanıldı

Kafkas Ilköğretim okulunda zəlzələ, yanğın və digər fövqəladə hallarda davranmağın qaydaları və belə vəziyyətlərdə xilas olmağın yolları barədə təlim keçirilib. Əvvəlcə  müəllimlər bununla əlaqədar olaraq şagirdlərə ətraflı məlumat veriblər. Məktəblilərə sinifdə və məktəbin həyətində qorunmağın eləcə də xilas olmağın əyani olaraq qaydaları göstərilib. 
Sonra şagirdlərin fövqəladə hallar zamanı bacarıqlarını yoxlamaq üçün həyacan siqnalı verilib. Şagirdlər ilkin qaydalara uyğun olaraq riayət ediblər. İkinci həyəcan siqnalında şagirdlər nizamlanmış qruplar şəklində uyğun çıxışlardan məktəb binasını 1 dəq. 43 saniyə ərzində boşaldıblar. 
Daha sonra məktəbin həyətində təşkil olunmuş yanğın müəyyən edilmiş vaxt ərzində odsöndürəndən istifadə etməklə söndürülüb. Beləliklə məktəblilər fövqəladə hallar zamanı zəruri olan qaydaları yerinə yetiriblər.  

Qafqaz Universitetinin Dizayn kursu yeni maraqlı bir tədbirə imza atdı

Rənglərin ahəngi
25 April, 2012, Qafqaz Universitetinin Dizayn  kursu yeni maraqlı bir tədbirə imza atdı. Tələbələrdən Rəna Tağıyeva, Eşgin Şükürov, Ebru Delihasan, Gökhan Güşlü, Ruslan Şıxıyev, Cəsur Həsənov, Fatimə Rəsulova Dizayn kursunun müəllimi, dizayner Dr. Arzu Məmmədovanın rəhbərliyi ilə boyalardan onlarla rəng çalarları hazırladılar. 
Xüsusi olaraq hazırlanmış  maketin üzərinə klassik musiqi sədaları altında  sıra ile üst- üstə tökülən rənglərdən ortaya çıxan görüntü təbiətdəki gözəllikləri bir daha gözlər önünə sərdi. Çoxlu sayıda müəllim heyəti və tələbənin iştirakı ilə gerçəkləşən tədbir izləyənləri məftun etdi. 
52 nəfərdən çox iştirakçının hazırladığı modern rəsm əsəri Universitetin divarından asılaraq sərgilənəcək.


24 Nisan 2012 Salı

Azərbaycanlı mühəndis - Qafqaz Universiteti məzunu Asif Hüseynovun ABŞ-dakı uğurları

Asif Hüseynov Qafqaz Universitetində bakalavr təhsilini uğurla bitirdikdən sonra, magistr təhsilini ABŞ-ın Missouri ştatında davam etdirir. O, 2003-cü ilin Sentyabr ayında Bakıda BP Azərbaycan şirkətində Qazmaçı muhəndis vəzifəsində işə başlayır. Şirkət Asif Hüseynovda olan potensialı görərək, onu 2006-cı ilin İyul ayında BP-nin ABŞ offisində Qazma Muhəndisi vəzifəsinə təyin edir. Bu vəzifədə göstərdiyi yüksək nailiyyətlərə görə onu Quruda Wyoming Qazma qurğusunda baş mühəndis vəzifəsinə təyin edirlər. 2008-ci ilin Avqust ayından isə Meksika körfəzində Qazmaçı muhəndis olarag “Mad Dog” ve “Atlantis” yataqlarının işlənməsində fəaliyyətini davam etdirir.   
        Asif Hüseynov “Macondo” yatağındakı “Deep Water Horizon” qurğusunun partlayışından sonra BP-nin Meksika korfəzində ilk quyusunun Baş muhendisi olmuşdur (Single Point Accountble (SPA). Bu layihə 2011-ci ilin birinci rübündə başlamış və 2012-ci ilin Mart ayında başa çatmışdır. Bu gazma quyusu BP-nin Meksika korfəzində ən böyuk layihələrindən olan “Atlantis” yatağında qazılmışdır. Qeyd edək ki, “Atlantis” yatağı 7,000 ft (2122 m) suyun uzərində, Meksika körfəzinin Green Canyon blokunda yerləşir və dünyanın ən dərin sularında yerləşən istehsal qurğusudur.
            Bu neft quyusu BP üçün çox böyük əhəmiyyətə malikdir. Bildiyimiz kimi keçənilki partlayışdan sonra BP Meksika korfəzində fəaliyyətlərini bərpa etməyə çalışırdı. Burada baş verən proseslər BP rəhbərliyi, ABŞ hökuməti, eləcə də dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilirdi. Bu layihənin də öhdəsindən uğurla gələn məzunumuz hal hazırda BP şirkətində yeni-yeni uğurlara imza atmağa davam edir.
Belə dünya əhəmiyyətli layihənin baş muhəndisinin azərbaycanlı olması, həmçinin Qafqaz Universitetinin məzunu olması bizdə qürur hissi oyadır.  
       Asif Huseynovun ABŞ-da fəaliyyət göstərən Azərbaycan Amerika Mədəniyyət Alyansının işinə koməklik göstərməklə Azərbaycan mədəniyyətinin dünyaya çatdırılması kimi mühüm fəaliyyətləri də mövcuddur. 
            Bir Dünya Universiteti olmağı hədəfləyən Qafqaz Universiteti Asif Huseynov kimi məzunları ilə qlobal əhəmiyyətli layihələrin icarasında aparıcı rol oynamaqla, doğru yolda olduğunu bir daha nümayiş etdirir.
            Asif Huseynov Qafqaz Universiteti ailəsinin üzvi kimi bütün Azərbaycanın fəxridir. Biz Asif Huseynov və onun kimi digər məzunlarımızla fəxr edir və daha böyük nailiyyətlər diləyirik.
          Xatırladaq ki, Qafqaz Universiteti Sənaye Mühəndisliyi bölməsindən 2002-ci ildə məzun olmuş Asif Hüseynov 6 ilə yaxindır ki, ABŞ-ın Texas ştatının Houston şəhərində yaşayır.

Xarıbülbül Xızı dağlarında

24 April, 2012,
Keçən Şənbə günü Qafqaz Universitetinin bir qrup əməkdaşı ilə Bakı ətrafına – təbiətin qoynuna çıxdıq. Məqsədimiz baharın gəlişi ilə daha da gözəlləşən təbiətdən zövq alaraq, bir-neçə saatlıq da olsa dincəlmək idi.
Vaxtın az olduğunu nəzərə alaraq, daha yaxın bir yeri – Xızı rayonunu seçdik.  Bakıdan təqribən 60 km uzaqlaşdıqdan sonra, artıq Xızının rəngbərəng dağları  bizə maraqlı hisslər yaşatdı. Çox keçmədi ki, yaşıllaşan və çiçəklənən dağ yamacları tez-tez rastlaşdığımız qoyun sürüləri maraqlı görüntüləri ilə günəşli havada zövqümüzə zövq qatdı.
Xızı şəhərinə doğru bir qədər irəlilədikdən sonra rayonun kəndlərindən birində - Xızı kəndində yaşıl otlarlarla, rəngbərəng çiçəklərlə bəzənmiş yamacdan göz yaşı kimi axan bulağın yanında manqalımızı qurduq. Hava günəşli olsa da, dağlardan əsən sərin külək bizi hərdən kölgədən günə çıxmağımıza da səbəb olurdu.
Xülasə, geniş və gözəl mənzərəni seyr edə-edə təzə quzu ətindən bişirilmiş kababı da daddıq. Hər kəs ətarfdakı gözəllikləri daha geniş məkanda seyr etmək istəyirdi. Ona görə də biz yaxınlıqdakı daha yüksək dağın zirvəsinə cıxmağı qərarlaşdırdıq. Elə ki, hərəkətə keçmişdik, dağın yamacından üzü kəndə “gözlərini qırpmadan baxan” Xarıbülbül bütün gözəlliyi ilə bizi qarşıladı. Bir anda hər kəs Xarıbülbülün ətrafına yığışdı. Xarıbülbülə baxaraq həm sevindik, həm də Şuşa həsrəti, Vətən nigarançılığı ilə düçüncələrə daldıq. Sanki, hər kəs Şuşaya olan sevgisini Şuşanı simvolu kimi dəyərləndirdiyi Xarıbülbülə bildirir və onu əzizləmək üçün nə isə etmək istəyirdi...
Axşamçağı evə dönərkən, hamının düşüncəsində bir məqam vardı – Xızı dağlarını daha da gözəlləşdirən  Xarıbülbül və onunla rastlaşmağımız...
Dos. İsa Qasımov

Əcnəbi tələbələr Azərbaycanı tanıtdı


24 April, 2012,
Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7.bəndinin icrasını təmin etmək məqsədi ilə 23 aprel 2012-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “PARK İNN” mehmanxanasında Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə I Respublika olimpiadası keçirildi. Olimpiadanın məqsədi respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsidir. Yarışmada çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbə Gənclər Təşkilatları sektorunun müdiri Elşən Hüseynov  bildirdi ki, bu cür tədbirlərin keçirilməsi ilə əcnəbi tələbələrin yaddaşında Azərbaycan ömürlük həkk olunacaq. Yarışmada Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Neft Akademiyası, Bakı Musiqi Akademiyası, İqtisad Universiteti, Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Tibb Universiteti və digər ali təhsil ocaqlarının tələbələri iştirak etdi. Olimpiadada Türkiyə, Moldova, İran, Koreya və digər ölkələrdən olan əcnəbi gənclər qalibiyyət uğrunda mübarizə apardı. Qafqaz Universitetini təmsil edən tələbələr üçüncü yerə layiq görüldü.

Renqlerin Ahengi

Qafqaz Universitetinde indi bu vaxt Renqlerin Ahengi adli tedbir kecirilir

Yahya Kemal ve Turkce Gunu

24 .04.2012 tarix ve saat 11.00-de Qafqaz Universitetinin Akt zalında Pedaqoji Fakültesinin Türk dili ve Edebiyyatı müellimliyi bölmesinin” YAHYA KEMAL ve TÜRKÇE GÜNÜ” başlıqlı program keçirilmektedir

Qafqaz Universitetində “XII əsr Azərbaycan intibah ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda görüş keçirildi

 
24 April, 2012, AMİ Quba filialının direktoru, əməkdar müəllim, Filologiya elmlər doktoru, professor Məhəmməd İrac oğlu Əliyevlə Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasında təhsil alan tələbələrlə görüşü oldu. Görüşdə prof. M.İ.Əliyev iştirakçılara “XII əsr Azərbaycan intibah ədəbiyyatı və Nizami Gəncəvi” mövzusunda məruzə ilə çıxış etdi. Alimin nəzərə çatdırmaq istədiyi əsas fikir konsepsiyası XII əsrdə Azərbaycan intibahı və geniş ölçüdə ümumşərq intibahında Nizaminin yeri və rolunu səciyyələndirən xüsusiyyətlər idi. Alim öz məruzəsində bir çox maraqlı detallara toxundu. Onun maraqlı fakt və hadisələrlə dolu məruzəsi tələbələrdə heyranlıq hissi doğurdu. Ən nəzərə çarpan cəhət isə onun irəli sürdüyü fikir və mülahizələri konkret tarixi faktlar və sübutlarla isbata yetirməsi idi. Məruzəçi iştirakçıları mövzu ilə bağlı bəzi tarixi faktlarla tanış etdi.
Məhəmməd müəllimin məruzəsində vətənpərvərlik duyğusu də aydın təcəssüm olunurdu. Məruzə zamanı milli dəyərlərimizi qorumaq, onlara sahib çıxmaq kimi məsələlərin dəfələrcə səsləndirilməsi buna əyani misaldır.
Nizami Gəncəvi Azərbaycan şairidirmi, yoxsa Şərq şairidirmi? Ümumiyyətlə, bir şairin milliyyətini müəyyənləşdirmək üçün hansı amillər əsas götürülür: dil amilimi, ərazi amilimi, milli-etnik mənsubiyyətmi və ya başqa amillərmi? Müasir dövrdə də tam isbatını və həllini tapmayan bu suallara Məhəmməd müəllim öz münasibətində məhz bu əks qütb faktlarından çıxış edərək Nizaminin sırf Azərbaycan şairi olması fikri üzərində dayandı. Nizami Gəncəvinin milliyyətinin müəyyənləşməsində hər üç amilin müsbət təzahürlərini tapmağa cəhd etdi. Bu gözəl bir cəhd idi. Məhəmməd müəllimin bu üslubuna Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Prof. Akif Hüseynli də öz heyranlığını vurğuladı.
Məhəmməd müəllimin zəruri bildiyi bir neçə faktı əsas götürərək böyük əminliklə və qətiyyətlə irəli sürdüyü fərdi yanaşmaları və bu yanaşmaların sadəcə fərdi deyil, həmçinin ümumi həqiqət olmasına inanması idi.
Məruzənin sonunda Məhəmməd müəllimin irəli sürdüyü fikir konsepsiyaları ilə bağlı tələbə-müəllim heyətimiz müzakirələr apardı və suallar cavablandırıldı.
Sonra isə qonaqlar Qafqaz Universitetinin elmi-texniki potensialı ilə yaxından tanış oldular və rektor Prof.Dr. Ahmet Saniçlə görüşdülər.
Xatırladaq ki, görüşdə AMİ Quba filialının müəllimləri Şükür Baxışov və Novruz Kərimov da iştirak ediridi.          
Dos. İsa Qasımov
http://qu.edu.az/view_news.php?news=2178&link=286&lang=az