ABDOLBARİ GOOZAL "MÜASİR AZƏRBAYCAN TƏHSİLİ VƏ ÇAĞ ÖYRƏTİM" ADLI ELMİ-PRAKTİK KONFRANSINDA İŞTİRAK ETDİ

Azersundan xəbərlər

Mart ayının 17-də Qafqaz universitetində “Çağ Öyrətim İşlətmələri”nin Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibəti ilə təşkil olunan konfransda, elm ictimaiyyəti, millət vəkilləri, ziyalılar və iş adamları iştirak edirdi.
İştirakçılar arasında Azərbaycan Respublikasının Təhsil Naziri prof. Misir Mərdanov, Türkiyə Böyük Millət Məclisinin sədr müavini  Mehmet Sağlam, Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü dok. Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı fövqəladə və Səlahiyyətli səfiri Hülusi Kılıç, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal, Bakı Dövlət Universitetinin rektoru prof. Abel Məhərrəmov və digər rəsmi şəxslər vardı.
Təşkil olunan tədbirdə iştirakçıların çıxışlarına da geniş yer verildi. Çıxışçılarda “Çağ Öyrətim”in Azərbaycandakı fəaliyyəti və təhsildə əldə edilən nailiyyətlərdən bəhs olunmuş, həmçinin qazanılan uğurların sevinc və qürur qaynağı olduğu da vurğulanmışdır.
Sonda isə konfrans iştirakçılarına “Çağ Öyrətim” və Qafqaz Universitetinin birgə təsis etdiyi xüsusi plaketlər təqdim olundu. Təqdim etmə mərasimində “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdolbari Goozal da təşəkkür plaketi ilə təltif olundu.
http://www.azersun.com/news171.asp

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır